QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant müsabiqəsinin qalib təşkilatları ilə müqavilələr imzalayıb

QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant müsabiqəsinin qalib təşkilatları ilə müqavilələr imzalayıb - AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - azerbaycan devlet dairesi

QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant müsabiqəsinin qalib təşkilatları ilə müqavilələr imzalayıb – AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant müsabiqəsinin qalib təşkilatları ilə müqavilələr imzalayıb - AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - azerbaycan devlet dairesi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il kiçik qrant müsabiqəsinin qalib təşkilatları ilə müqavilələrin imzalanma mərhələsi yekunlaşıb.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Agentliyin Müşahidə Şurasının “14 dekabr 2021-ci il tarixli” iclasının qərarına əsasən 415 QHT müsabiqənin qalibi elan edilib.

Dekabrın 14-dən başlanılmış qaliblərlə qrant müqavilələrin bağlanması prosesi bu gün yekunlaşıb.

Agentliyin Layihələrin idarə olunması departamentinin əməkdaşları qısa müddətdə belə bir ağır və məsuliyyətli işin öhdəsindən gələrək qaliblərlə müvafiq qaydada qrant müqavilələrinin bağlanmasını təmin ediblər.

Qeyd edək ki, müqavilələrin bağlanması üçün ayrılan vaxt az olduğu üçün əməkdaşlar gecə saatlarına qədər, istirahət günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində çalışmış və bu mərhələni uğurla yekunlaşdırmışlar.

Məlumat üçün bildirək ki, artıq qrant müqavilələri üzrə ödənişlərin həyata keçirilməsinə də başlanılıb.

Okumaya devam et  Güney Azərbaycan siyasi təşkilatlarının Tehrandakı Azərbaycan Respublikasının səfirliyinə terror aktını pisləyən bəyanatı

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir