Təbrizli milli fəal Kərim Boksor mülki geyimli şəxslərin hücumuna məruz qalıb

Təbrizli milli fəal Kərim Boksor mülki geyimli şəxslərin hücumuna məruz qalıb- an.T live / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - kerimboksor

Təbrizli milli fəal Kərim Boksor mülki geyimli şəxslərin hücumuna məruz qalıb- an.T live / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Təbrizli milli fəal Kərim Boksor mülki geyimli şəxslərin hücumuna məruz qalıb- an.T live / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - kerimboksor

Tanınmış təbrizli milli fəal və idmançı Kərim İsmayılzadə (Kərim Boksor) mülki geyimli təhlükəsizlik məmurlarının hücumuna məruz qalıb.
Bu barədə güneyli milli fəallar məlumat yayıb.

Məlumata görə, hadisə yanvarın 13-də Təbrizin Qaraməlik məhəlləsində baş verib.

Bir neçə mülki geyimli şəxs fəalın avtomobilini saxlayıb, onun sol qoluna naməlum mənşəli iynə vurublar.

Bundan sonra Kərim İsmayılzadə şiddətli qanaxma nəticəsində huşunu itirib.

Ətrafda olan insanlar milli fəalı Təbrizin “İmam Rza” xəstəxanasına çatdırıb.

İsmayıl Kərimzadə bundan öncə social mediada etdiyi paylaşımlara və fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıb.



12 dekabr 2021-ci ildə Kərim İsmayılzadə Urmu gölü ilə bağlı etdiyi etiraz paylaşımına görə, təhlükəsizlik məmurları tərəfindən saxlanılıb, elektron dəyənəklə döyülmüş və boyun nahiyəsindən ağır xəsarət aldığı səbəbindən xəstəxanaya yerləşdirilib.

Okumaya devam et  İranın rəsmi mediası Azərbaycanla bağlı növbəti təxribat xarakterli yazı dərc edib 

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir