Kənd təsərrüfatı məhsullarının satışı ƏDV-yə cəlb olunur

Kənd təsərrüfatı məhsullarının satışı ƏDV-yə cəlb olunur - AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - vergi osman kadri koca

Kənd təsərrüfatı məhsullarının satışı ƏDV-yə cəlb olunur – AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən biri də kənd təsərrüfatı məhsullarının satışı ilə əlaqədar əlavə dəyər vergisinin (ƏDV) tətbiqi ilə bağlıdır.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən maliyyə mütəxəssisi Vüqar Mirheydərovun sözlərinə görə, Vergi Məcəlləsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.

O, həmçinin qeyd edib ki, 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyekti hesab edilir: “Nəzərə alsaq ki, Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergiödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən etibarən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsinə yol verilmir, deməli, idxal zamanı ödənilmiş ƏDV malın dəyərinə əlavə olunmalıdır”.

Okumaya devam et  31 Mart soyqırımı: Ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamdan 104 il ötür

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir