Azərbaycan və Türkiyə iqtisadi təhlillərin hazırlanması sahəsində əməkdaşlığın inkişafını müzakirə edib

Azərbaycan və Türkiyə iqtisadi təhlillərin hazırlanması sahəsində əməkdaşlığın inkişafını müzakirə edib-AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - Fatih Unlu Azerbaycan Turkiye kalkinma isbirligi

Azərbaycan və Türkiyə iqtisadi təhlillərin hazırlanması sahəsində əməkdaşlığın inkişafını müzakirə edib-AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Azərbaycan və Türkiyə iqtisadi təhlillərin hazırlanması sahəsində əməkdaşlığın inkişafını müzakirə edib-AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - Fatih Unlu Azerbaycan Turkiye kalkinma isbirligi

Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı və Türkiyə Cümhuriyyətinin Cumhurbaşqanlığının Strategiya və Büdcə Departamentinin İSEDAK ve Uluslararası Kalkınma İşbirliği Genel Müdürü Fatih Ünlü arasında onlayn formatda görüş keçirilib.

İİTKM-in fəaliyyəti, xüsusilə dövlət sektorunda strateji idarəetmə və planlaşdırma, dövlət proqramlarının monitorinq və qiymətləndirilməsi, iqtisadi təhlil və tədqiqatların hazırlanması sahələrində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi yolları əsas müzakirə mövzuları kimi qeyd edilib.

Vüsal Qasımlı Strateji Yol Xəritələrinin həyata keçirilməsi, yeni sosial-iqtisadi inkişaf strategiyası, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və dayanıqlı inkişafı Dövlət Proqramının və Rəqəmsal Transformasiya Konsepsiyasının hazırlanması barədə məlumat verib.

Fatih Ünlü bu sahələrdə Türkiyənin təcrübəsini bölüşərək gələcəkdə İİTKM-in maraq dairəsində olduğu sistemlərin fəaliyyəti ilə bağlı təcrübə mübadiləsinin faydalı olacağını bildirib.

Görüşdə Türkiyə Cümhuriyyətinin Cumhurbaşqanlığının Strategiya və Büdcə Departamentinin İkili əməkdaşlıq Dairə rəhbəri Mustafa Şimşək, İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn və hər iki tərəfdən digər rəhbər şəxslər də iştirak edib və qarşılıqlı maraq kəsb edən sahələrdə mümkün əməkdaşlıq imkanları müzakirə olunub, gələcəkdə birgə fəaliyyət planları üzrə razılaşmalar əldə edilib.

Okumaya devam et  Təbriz zindanında saxlanılan milli fəal Əkbər Əbülzadə aclıq aksiyasını dayandırıb

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir