Şərqi Azərbaycan şəhərlərinin 70 faizi su su böhranı yaşayır

“Şərqi Azərbaycanın 360 kəndi tamamilə boşalıb və bununla yanaşı əyalət şəhərlərinin 70-i su qıtlığı böhranı yaşayır”-deyə, Sari bildirib. - rqi z rbaycan h rl rinin 70 i su su b hran ya ay r 0 1647673304 780x470 1

Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin rəhbəri Şərqi Azərbaycan əyalətində olan yüzlərlə kəndin susuz qaldığını bildirib. O, kəndlərin boşalmasının səbəblərindən birinin də su çatışmazlığı olduğunu deyib.

“Şərqi Azərbaycanın 360 kəndi tamamilə boşalıb və bununla yanaşı əyalət şəhərlərinin 70-i su qıtlığı böhranı yaşayır”-deyə, Sari bildirib.

Onun sözlərinə görə, hal-hazırda Şərqi Azərbaycan əyalətinin 480 kəndində su çatışmazlığı böhran səviyyəsinə çatıb və bu kəndlərdə yaşayan əhalinin suya olan ehtiyacı səyyar su tankerləri vasitəsilə ödənilir.

Behruz Sari yağıntıların azalması, su qaynaqlarından düzgün istifadə edilməməsinin yaxın gələcəkdə daha yüzlərlə kəndin susuz qalacağına gətirib çıxaracağı barədə xəbərdarlıq edib.

“Bir sıra problemlərlə yanaşı susuzluq ucbatından kəndlər boşalır və şəhərlərdə marginallaşma genişlənir. Bu, belə davam edərsə yaxın vaxtlarda kənd təsərrüfatı məhsullarının qıtlığı və bahalaşmasına səbəb olacaq”-deyə, Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin başçısı qeyd edib.

Şərqi Azərbaycan əyalətinin Su və Kanalizasiya İdarəsinin başçısı Məhəmməd Xani isə hal-hazırda əyalətin 15 şəhər və 700 kəndində su çatışmazlığının yaşandığını deyib.

Onun sözlərinə görə, problemin həlli üçün yetərli büdcə ayrıldığı halda 4 illik plan və proqram hazırlayıb böhranın şiddətini azaltmaq olar.

Okumaya devam et  Təbrizdə milli fəal həbs olunub

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir