Xaməneyinin Vərziğanda ki imamı: İran Milli Mis Şirkəti Azərbaycan xalqına verdiyi sözü yerinə yetirmir

Şərqi Azərbaycan əyalətinin Vərziğan şəhərinin cümə imamı Mehdi Purməhəmmədi İran Milli Mis Şirkətinin yeni başçısı Əli Rüstəmi ilə görüşündə şirkətin azərbaycanlılara verdiyi sözü yerinə yetirmədiyini deyib. - rzi an n c m imam ran illi is irk ti z rbaycan

Cümə imamı İran Milli Mis Şirkətinin yeni başçısı ilə görüşündə şirkətin azərbaycanlılara verdiyi sözü yerinə yetirmədiyini deyib.

Şərqi Azərbaycan əyalətinin Vərziğan şəhərinin cümə imamı Mehdi Purməhəmmədi İran Milli Mis Şirkətinin yeni başçısı Əli Rüstəmi ilə görüşündə şirkətin azərbaycanlılara verdiyi sözü yerinə yetirmədiyini deyib.

Vərziğan şəhərinin cümə imamı Süngün mis mədəninin yaxınlığında yerləşən şəhər və kəndlərin acınacaqlı durumda olduğunu təkrar edərək, Milli Mis Şirkətinin bölgənin infrastrukturunun yaxşılaşdırılması üçün tədbirlər görməsini istəyib.

Bu, Purməhəmmədinin oxşar problemlə bağlı növbəti çıxışçıdır və o bundan öncədə bir neçə dəfə bölgənin gəlirlərindən özünə büdcə ayrılmadığını qınayıb.

Cümə imamı xüsusilə “Süngün” mis mədəninin fəaliyyətinin əhaliyə heç bir xyirinin olmadığını, ondan əldə edilən gəlirdən işsizliyin, tibbi mərkəzlərin, yolların, içmıli suyun, kanalizasiya sisteminin və başqa bu kimi vacib ehtiyacların həlli üçün vəsait ayrılmadığını qeyd edib.

“Müxtəlif çətinliklərdən əziyyət çəkən Vərziğan əhalisinin əyalət valisinə dəfələrlə müraciət etməsinə baxmayaraq o bölgəyə səfər etməyib”-deyə, Purməhhəmməd Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəmi tənqid edib.

O, “İran Milli Mis Şirkəti”nin 3 il öncə “Süngün” mis mədənindən əldə edilən gəlirlərdən bir hissəsinin bölgədə işsizlik probleminin həllinə görə sərmayə qoyacağı barədə vədini xatırladıb.

Cümə imamı Vərziğanın Süngün Mis mədənində işçilərinin hüquqlarının pozulması ilə bağlı keçirilən etiraz aksiyalarından düşmənlərin su-istifadə etdiklərini və hadisələrin mahiyyətini təhrif elədiklərini iddia edib.

Xaməneyinin yerli nümayəndəsinin “işçilərin etirazlarının təhrif edilməsi” ilə bağlı fikirləri xarici mediada problemin işıqlandırılmasından Tehran hökumətinin narahatlığını əks etdirir.

Xüsusilə son iki il ərzində mis mədəninin işçiləri hüquqlarının pozulması, əmək haqlarının ödənilməməsi, qısa müddətli etibarsız müqavilələrlə işə götürülmələri, əsassız olaraq işdən çıxarılmaları ilə bağlı onlarla etiraz və tətil aksiyası keçiriblər.

Okumaya devam et  Güney Azərbaycan zindanlarında üç məhkum edam edilib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir