Güneyli vəkil türk adlarına qarşı qoyulan qadağa ilə bağlı paylaşım edib

Sina Yusifi İran hökumətinin uşaqlara türk adlarının qoyulmasını qadağan etməsini pisləyib. - 0 1647413927

Sina Yusifi İran hökumətinin uşaqlara türk adlarının qoyulmasını qadağan etməsini pisləyib.

Güney azərbaycanlı hüquqşünas və Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının sədr müavini Sina Yusifi özünün sosial media hesabında İran Qeydiyyat İdarəsinin uşaqlara türk adlarının qoyulmasına qarşı tətbiq etdiyi qadağaları pisləyib.

“Bu günlər İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarının qoyulmasını qadağan etməsi və sənədləşdirməməsi o qədər çoxalıb ki. hər gün onlarla insan Qeydiyyat İdarəsinə qarşı şikayət etmək üçün müraciə edirlər. Bu, güc, polis və güllə hesabına insanların ilkin hüquqlarını pozmaqdır”-deyə, vəkil yazıb.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

İnsan haqları sahəsində fəaliyyət göstərən Ərk Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda “İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması” da vurğulanıb.

Uşağın anadan olandan bəri ona adının seçilməsinin azad olması ilə əlaqədar verilən hüquq 1989-cü ildə yazılmış Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsində qeyd edilmiş birinci insan hüquqlarından birisidir.

Okumaya devam et  Eylemlerde neden aktif değiller?

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir