İran hökuməti Makıda özünü “Taliban” kimi aparır

Makıda güney azərbaycanlılar arasında məşhur olan “bərbəri” adlı çörək bişirən sexlərin səhər saatlarında fəaliyyəti orucluq ayı ilə bağlı qadağan edilib. - ran h kum ti ak da z n aliban kimi apar r 0 1649128083

Makıda məşhur “bərbəri” çörəkləri bişirən sexlərin fəaliyyəti qadağan edilib

Makıda güney azərbaycanlılar arasında məşhur olan “bərbəri” adlı çörək bişirən sexlərin səhər saatlarında fəaliyyəti orucluq ayı ilə bağlı qadağan edilib.

Bununla bağlı İranın bir növ “əxlaq polisi” sayılan və şəriyət qanunlarının tətbiqi, icrasına nəzarət edən “əmr be məruf” qərargahı qərar verib.

Bunun səbəbi qəribə olsa da, “bərbəri” çörəklərinin güney azərbaycanlılar tərəfindən əsasən səhər saatlarında yeyilməsi ilə əlaqələndirilib.

Buna görə də qərargahdan bildirilib ki, bu növ çörək bişirən müəssisələr yalnız günorta saat 15:00-dan iftara yarım saat qalmışa qədər çörək bişirə bilərlər.

Urmunun Çörəkkçilər Birliyinin başçısı Allahverdi Həsənzadə məsələ ilə bağlı deyib ki, sözügedən qərar bir neçə il öncə qəbul edilib, amma icra edilmirdi. Bu il isə onun icrasına başlanılıb.

Qeyd etmək lazımdır ki, İranda oruc tutmayan şəxslərə qarşı sərt cəza tədbirləri uyğulanır və onlar 10 gündən 3 aya qədər həbs, 74 şallaq və cərimə cəzasına məhkum edilirlər.

Buna baxmayaraq, Tehran rejiminin əməlləri nəticəsində insanların dinə qarşı münasibətləri dəyişməkdə, bundan öncə sərbəst və könüllü olaraq yerinə yetirdikləri dini mərasimlərdən uzaqlaşmaqdadırlar.

Okumaya devam et  Təbrizli millət vəkili: Şüarlarla vətəndaşların süfrəsi zənginləşdirmək mümkün deyil

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir