Azərbaycan müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan kimi də tanınır

Beşiktaş stadı, Bakü, Azerbaycan

Azərbaycan müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan kimi də tanınır- AZERBAYJANNEWS.AZ / TURKISHFORUM -ABDULLAH TÜRER YENER

“Bakı prosesi”, Ümumdünya Mədəniyyətlərarası Dialoq və Beynəlxalq Humanitar forumlar ölkəmizin multikulturallığını, xalqımızın isə tolerantlığını təsdiqləyən faktorlardandır

Beşiktaş stadı, Bakü, Azerbaycan
Bakü

Son illər respublikamızda bir-birinin ardınca müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi onun inkişafının göstəricilərindəndir. Azərbaycanın müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlərə evsahibliyi etməsi artıq ənənəyə çevrilib. Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var. İlk növbədə ona görə ki, ölkəmizdə dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Dövlət başçısı İlham Əliyevin xüsusi qeyd etdiyi kimi, ölkədə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır. Bu isə Azərbaycan xalqının güc mənbəyidir: “Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir…”

Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində ölkəmiz dünyanın mədəniyyət mərkəzinə çevrilib. 2008-ci il dekabrın 2-3-də Avropa Şurasına üzv dövlətlərin Bakıda keçirilən Mədəniyyət Nazirlərinin Konfransında dövlət başçısı İlham Əliyevin çıxışında irəli sürdüyü təklif və tövsiyələr tədbirin beynəlxalq əhəmiyyətini bir daha artırdı: “…Mən çox istərdim ki, bu gün əsası qoyulan “Bakı prosesi” uzunmüddətli olsun. Bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi həm Bakıda, həm də digər şəhərlərdə ənənəyə çevrilsin…”

Avropa Şurasının ozamankı Baş katibi Terri Devis isə konfransın keçirilməsinin bütün Avropa üçün əlamətdar hadisə olduğunu bildirdi: “Bakı öz tarixi ilə müxtəlif mədəniyyətlərin qovşağında yerləşir və Şərqlə Qərb, Şimalla Cənub arasında təbii körpüdür”.

Konfransın keçirilməsinin məqsədi ölkəmizin Avropa Şurasına və ICESCO-ya üzv yeganə dövlət olmaq imkanından bəhrələnərək, Avropa ilə islam dünyası arasında mədəniyyət körpüsü – vasitəçi rolunu oynamaq idi. Bu, həm də fərqli mədəniyyətlər arasında dialoqun inkişafına xidmət edən “Bakı prosesi”nin əsasını qoymaq və həmin fəaliyyətlərin mərkəzində duran Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirmək demək idi.

Konfransdan sonra, yəni 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin toplantısı da keçirildi. Avropa Şurası dövlətlərinin mədəniyyət nazirlərinin də iştirak etdiyi həmin tədbirdə dinlərarası barışığa, harmoniyaya, sivilizasiyalararası dialoqa dəstək siyasəti geniş müzakirə edildi. Dünya şahid oldu ki, müsəlman aləminin bir parçası olan Azərbaycan hətta inkişaf etmiş Avropaya multikulturalizm nümunəsi göstərmək imkanına malikdir. Eyni zamanda bunu təkcə sözdə deyil, həm də əməli işdə təsdiq edir.

Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi “Bakı prosesi” çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudlarından çıxararaq, daha qlobal səviyyəyə yüksəltməyə imkan verdi. Bu baxımdan “Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi”nin davamı kimi, Prezident İlham Əliyevin dəstəyi ilə 2011-ci ilin aprelində Azərbaycan paytaxtında “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nun keçirilməsi təşəbbüsü irəli sürüldü. Dövlət başçısı 2011-ci il mayın 27-də xarici tərəfdaşların və tədbir iştirakçılarının müraciətləri, ölkəmizin bu sahədə davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə forumun hər iki ildənbir keçirilməsi ilə əlaqədar fərman imzaladı. Fərmana uyğun olaraq, dövlət başçısının himayəsi və iştirakı ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” şüarı altında 2013-cü ilin mayında Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Forumun əsas tərəfdaşları qismində yenə də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ICESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi tanınmış beynəlxalq qurumlar çıxış etdilər.

Azərbaycan bu gün dünyada tolerantlıq mərkəzi kimi tanınır. 2014-cü il oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumu da bunu təsdiqlədi.

Dünyada etimadsızlıq mühitinin formalaşdığı bir zamanda Azərbaycan tolerantlıq nümunəsi göstərir, multikulturalizmi bir həyat normasına çevirir. Müxtəlif din və mədəniyyətlərin daşıyıcıları ölkəmizdə qarşılıqlı anlaşma əsasında, bir-birinə hörmət etməklə yaşayırlar. Bu, müxtəlif mədəniyyətlərin qovuşmasının deyil, həm də toqquşmasının arzusunda olanlar üçün ciddi nümunədir. Dövlət başçısının IV Bakı Beynəlxalq Humanitar Forumunda dediyi kimi, multikulturalizmin müasir dünyada alternativi yoxdur: “…Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir”.

2015-ci il mayın 18-19-da “Bakı prosesi” çərçivəsində Azərbaycan paytaxtı yenidən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna evsahibliyi etdi. Forumda bir daha təsdiq olundu ki, “Bakı prosesi” dövlət başçısının dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışlı, əməkdaşlıq və dialoqu təşviq edən platforma, eləcə də layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır. Bu həm də dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın multikultural resurslarının, tarixən malik olduğumuz mehriban birgəyaşayış ənənələrinin beynəlxalq səviyyədə model kimi istifadə olunması deməkdir.

Bir sözlə, “Bakı prosesi” həm multikultural, həm də interkultural beynəlxalq və yerli fəaliyyətlərin davamlı məcmusudur.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi” təşəbbüsü ötən müddətdə qlobal mahiyyət qazanıb. 2011-ci ildən etibarən iki ildənbir “Bakı prosesi” çərçivəsində beş dəfə Dünya Mədəniyyətlərarası Dialoq, altı dəfə Bakı Beynəlxalq Humanitar, 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna evsahibliyi edib.

2020-ci il aprelin 23-də beynəlxalq təşkilatların yüksəksəviyyəli rəsmiləri, eləcə də tanınmış ekspertlərin iştirakı ilə “Bakı prosesi” beynəlxalq işçi qrupunun virtual görüşü də keçirildi. Azərbaycanın mədəniyyət naziri, BMT Baş katibinin ali nümayəndəsi, ICESCO-nun baş direktoru, UNESCO və digər qurumların nümayəndələrinin də iştirak etdiyi virtual görüş

COVID-19 pandemiyası ilə əlaqədar idi.

Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq, BMT Sivilizasiyalar Alyansının Qlobal və Bakı Beynəlxalq Humanitar forumlarında 180-dən çox ölkədən və

40-dan artıq beynəlxalq təşkilatdan nümayəndələr təmsil olunub. Bu tədbirlərdə ümumilikdə 20 mindən çox xarici nümayəndə, dövlət və hökumət rəsmiləri, beynəlxalq qurumların rəhbərləri, diplomatlar, mədəniyyət, təhsil və elm xadimləri, qlobal biznes və media strukturlarının təmsilçiləri, gənclər iştirak ediblər.

Onu da qeyd edək ki, “Bakı prosesi” çərçivəsində təşkil olunan forumlarda 250-dən çox tədbir və layihə həyata keçirilib. Təsadüfi deyil ki, BMT-nin Baş katibi 2017-ci, 2018-ci və 2019-cu illərdə BMT Baş Assambleyasına təqdim etdiyi məruzələrində “Bakı prosesi”ni xüsusi vurğulayıb.

Dünyada dini və milli zəmində ekstremizm, ksenofobiya, islamafobiya, antisemitizm, radikalizm təzahürlərinin artdığı göz qabağındadır. Eləcə də miqrant böhranının yaşandığı müasir dövrdə Azərbaycanın dövlət başçısı qlobal miqyasda ümumbəşəri ideyaların ətrafında cəm olmağa çağırmaqla həmrəylik, humanizm ideallarının bərqərar olmasına öz töhfəsini verir. Dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini – multikulturalizm modelini təklif edir.

Beləliklə, bu gün Azərbaycan öz üzərinə tarixi missiya götürərək müxtəlif beynəlxalq forumlara, dünya dini liderlərinin sammitlərinə evsahibliyi, qlobal hərəkata çevrilmiş “Bakı prosesi”nə rəhbərlik edir. Prezident İlham Əliyevin dövlət-din siyasəti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dünya miqyasında siyasi-mədəni sahədə dəyərli fəaliyyəti diqqəti özünə çəkməkdədir. Çünki bu gün Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin milli birlik, mənəvi vəhdət, dini-mədəni müxtəlifliyin, mədəniyyətlərarası və dinlərarası harmoniyanın unikal nümunəsidir. Bu istiqamətdə Azərbaycanda keçirilən tədbirlər ölkəmizin mövqeyini daha da artırır. Azərbaycan dünyada həm də mədəniyyət, tarix, tolerantlıq mərkəzi kimi tanınır. Müxtəlif mədəniyyətlərə hörmət isə xalqımızın mədəniyyətinin bir parçası kimi formalaşaraq həyat tərzinə çevrilir.



Məhəmməd NƏRİMANOĞLU,

Okumaya devam et  Azerbaycan’da düşen/düşürülen helikopter

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir