Soyuq qış dünyanı enerji böhranı ilə “donduracaq” – ciddi krizis gözlənir

Soyuq qış dünyanı enerji böhranı ilə “donduracaq” – ciddi krizis gözlənir . Dünya SAKİT, “Yeni Müsavat” /turkishforum - Abdullah Türer Yener - tap boruhatti musavvat

Soyuq qış dünyanı enerji böhranı ilə “donduracaq” – ciddi krizis gözlənir . Dünya SAKİT, “Yeni Müsavat” /turkishforum – Abdullah Türer Yener

Soyuq qış dünyanı enerji böhranı ilə “donduracaq” – ciddi krizis gözlənir . Dünya SAKİT, “Yeni Müsavat” /turkishforum - Abdullah Türer Yener - tap boruhatti musavvat

Nüfuzlu mərkəzlər prosesi durduracaq tək amili göstərirlər

Bu qış Amerika, Asiya və Avropanın mühüm hissəsində havaların keçən ilki kimi soyuq keçəcəyinə dair proqnozlar enerji bazarında ciddi böhrana səbəb ola bilər. “Saxo Bank”ın investisiyalar üzrə direktoru Stin Yakobsenin (Steen Jacobsen) fikrincə, soyuq qış proqnozları özünü doğrultsa, qaz və neft qiymətləri bu qış yeni pik hədlərə çata bilər və qlobal enerji böhranı yaşanar: “Düşünürəm ki, bu qış biz enerji böhranının pik nöqtəsini görəcəyik. 1973-cü ildən bəri belə bir şey görməmişik. Lakin bu il, bu qış biz enerji böhranının pik nöqtəsini görəcəyik”.

S.Yakobsen bunun fonunda neftin də bahalaşacağını düşünür: “2022-ci ilin I rübündə neftin qiymətinin 100 dollardan yuxarı olduğunu görsək, təəccüblənmərəm”. Eyni zamanda mütəxəssis hesab edir ki, pik həddi keçdikdən sonra enerji böhranı 2022-ci ildə başa çatacaq: “Təbii ki, mən meteoroloq deyiləm, lakin atmosferin yuxarı təbəqələrinin soyuma sürəti ilə bağlı əsas uzunmüddətli proqnozlara nəzər salsaq, qışın çox soyuq keçəcəyi ehtimalı olduqca yüksəkdir. Bunu, eşitdiyim meteoroloji araşdırmalara əsasən deyirəm. Belə olan halda təbii qaz, neft və LNG qiymətləri artacaq, çünki ehtiyat həcmlərinin səviyyəsi aşağıdır. Bu, bir növ ideal fırtınadır. Yəni ehtiyat həcmləri azdır və havalar da soyuqdur, bununla belə, qiymətlər də yüksəkdir. Onlar hara gedə bilər? Təbii ki, daha yuxarı”.

Steen Jacobsen: One more phase of dollar’s strength coming in early 2016 | Report.az

“Saxo Bank” ekspertlərinin fikrincə, qazın qiymətinin dəyişkənliyindəki mövcud pauza müvəqqəti xarakter daşıyır: “Biz həm Asiyada, həm də Amerika və Avropada bahalaşma perspektivini görürük”.

Qeyd edək ki, Avropa Meteorologiya Qurumunun proqnozlarına əsasən bu qış qitənin cənub-şərqində havalar daha kəskin keçəcək. İlk olaraq kəskin soyuqlaşma Avropanın şimal və qərbində müşahidə olunacaq. Buna mənfi siklonların sürətli hərəkəti səbəb olacaq. Daha sonra digər bölgələrdə mülayim başlayan qışın sərt üzü görünəcək. Mülayim hava ilə start götürən dekabr ayında Şotlandiya, Almaniya, Polşa və Fransada qar tufanlarının, Böyük Britaniyanın qərb sahillərində güclü yağıntıların olacağı gözlənilir.

Ümumilikdə dekabrda Avropada nisbətən mülayim, yanvarda kəskin soyuqlar, fevralda isə yenidən mülayim hava üstünlük təşkil edəcək. Ən çox şaxtaların Şərqi Avropada – Polşa, Macarıstan, Rumıniyada olacağı proqnoz edilir.

Vasárnapra is beütött a kemény hideg Magyarországon – Infostart.hu

Xatırladaq ki, Bloomberg hələ oktyabr ayında soyuq qışın Avropadan başlayaraq bütün dünyada enerji böhranına səbəb olacağını yazmışdı.

Avropadakı mövcud qaz ehtiyatları belə qorxulu proqnozların reallıq payının çox olduğunu göstərir. “Gas Infrastructure Europe”nin məlumatına görə, noyabr ayında Avropada anbarlardan götürülən qaz həcmi 11,68 milyard kubmetr təşkil etməklə 2011-ci ildən bəri ən yüksək həddə çatıb. Beləliklə, Avropanın anbarlarındakı qaz ehtiyatlarının ümumi həcmi 68,05 faizə düşərək 73,46 milyard kubmetr təşkil edir.

Hazırda Avropada qazın min kubmetrinin qiyməti 1100 dollar civarındadır. Analitik mərkəzlər bu həddin dekabrın ortalarınadək davam edəcəyini, ondan sonra qiymətlərin kəskin bahalaşacağını gözləyirlər.

Avropada qaz böhranı: Niyə başladı, necə

Bir çox mütəxəssislər hesab edirlər ki, soyuq qışda dünya enerji böhranının baş verməsinin qarşısını ala biləcək yeganə amil koronavirusdur. Belə ki, koronavirusun yeni ştammı olan omikronun yayılma sürəti artıb, yenidən qapanmalara səbəb olarsa, dünyada neft və neft məhsullarına tələbatı kəskin azalda bilər. Bu isə qlobal enerji böhranının yaranmasının qarşısını alar. Lakin hələlik omikronun təhlükəlilik səviyyəsi ilə bağlı dəqiq məlumatlar yoxdur. Buna baxmayaraq, Avropa və Amerikada ona yoluxma hallarının aşkarlanması neft bazarında qiymətlərin 81-82 dollardan 68 dollara qədər ucuzlaşmasına gətirib çıxarıb. Hətta ABŞ-da neft ehtiyatlarının azalmasına dair məlumat da bazarda pozitivliyi bərpa edə bilməyib.

Əsas hasilatçı ğölkələrin birləşdiyi “OPEC+” ölkələrinin texniki komitəsi omikron ştammının neft tələbatına təsirinin qiymətləndirməsini yeni ştammın ciddiliyi aydınlaşdıqdan sonra – yəni iki həftə sonra keçirməyi təklif edib. Texniki komitə neft ehtiyatlarının satışının neft bazarına təsirini mülayim qiymətləndirib. Bundan başqa, komitə 2021-ci il üçün gündəlik tələbat proqnozunu 5,65 milyon barelədək azaldıb, 2022-ci il üçün isə 4,15 milyon barel səviyyəsində saxlayıb. “OPEC+” 2022-ci ildə 1,7 milyon barel həcmində ehtiyatların satışını nəzərə alaraq neft profisiti gözləyir, martda gündəlik profisit 3,8 milyon barelə çata bilər.

im-443415.jpg (66 KB)

Neft hasilatçısı olan Azərbaycan üçün qlobal səviyyədə gedən proseslər, qiymət dəyişmələri mühüm əhəmiyyət kəsb edir. Bu ilin noyabr ayının nəticələrinə görə, dünya bazarında Azərbaycanın hasil etdiyi “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 82,74 ABŞ dollarına bərabər olub ki, bu da oktyabr ayının orta qiyməti ilə müqayisədə 2,76 dollar və ya 3,23 faiz azdır. Hazırda qiymət 72,5 dollar civarındadır.

Cənub Qaz Dəhlizi – TAP kəməri ilə nəql olunan Azərbaycan qazı əsasən Avropanın cənubuna çatdırılır. Bu qışın məhz orada daha soyuq keçəcəyinə dair proqnozlar Azərbaycan qazına tələbatın kəskin artacağını deməyə əsas verir. Azərbaycan bu artıma hazırlıqlı olmağa çalışır. Bir neçə gün əvvəl Aşqabadda İran və Türkmənistanla imzalanan saziş də bu hazırlığın tərkib hissəsidir. Həmin sazişə əsasən Azərbaycan İran vasitəsilə Türkmənistandan gündə 5-6 milyon kubmetr, illik 1,5-2 milyard kubmetr qaz alacaq. Əksər mütəxəssislər bu addımı bilavasitə Türkmənistan qazının Avropaya çıxarılması prosesinin başlanğıcı kimi qiymətləndirirlər.

tap.jpg (89 KB)

Yeri gəlmişkən, artıq TAP səhmdarları onun ötürücülük gücünün artırılması planının icrasına başlamağa hazırlaşırlar. Hazırda illik ötürücülük gücü 10 milyard kubmetr olan kəmərin genişləndirilməklə 20 milyard kubmetr qazı nəql etmək imkanına malik olması nəzərdə tutulur.



Dünya SAKİT,
“Yeni Müsavat”

Okumaya devam et  Azərbaycan və Türkiyə iqtisadi təhlillərin hazırlanması sahəsində əməkdaşlığın inkişafını müzakirə edib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir