Ötən ay həbs olunmuş qəzvinli sosial media fəaldan xəbər yoxdur

Təhlükəsizlik məmurları qeyd olunan tarixdə axtarış barədə məhkəmə sənədi olmadan Cahanbəxşinin evinə basqın edib, onun şəxsi əşyalarını, mobil telefonunu, bilgisayarını müsadirə edərək özləri ilə aparıblar. - zvinli sosial media f all n n taleind n x b r yoxdur 0 1648105898

Güney Azərbaycanın Qəzvin şəhərindən olan və fevralın 17-də İran hökumətinin təhlükəsizlik məmurları tərəfindən saxlanılan sosial media fəalı Mustafa Cahanbəxşinin taleyindən xəbər yoxdur.

Təhlükəsizlik məmurları qeyd olunan tarixdə axtarış barədə məhkəmə sənədi olmadan Cahanbəxşinin evinə basqın edib, onun şəxsi əşyalarını, mobil telefonunu, bilgisayarını müsadirə edərək özləri ilə aparıblar.

Bundan öncə fevralın 8-də güneyli sosial media fəalı aldığı bildiriş vasitəsilə Qəzvin şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 1-ci bölməsinə çağrılmış, ona qarşı “sosial mediada hökumətə qarşı təbliğat və fəaliyyət” ittihamının irəli sürüldüyü bildirilib.

Mustafa Cahanbəxşinin ailəsinin bu müddət ərzində onun harada saxlanılması və durumu ilə bağlı Qəzvin prokrorluğu, məhkəməsi və təhlükəsizlik iadrəsinə etdikləri müraciətlərin cavabsız qalması fəalın taleyi barədə narahatlıqları artırıb.

Qeyd edək ki, Mustafa Cahanbəxşi bundan öncə 2021-ci ilin fevral ayında sosial mediadakı fəaliyyətlərinə görə təhlükəsizlik məmurları tərəfindən ağır şəkildə döyülüb və 90 gün müddətinə həbs edilib.

Əlbəyaxa döyüş idman növü üzrə bir neçə ölkə birincisi olan türk fəal iki azyaşlı uşaq atası olmaqla yanaşı xəstə anasının məsuliyyətini daşıyır.

Okumaya devam et  Abbas Lisani tibbi məzuniyyətə buraxıldı

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir