Qaradağ meşələrində yanğın olub

Yerli sosial media fəallarının yaydığı məlumata görə, aprelin 1-də Güney Azərbaycanın Qaradağ meşələrində yanğın olub və yanğın gecə saatlarına qədər davam edib. - arada me l rind yan n olub 0 1648872435

Yanğının gecə saatlarına qədər davam etdiyi bildirilir.

Yerli sosial media fəallarının yaydığı məlumata görə, aprelin 1-də Güney Azərbaycanın Qaradağ meşələrində yanğın olub və yanğın gecə saatlarına qədər davam edib.

Araz qırağınadək yayılan və Təbriz vaxtilə saat 21-ə kimi davam edən yağının səbəbləri barədə məlumat yoxdur.

Fəallar bölgənin yanğınsöndürmə qurumlarının hadisə yerinə gec gəldiyi üçün yanğının yerli əhali tərəfindən söndürüldüyü, onun genişlənməsinin qarşısının alındığı bildirilir.

Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunub.

Buna baxmayaraq vaxtaşırı bölgədə ağacların tək-tək və ya kütləvi şəkildə kəsilməsinə, eləcə də yanğınların baş verməsinə şahid oluruq.

Bu meşələrdə çoxlu heyvan yaşayır və müxtəlif bitki növləri mövcuddur.

2019-cu ildə Azərbaycan İnsan Hüquqları Cəmiyyəti (ƏRK) Qaradağ meşələrində baş verən yanğınla bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) hesabat təqdim edib.

Hesabatda yanğınların səbəbləri, meşə sahələrinin yanaraq sıradan çıxması, yanğının vaxtı-vaxtında söndürülməməsi, bölgədə yanğın söndürmək üçün lazımi imkanların olmaması və s. kimi məsələlərə işarə edilib.

Okumaya devam et  Güneyli fəallara qarşı təzyiqlər davam edir

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir