Azərbaycana qarşı tarixi saxtakarlıqlar. /www.aznews.tv / turkishforum -Abdullah Türer Yener
Siyasi məqsədlərlə Atropatenanın Arazdan cənubda göstərilməsinin bir səbəbi də növbə ilə Qarabağı, ardınca isə bütün Kür – Araz ovalığını türklərdən təmizləyərək ermənilərə hədiyyə etmək idi. Madam ki, Atropatena, yəni Azərbaycan Arazdan cənubda yerləşmişdir və antik müəlliflər Araz çayının Ərməniyyə(Ermənistan) ilə Atropatena (Azərbaycan) arasında sərhəd olduğunu, Albaniyanın isə Kürdən şimalda yerləşdiyini söyləmişlər.Siyasi məqsədlərlə Atropatenanın Arazdan cənubda göstərilməsinin bir səbəbi də növbə ilə Qarabağı, ardınca isə bütün Kür – Araz ovalığını türklərdən təmizləyərək ermənilərə hədiyyə etmək idi. Madam ki, Atropatena, yəni Azərbaycan Arazdan cənubda yerləşmişdir və antik müəlliflər Araz çayının Ərməniyyə(Ermənistan) ilə Atropatena (Azərbaycan) arasında sərhəd olduğunu, Albaniyanın isə Kürdən şimalda yerləşdiyini söyləmişlər, o
zaman Kür – Araz ovalığının “Ermənistan” olduğu heç bir şübhə oyatmayacaqdır. Buna paralel olaraq erməni (hay) tarixçilərinə (M. Çamçayan, M. Kanayan, M. Barxudaryan, Y. Manandyan, Q. Kapantsyan, S. Yeremyan, B. Ulubabayan, A. Mnatsakanyan, A. Xaçatryan, Ş. Smbatyan, A. Akopyan, N. Adonts, S. Ter-Avatesyan və s.) sözügedən ərazilərin guya “Ermənistan” olduğunu “sübut” etmək üçün yaşıl işıq yandırıldı. Bu işdə onlara rus almləri də (N. Piqulevskaya, K. Trever və s.) əllərindən gələn köməyi edirdilər.
Yuxarıda qeyd etdiyimiz kimi, əski gürcü mənbələrində Albaniya-Arran “Rani” kimi qeyd edilmişdir. Q. Qeybullayevin yazdığına görə, bu ad təkcə müəyyən bir ərazini deyil, həm də onların sakinlərini ifadə etmişdir (Гейбуллаев, 1991, s 58-59).
Maraqlıdır ki, eyni toponimə e.ə. III-II minilliklərə aid Akkad və Aşşur mənbələrində də “Raniyə” formasında rast gəlinməkdə, bu bölgənin əsas əyaləti kimi Şuşarranın adı qeyd edilməkdə, əhalisi isə “türk” (turukku) kimi göstərilməkdədir (Ağasıoğlu F., 2005, s. 40).
Türklərin adının Azərbaycan sakinləri kimi hələ eradan əvvəlki Akkad və Aşşur mixi yazılarında «turukku» kimi qeyd edildiyini ilk dəfə təsbit edən tanınmış alim Z. Yampolski olmuşdur. O, türklərin mənşəyi və ilk ata yurdu barədə o vaxta qədər
rus – sovet tarixşünaslığında mövcud olan rəsmi baxışlara qarşı çıxaraq bildirmişdi ki, akkad mənbələri «türk» etnoniminin qeydə alındığı ən qədim yazılı mənbələrdir (Tahirzadə, 1991, s. 62-
64). Eradan əvvəl birinci minilliyə aid Urartu mixi yazılarında da eyni xalqın adı, eyni ərazinin sakinləri kimi qeyd edilmişdir.
Urartu mənbələrində həmin xalqın adı «turuxi» kimi çəkilir. F. Ağasıoğlunun fikrincə, Aşşur mənbələrində rast gəlinən «turukku» etnonimi «türk»etnik adının aşşur dilindəki səsləniş və yazılış formasıdır (Ağasıoğlu, 2005, s. 39)
İlk dəfə Z. Yampolski tərəfindən söylənilən bu fikrə sonralar Ə. Hüseyni, C. Cəfərov, M. Hatəmi Tantəkin, Y. Yusifov, Q. Qeybullayev, T. Hacıyev, M. İsmayıl, K. Əliyev, F. Ağasıoğlu, N. Xudiyev və s. kimi Azərbaycan alimləri də şərik çıxmışlar.
Y. Yusifovun yazdığına görə, «türk» adına erkən orta əsrlərə aid hind qaynaqlarında turukka», Xotən mətnlərində «ttrruki», Tibet mənbələrində «druq» və «druqu» formasında rast gəlmək mümkündür (Azərbaycan tarixi, 1994, s. 78).
Eyni etnonim e.ə. XXIII əsrə aid Aşşur mənbələrində “tourki” yazılmaqdadır (Ağasıoğlu F., 2005, s. 39).
Turuklar barəsində ilk məlumatlara e.ə. XlV yüzilliyə aid Aşşur mənbələrində rast gəlindiyini, daha sonra isə «turux» (və ya turuxi) adı ilə Urartu mənbələrində məlumat verildiyini vurğulayan Mahmud İsmayıl da onların bir çox alim tərəfindən türklərlə eyniləşdirildiyini söyləməkdədir (İsmayıl M., 1955, s. 7)
Y. Yusifovun yazdığına görə, eramızdan əvvəl ll minilliyin əvvəlində Urmiya gölü hövzəsində yaşayan türklərin aktiv siyasətə qoşulması başlayır. Onlar Zaqroş dağlarını aşaraq İkiçaya rasına daxil olurdular. Türklər Aşağı Zab çayının yuxarı axarında yerləşən Raniyə düzənliyinə çıxır və burada yaşayan hürrilərlə ünsiyyətə girirdilər. Ümumiyyətlə, onlar bu ərazi uğrunda mübarizə aparırdılar və bununla da İkiçayarasının şimalında yaranmış
Aşşur dövlətinin sərhədlərində təhlükə yaradırdılar.
Aşşur mixi yazılarından belə məlum olur ki, aşşur hökmdarı l Şamşi-Adad türklərə qarşı hərbi yürüş təşkil edir, lakin bu tay-
faların müdaxiləsinin qarşısını ala bilmir. Türklər aşşurların nəzarəti altında olan Şuşarra vilayətini ələ keçirirlər. Aşşur hökmdarı l İşme-Daqan baş verənləri cöx maraqlı təsvir etmişdir:
«O ki qaldı Şuşarra ölkəsinə, siz mənə yazırsınız ki, bu ölkə həyacan içindədir və biz onu saxlaya bilmirik. Qoy qasid sizə vəziyyəti izah etsin. Turukkulu Lidaya və bu ölkədə onunla birlikdə olan turukkilər rəqabət aparırdılar və iki yaşayış məntəqəsini dağıtmışdılar. Mən oraya əlavə qoşun gətirdim, onlar dağlara çəkil-
dilər. Mən əhalidən soruşdum və bu qərara gəldim ki, bu ölkə nəzarətə alına bilməz» (Azərbaycan tarixi, 1994, s. 73-74).
Təbii ki, mixi yazılardaki «turukku», «turuxi», «turuk» adlarını «türk» enonimi ilə eyniləşdirən alimlərimiz haqlıdırlar. Biz də bu fikirdəyik ki, adlarına ilk dəfə eradan əvvəl lll minilliyə aid akkad və aşşur mixi yazılarında «turuku» kimi və eradan əvvəl l minilliyə aid Urartu mənbələrində «truxi» kimi rast gəlinən
və haqlarında Azərbaycan və Şərqi Anadolu ərazisinin sakinləri kimi söz açılan bu xalq sonrakı dövrlərdə, Vl-Vlll əsrlərdə böyük xaqanlıq qurmuş və bu xaqanlığın mərkəzi indiki Monqolustan
ərazisi olmuşdur. Boz qurdla bağlı əldə olan etnoqonik miflərin təhlili göytürklərin Mərkəzi Asiyaya, o cümlədən Monqolustan ərazisinə Ön Asiya və Qafqazdan gəldiklərini, türklərin ilkin ata
yurdunun Azərbaycan və Şərqi Anadolu ərazisi olduğunu söyləməyə tam əsas verir.
Yazıları posta kutunda oku