Özümüzə inamı artıran, bizi daha böyük uğurlara həvəsləndirən təşkilat

Özümüzə inamı artıran, bizi daha böyük uğurlara həvəsləndirən təşkilat-sendika /turkishforum - Abdullah Türer Yener - ahikorg

Özümüzə inamı artıran, bizi daha böyük uğurlara həvəsləndirən təşkilat-sendika /turkishforum – Abdullah Türer Yener

Özümüzə inamı artıran, bizi daha böyük uğurlara həvəsləndirən təşkilat-sendika /turkishforum - Abdullah Türer Yener - ahikorg

Tədbirdən sonra təltif olunmuş gənclər redaksiyamıza müraciət edib təəssüratlarını qəzetdə işıqlandırmağımızı xahiş etdilər.
SENDİKA

Ötən sayımızda AHİK-in keçirdiyi “İlin peşəkar gənci” müsabiqəsində qalib adına layiq görülmüş gənc təhsil işçilərinin mükafatlandırılmasına həsr olunmuş tədbir barədə geniş material dərc etmişdik. Xatırladırıq ki, tədbirdə AHİK sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək gəncləri təbrik etmiş, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulamışdı. Səttar müəllim müsabiqənin keçirilmə səbəbindən və əhəmiyyətindən danışarkən bu qisim tədbirləri dövlətimizin gənclər siyasətinin uğurla həyata keçirilməsi işinə həmkarlar ittifaqının dəstəyinin nümunəsi kimi dəyərləndirmişdi. Əmin olduğunu bildirmişdi ki, təşkil etdiyimiz müsabiqələrdə fərqlənən gənc, istedadlı işçilər gələcəkdə Vətənimizin çiçəklənməsi naminə böyük uğurlara imza atacaqlar. S.Möhbalıyev tədbirin sonunda hər bir qalibə AHİK-in Fəxri Diplomunu, Döş nişanını və vəsiqəsini təqdim etmişdi.

Tədbirdən sonra təltif olunmuş gənclər redaksiyamıza müraciət edib təəssüratlarını qəzetdə işıqlandırmağımızı xahiş etdilər.

Gülnarə NƏSİBOVA (Şəki şəhər 17 saylı tam orta məktəbin biologiya müəllimi)

-Mən Səttar müəllimi ilk dəfə idi ki, üzbəüz görürdüm. Elə ilk baxışdan o mənə doğma insan təəssüratı bağışladı. Çünki uzun illərdir həmkarlar ittifaqının fəaliyyətini izləyirəm. Sözün həqiqi mənasında, bu təşkilat ölkəmizin sosial, iqtisadi, mədəni, mən deyərdim, mənəvi həyatında çox fəal iştirak edir. Tez-tez mətbuatda Səttar müəllimin hesabat xarakterli yazılarını oxuyuram. Rəhbəri olduğu təşkilat cəmiyyətimiz üçün qlobal əhəmiyyət daşıyan məsələlərin, o cümlədən problemlərin həllində daim ön sıralarda olur. Pandemiyanın başladığı ilk günlərdən AHİK bütün ölkə üzrə ittifaq üzvlərinin iqtisadi, sosial müdafiəsinə qalxdı. İlk təşkilatlar pandemiya şəraitində gəlirlərini itirən və ya gəlirləri yaşayış üçün zəruri həddən aşağı düşən ittifaq üzvlərini müəyyənləşdirib siyahısını hazırlamaq işinə səfərbər etdi. AHİK-in büdcəsindən ayrılmalar hesabına alınan tonlarla ərzaq paytaxta, bölgələrə göndərildi, dəqiq siyahı üzrə aztəminatlı ittifaq üzvlərinin ailələrinə paylandı. Mən bünları təkcə mətbuatdan oxuduğum yazılardan çıxış edərək demirəm. Mən bunları öz rayonumuzun, şəhərimizin timsalında görüb deyirəm.

S.Möhbalıyevi açıq ürəklə, heç bir bəlağətə yol vermədən gənclərin böyük dostu adlandırmaq olar. Onun təşəbbüsü və təşkilatçılığı ilə AHİK-in, sahə Hİ respublika komitələrinin, ilk təşkilatların nəzdində yaradılmış gənclər şuraları, komissiyaları gənclərin cəmiyyətdə, çalışdıqları idarə və müəssisələrdə fəal ictimaiyyətçi kimi yetişmələrində əvəzsiz işlər görür. Gənclərin vətənpərvərlik ruhunun daha da artırılmasına xidmət edən layihələr işləyib reallaşdırırlar.

Gənc müəllim olaraq müsabiqədə məni fərqləndirdiyinə görə AHİK-ə təşəkkürümü bildirirəm. Bu uğur üzərimə böyük məsuliyyət qoyur, məni daha səylə işləməyə, hər vaxt nümunə olmağa ruhlandırır.

Rəhimə TALIBLI (Bakı Slavyan Universitetinin Diplomatiya və xarici siyasət kafedrasının baş müəllimi)



– Açığı, bu günlərə qədər işlədiyim təşkilatlarda yaxşı işimə görə bir neçə Fəxri fərman, sertifikat və sair bu tipli mükafatlar almışam. Hər bir mükafatın da özünə görə sevinci olur. Amma AHİK-in “İlin peşəkar gənci” müsabiqəsində qalib gəlmək mənim üçün xüsusi əhəmiyyət daşıyır. Birincisi, ona görə ki, müsabiqə mübarizədir. Sən neçə-neçə həmkarın arasından seçilirsən. İkincisi, həmkarlar ittifaqının sıralarında olmağımın nəticəsini gördüm. Başa düşdüm ki, bu təşkilat üzvlərini peşəyə, ictimai həyata hazırlaya və nəticəni qiymətləndirə bilir. “Hazırlamaq” deyəndə nəyi nəzərdə tuturam? Onu ki, universitetin həmkarlar ittifaqı komitəsi tədris ili boyu müxtəlif formatlı tədbirlər, o cümlədən dəyirmi masalar, debatlar, seminarlar, intellektual oyunlar, hətta müəyyən müddətdən bir festivallar keçirir. İşçilərin, xüsusilə gənc işçilərin hüquqlarının keşiyində cəsarətlə durur, rəhbərlik və işçi arasında əmək münasibətlərini tənzimləyir.

Müxtəlif adda, müxtəlif mövzularda klublar təsis edir. Bütün bunlar biz gənclərin bir-biri ilə daha sıx ünsiyyət qurmasına, həm də elmi biliyimizin qarşılıqlı şəkildə yüksəlməsinə təsir göstərir.

Mən on ilə yaxındır bu kafedrada çalışıram. Bir neçə elmi işin müəllifiyəm. Hazırda doktorluq dərəcəsi almaq üçün götürdüyüm mövzu gənclərlə iş barədədir. Bu mövzunun öhdəsindən layiqincə gələ bilməyimdə həmkarlar ittifaqının gənclər siyasəti, bu sahədə topladığı təcrübə mənim üçün gözəl mənbə olacaq.

Mən gələcək fəaliyyətimdə stimullaşdırıcı rol oynayacaq mükafata görə hörmətli Səttar müəllimə, onun sədri olduğu qurumun əməkdaşlarına minnətdarlığımı bildirirəm.

Elvin ABBASOV (Beyləqan rayon 6 saylı tam orta məktəbin coğrafiya müəllimi)

– Mən şəxsən AHİK sədri, millət vəkili Səttar Möhbalıyevə təşəkkürümü bildirirəm. Onun rəhbərliyi altında formalaşan, cəmiyyətimizin ən fədakar hissəsinə çevrilən həmkarlar ittifaqı təşkilatının fəaliyyətini biz hər yerdə, hər gün görür və onun missiyasından faydalanırıq. Mən adi kənd müəllimiyəm. Heç ağlıma da gəlməzdi ki, müsabiqədə iştirakım diqqət çəksin. Təqdim olunan sənədlər içərisində məhz mənim fərqləndirildiyim, təbii ki, həmkarlar ittifaqının üzvlərinə qarşı ədalətli, humanist münasibətinin ifadəsidir. Adım qaliblər sırasında səsləndirilənə qədər ümidsiz və sakit idim. Əsl həyəcan adım qalib kimi elan olunandan sonra başladı. İndi özümlə, peşəkarlığımla qürur duyuram. Əməyim stimullaşdırıldı. Deməli, cəmiyyətdə hörmət sahibi olmaq istəyirsənsə, seçdiyin peşənin vurğunu olmalısan.

Mənə mükafatı şəxsən Səttar müəllim təq

dim etdi. Ünvanıma xoş sözlər söylədi. Səndən daha böyük nailiyyətlər gözləyirik dedi. Səttar müəllimin bir fikri məndə xüsusi qürur doğurdu: “Vətən müharibəsindəki qələbə əslində müəllimlərimizin qələbəsi idi. Siz təhsil verməklə yanaşı, şagirdlərimizdə vətənpərvərlik hisslərini də yaratmağı, canlarına, qanlarına hopdurmağı bacarmısınız. Cəmiyyətimizə Vətən qeyrəti çəkən gənclər bəxş etmisiniz. Bu şərəfli işi böyük uğurla davam etdirirsiniz”.

Günay NƏCƏFOVA (Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 4 saylı tam orta məktəbin fizika müəllimi)

– Mən dərs deməklə yanaşı, elmi yaradıcılıqla da məşğul oluram. Yaradıcılığımın uğurlu alınmasında, peşəkar müəllim kimi formalaşmağımda daxili istəyimlə, çalışqanlığımla yanaşı, məktəb rəhbərliyinin və həmkarlar ittifaqı təşkilatının da əməyi çoxdur. Sahə Hİ Respublika Komitəsi, rayon komitəsi və ilk təşkilat müxtəlif mövzularda keçirilən tədbirlərə məni də dəvət edir. Mənə çıxış üçün söz verirlər. Təbii ki, hər bir insanın müəyyən məqamlarda problemləri ortaya çıxır. Belə məqamlarda ərklə həmkarlar ittifaqına müraciət edirəm. İmkan daxilində məsləhətlərini, köməklərini məndən əsirgəmirlər.

Müsabiqədə qalib adını qazanmağım, necə deyərlər, özümə inamımı qat-qat artırdı. Mən daha böyük uğurlara imza atmaq gücündə olduğumu yəqinləşdirdim.

Mükafata görə AHİK sədri Səttar müəllimə təşəkkürümü bildirirəm. Həmkarlarımı da həmkarlar ittifaqı ətrafında sıx birləşməyə çağırıram.

Şəbnəm ƏLİCANZADƏ (Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Hüquq sektorunda aparıcı məsləhətçi)

– Əmək fəaliyyətimin tarixi bir o qədər də uzaq deyil. 6 il əvvəl Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirəndən sonra bu idarədə əmək fəaliyyətinə başlamışam. Özümü yaxşı mütəxəssis kimi göstərməyə, vəzifəmi peşəkarcasına icra etməyə çalışmışam. Həmkarlar ittifaqı ilə sıx ünsiyyətdə olmuşam. Onların keçirdiyi tədbirlərdə fəal iştirak etmişəm. İşçilərlə münasibət qurmaq, üzvlərin potensialını üzə çıxarmaq, lazımi məqamda stimullaşdırmaq sahəsində zəngin təcrübəyə malik bu təşkilatdan çox şey öyrənmişəm. Onu da öyrənmişəm ki, yüksək əmək göstəricisi o halda mümkündür ki, insanların istirahət hüquqları tam təmin olunsun. Həmkarlar ittifaqı bu istiqamətdə çox iş görür. Xüsusilə yay mövsümlərində işçilərin ölkəmizin dilbər guşələrinə turist səfərləri təşkil olunur. Bu səfərlər zamanı yaradılmış qruplarda gənclərə daha çox yer ayrılır.

Gənc mütəxəssislərlə iş olduqca çoxsahəli və səmərəli qurulur. Görünür, müsabiqədə qalib adı qazanmaqda həmkarlar ittifaqından öyrəndiyim təcrübə də köməyimə gəlib. Mən ilk və qürurverici mükafatıma görə həmkarlar ittifaqına, onun lideri, təşkilatçısı və fədaisi, millət vəkili Səttar Möhbalıyevə minnətdarlığımı bildirirəm. Həmkarlar ittifaqı adlanan həyat məktəbi mənim üçün daimi örnək və bilik mənbəyi olacaq.
ETİKETLƏR: SENDİKA

Okumaya devam et  Xalqa xidmət missiyası

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir