İranda “Sepah”a aid şirkətə dron hücumu edilib

“Aznews tv”xəbər verir ki, partlayışdan sonra “Sepah”ın Kəşfiyyat Məlumatlarının Qorunması Təşkilatının üzvləri hadisə yerinə gəliblər. - 225cda3b 329c 44dd 8e23 1777ad3df953

Ötən gecə Mahşəhrin xüsusi petrokimya bölgəsinin bölmələrindən birində güclü partlayış və yanğın baş verib.

“Aznews tv”xəbər verir ki, partlayışdan sonra “Sepah”ın Kəşfiyyat Məlumatlarının Qorunması Təşkilatının üzvləri hadisə yerinə gəliblər.

Hadisə “Sepah”a bağlı “Kavoşgəran” şirkətində meydana gəlib. Məlumatlarda bildirilir ki, partlayış dron hücumu nəticəsində baş verib. Amma şirkətin mühafizəçilərini təhdid edərək bildiriblər ki, onlar partlayışın qəza nəticəsində baş verdiyini desinlər.

İran mətbuatı da partlayışın texniki qəzadan baş verdiyini iddia edib.

Qeyd etmək lazımdır ki, bundan öncə də İranın bir çox strateji müəssisələrində oxşar hadisələr baş verib. İran rejimi hər dəfə hücum faktını danaraq onları qəza adlandırırdı. Lakin sonralar məcburən bu faktlardan bəzilərinin dron hücumu olduğunu etiraf edib.

Okumaya devam et  Güclü qar səbəbindən Əhərdə onlarla kəndin yolu bağlandı

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir