Ana dili hərəkatının görkəmli nümayəndəsi yazıçı Rza Bərahəni vəfat edib

Bu barədə yazıçının oğlu Oktay Bərahəni özünün sosial media hesabında paylaşım edib. O, atasının uzun müddətdir xəstə olduğunu bildirb. - 2914a577 6070 4525 9090 212feeb7f2fc

Martın 25-də uzun illərdən bəri Kanadada mühacirətdə yaşayan tanınmış Güney azərbaycanlı yazıçı, şair Rza Bərahəni vəfat edib.

Bu barədə yazıçının oğlu Oktay Bərahəni özünün sosial media hesabında paylaşım edib. O, atasının uzun müddətdir xəstə olduğunu bildirb.

İran Yazıçılar Birliyinin təsisçilərindən olan R.Bərahəni eyni halda Fransanın “Pen” Yazıçılar Klubunda üzvü idi.

Güney Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Bərahəni, senzura və söz azadlığına qarşı qoyulan qadağalara etiraz etdiyi üçün Pəhləvi və molla hakimiyyətlərinin basqıları ilə üzləşib, dəfələrlə dindirilib.

Azərbaycanlı yazıçı Pəhləvi və molla hökumətlərinin Azərbaycan türkcəsinə qoyduqları qadağalarla bağlı onlarla məqalə yazıb.
“6 yaşımda birinci sinifdə oxuduğum vaxt türkcə inşa yazdığım üçün müəllim inşa yazdığı vərəqi zorla mənə yedirdi”-deyə, Bərahəni xatirələrində qeyd edib.

Çox sayda şer, roman müəllifi olan Rza Bərahəni daha çox “Yurdumun sırları” (Razhaye sərzəmine mən) romanı ilə dünyada məşhurlaşıb.
Bərahəninin bu əsəri ingiliscə, fransızca, ərəbcə, ispanca və başqa dillərə tərcümə olunaraq yayılıb və dünyanın ən çox oxunan romanları sırasında yer alıb.

Əslən Təbriz şəhərindən olan və 86 yaşında dünyasını dəyişən Bərahəni bir müddət idi müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi üçün xəstəxanaya yerləşdirilib.

Okumaya devam et  Əliyevin siyasi irsi bu gün də davam edir

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir