ICESCO-nun “Qadın İli”nin yekunlarına dair rəsmi mərasim keçirilib

ICESCO-nun “Qadın İli”nin yekunlarına dair rəsmi mərasim keçirilib- AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - islam muzik semaven mevlevi dervis rumi mevlana

ICESCO-nun “Qadın İli”nin yekunlarına dair rəsmi mərasim keçirilib- AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) ötən il elan etdiyi “Qadın İli”nin yekunlarına dair rəsmi mərasim təşkil olunub.

Təşkilatın baş ofisindən AZƏRTAC-a bildiriblər ki, Mərakeş şahzadəsi Lalla Məryəmin sədrlik etdiyi mərasimdə İslam ölkələrindən qadın mədəniyyət və elm xadimləri, habelə sahibkarlar iştirak ediblər. Tədbirdə çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik bildirib ki, ötən il “Qadınlar gələcək naminə” devizi altında təşkil olunan tədbirlər üzv ölkələrin əksəriyyətini əhatə edib. Bu tədbirlərdə qadın hüquq və azadlıqlarının qorunması, onlara qarşı zorakılıq hallarının aradan qaldırılması, zərif cinsin nümayəndələrinin cəmiyyətin həyatında daha fəal iştirakı, qızların innovativ texnologiyalara əsaslanan inklüziv təhsilə cəlb olunması kimi mühüm məsələlər önə çıxarılıb.

Baş direktor məlumat verib ki, “Qadın İli” çərçivəsində qadın sahibkarlara dəstək, kənd yerlərində sanitar-gigiyenik şərtlərin yaxşılaşdırılması, ICESCO-nun “Sülh elçiləri”, qadın alimlərin əməkdaşlığı kimi proqramlar həyata keçirilib, müxtəlif mükafatlar təsis olunub.

Mərasimdən sonra qadınların əl işlərindən ibarət sərgi təşkil olunub, həmçinin Beynəlxalq Poeziya Günü çərçivəsində qadın nəzm ustalarının festivalı təşkil edilib.

Okumaya devam et  Hərbi dənizçilərimiz Türkiyədə təcrübə kursunu başa vurublar

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir