“Sepah” Ermənistana görə Azərbaycanı təhdid etdi: “Ordumuzla cavab verəcəyik”

“Aznews tv”xəbər verir ki, “Sepah”ın Kiber Təhlükəsizlik bölməsinin Telegram kanalı Azərbaycanın Yeni Müsavat qəzetinin Ermənistanın tarixi Azərbaycan torpaqlarında qurulması ilə bağlı məqaləsinə reaksiya verib. - indir 1

İranın “İslam İnqilabı Keşikçiləri Korpusu” (Sepah) Ermənistanı müdafiə etməyə davam edir.

“Aznews tv”xəbər verir ki, “Sepah”ın Kiber Təhlükəsizlik bölməsinin Telegram kanalı Azərbaycanın Yeni Müsavat qəzetinin Ermənistanın tarixi Azərbaycan torpaqlarında qurulması ilə bağlı məqaləsinə reaksiya verib.

“Ermənistan ərazisinə hər hansı bir hərbi təcavüzə İranın silahlı qüvvələri reaksiya verəcək. İran İslam Cümhuriyyəti dəfələrlə bəyan edib ki, qonşu ölkələrin sərhədlərinin dəyişdirilməsinə dözməyəcək”, – deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, İran daim Yaxın Şərqdə apardığı işğalçılıq siyasəti və yəhudilərlə düşmənliyini İslam pərdəsi altında gizlədib “islam həmrəyliyi”, “Fələstin amalı” və digər bu kimi iddialardan dəm vurur. Lakin İranın əsasən təcavüzkar Ermənistan dövlətini dəstəkləməsi onun dini rejiminin əsl mahiyyətini aşkara çıxarır.

Okumaya devam et  Güney Azerbaycan Türkçe Eğitim İstiyor

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir