Eluca Atalının yeni kitabı işıq üzü gördü

Eluca Atalının yeni kitabı işıq üzü gördü-bakivaxti.az / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - eluca atali

Eluca Atalının yeni kitabı işıq üzü gördü-bakivaxti.az / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

“Ənqa quşunu görə bilmərəm deyə, bir həsrətlə yaşama. O, səndən kənarda deyil, onu uzaqda axtarma, o, sənin öz içindədir. Əgər özünə güvənərsənsə, ona çatarsan, o olarsan! Ənqa quşu öz yolunu özü təyin edən və aqibətini yaradandır!”

Karvannews.com xəbər verir ki, yazıçı, Asif Ata Ocağının övladı Eluca Atalının bu epiloqla başlanan yeddi yaşından yuxarı bütün yaşda oxucuların oxuması önəmli olan “Ənqa quşu” kitabındandır.

Türk Kültür Platformunun təşkilatçılığı və platformun başqan yardımçısı Saratov Universitetinin professoru Rafail Qəriblinin moderatorluğu ilə kitabın təqdimatı keçirilib. Təqdimat mərasimində dünyanın müxtəlif ölkələrindən alimlər, yazarlar, mədəniyyət işçiləri, oxucular qatılmışdılar.

Tədbirdə kitabın mükəmməl, hərtərəfli şərhi, ideal, amal, məqsəd və vasitə, əbədi və keçici, insanın özünü yaratmasından ötrü özünü dərk etməsi, “Mən kiməm?” sualına cavab tapması kimi yolların kitabda göstərilməsi vurğulanıb. Kitab Asif Atanın Mütləqə İnam, Şərq fəlsəfəsinin dünyanın yaranmasında od, su, hava, torpaq kimi dörd elementin önəmi, dualizm – ikilik fəlsəfəsinin bədiiyyat vasitəsi ilə təzahürü və Zəzdüşt fəlsəfəsindən doğan Xeyrin Şər üzərində qələbəsi əbədi həyatı əldə edib, Günəşə qovuşmağı özünə məqsəd etmiş əsərin qəhrəmanı 2 qramlıq arı quşunun inadında, iradəsində bariz formada təzahür etdirilir./bakivaxti.az/

Okumaya devam et  Təbrizdə iş qəzası nəticəsində işçi həyatını itirib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir