Güney Azərbaycanda Ümumdünya Ana Dili Günü ilə bağlı aksiyalar davam edir

Milli-mədəni fəallar Xiyav, Urmu, Sulduz, Qoşaçay, Miyana və digər şəhərlərdə minlərlə türkcə kitab paylayıblar. - ney z rbaycan h rl rind mumd nya na ili n t dbirl ri

Bir neçə gündür Güney Azərbaycanda Ümumdünya Ana Dili Günü ilə bağlı başladılan tədbirlər fevralın 21-i axşam saatlarında da davam edib.

Milli-mədəni fəallar Xiyav, Urmu, Sulduz, Qoşaçay, Miyana və digər şəhərlərdə minlərlə türkcə kitab paylayıblar.

Bununla yanaşı fəallar Ərdəbilin bir sıra kəndlərdə şagirdlərə türkcə kitablarla yanaşı məktəb ləvazimatı, çantalar və məktəblə bağlı hədiyyəlik əşyalar bağışlayıblar.

Qeyd edək ki, fevralın 18-dən başlayaraq Güney Azərbaycan əyalətləri və İranın türklər yaşayan bölgələrində Ümumdünya Ana Dili Günü ilə bağlı çox saylı mədəni tədbirlər keçirilib, uşaq nağıllarından ibarət on minlərlə kitab paylanılıb.

Eyni halda türk dili uğrunda fəaliyyət göstərən məhbusların afişaları, ana dilinin önəmi ilə bağlı yazılı vərəqələr paylanılıb.

Okumaya devam et  Bakıda keçirilən beynəlxalq konfransda humanitar minatəmizləmə fəaliyyətindən bəhs olunub

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir