10 ayda qeyri-neft məhsullarının ixracı 42 faiz artıb

10 ayda qeyri-neft məhsullarının ixracı 42 faiz artıb- AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - azerbaycanbayragi

10 ayda qeyri-neft məhsullarının ixracı 42 faiz artıb- AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

10 ayda qeyri-neft məhsullarının ixracı 42 faiz artıb- AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - azerbaycanbayragi

41 ölkə isə Azərbaycanın peyk telekommunikasiya xidmətlərindən istifadə edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın noyabr sayını dərc edib.

İcmalda bildirilir ki, 2021-ci ilin 10 ayı ərzində ölkə üzrə ixracın dəyəri 16,8 milyard, o cümlədən qeyri-neft sektorunda 2,1 milyard dollar olub. Qeyri-neft sektoru üzrə ixracın dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 607,2 milyon dollar (42 faiz) artıb.

Bu dövrdə yeyinti məhsullarının ixracı 3,2 faiz artaraq 582,2 milyon dollar dəyərində olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac həmçinin qara metallar və onlardan hazırlanan məmulatlar üzrə 3,2, mis və ondan hazırlanan məmulatlar üzrə 2,2 dəfə, pambıq üzrə 87,6, üzvi kimyəvi birləşmələr üzrə 40,6, alüminium və ondan hazırlanan məmulatlar üzrə 61,7, qiymətli metallar və ondan hazırlanan məmulatlar üzrə 4,3 faiz artıb.

Sözügedən müddət ərzində ixrac edilən qeyri-neft mallarının siyahısında qızıl (166,1 milyon dollar) birinci, pambıq mahlıcı (160,7 milyon dollar) ikinci, pomidor (130 milyon dollar) üçüncü yerdə qərarlaşıb. Hesabat dövründə Rusiya Federasiyasına 665,4 milyon, Türkiyəyə 509,4 milyon, İsveçrəyə 184,1 milyon, Gürcüstana 131,5 milyon və ABŞ-a 60,5 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib.

Oktyabr ayı üzrə isə ixracın dəyəri 2,2 milyard dollar olub. Qeyri-neft sektoru üzrə ixracda artım 50,4 faiz (244,6 milyon dollar) təşkil edib. Ay ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 76,5 milyon, qeyri-yeyinti məhsulları üzrə 2 dəfə artaraq 168 milyon dollara çatıb.

İlin 10-cu ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (78,9 milyon dollar) birinci, Türkiyə (54,4 milyon dollar) ikinci və Braziliya (16,3 milyon dollar) üçüncü yerdə qərar tutub. Həmin ay ərzində ixrac edilən qeyri-neft məhsullarının siyahısında isə xurma (20,1 milyon dollar) birinci, karbamid (19,9 milyon dollar) ikinci və meşə fındığı (19,7 milyon dollar) üçüncü olub.

Bundan əlavə, yanvar-oktyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 41 ölkəsinə 39 milyon dollar dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac olunub. Oktyabrda “Azərkosmos” ASC dünyanın 33 ölkəsinə 6,7 milyon dollarlıq xidmət göstərib.

Bahadur İMANQULİYEV,

Okumaya devam et  İran rejiminin Urmiyə gölü ilə bağlı məkrli niyyətləri ifşa edildi

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir