Xameneinin ölümü ilə İranda vətəndaş müharibəsi baş verə bilər

“Aznews tv” xəbər verir ki, bu fikirlər Amerikanın “Enterprise” İnstitutunun tədqiqatçısı Maykl Rubenin “National İnterest” nəşrində yayımlanan məqaləsində qeyd edilib. - msg 1181644289 6052 780x470 1

Xameneinin ölümü ilə növbəti ali rəhbərin seçilməsi və hakimiyyətin ötürülməsi uğrunda İranda vətəndaş müharibəsi yaşana bilər.

“Aznews tv” xəbər verir ki, bu fikirlər Amerikanın “Enterprise” İnstitutunun tədqiqatçısı Maykl Rubenin “National İnterest” nəşrində yayımlanan məqaləsində qeyd edilib.

Müəllif bildirir ki, növbəti ali rəhbərin seçilməsi uğrunda mübarizəyə qoşulan “Sepah” öz təsir dairəsində olan şəxsin bu posta yiyələnməsi üçün əlindən gələni edəcək. Bundan başqa, “Sepah” və ona bağlı yaraqlılar İranın böyük hissəsinin idarəçiliyini ələ keçirmək istəyəcək, bu isə ölkədə vətəndaş müharibəsinə yol açacaq.

Rubin əlavə edib ki, İran əhalisinin əksəriyyəti mövcud rejimin dəyişilməsini istəyir. Buna görə, bu vəziyyət gələcəkdə rejim müxalifləri ilə tərəfdarları arasında qarşıdurmaya yol açacaq.

Hazırda İranda yaşanan ağır iqtisadi vəziyyətə də toxunan müəllif bunun ölkənin iqtisadiyyatının gələcəkdə çökəcəyini göstərən əlamət olduğunu deyib.

Rubin sonda bildirib ki, Xameneinin ölümündən sonra baş verə biləcək vətəndaş müharibəsi səbəbindən Avropada yeni qaçqın problemi yaşanacaq. Belə ki, İrandan gedəcək qaçqınların sayı Suriya və Ukraynadan dəfələrlə çox olacaq.

Okumaya devam et  Azərbaycan davasının ontoloji əsaslarındakı yanlışlıqlar

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir