Zəfərin yaratdığı iqtisadi yüksəliş

Zəfərin yaratdığı iqtisadi yüksəliş- azerbayjannews.az / turkishforum - Abdullah türer yener - aliyev esi

Zəfərin yaratdığı iqtisadi yüksəliş- azerbayjannews.az / turkishforum – Abdullah türer yener

Zəfərin yaratdığı iqtisadi yüksəliş- azerbayjannews.az / turkishforum - Abdullah türer yener - aliyev esi

İlham Əliyevin yeni inkişaf strategiyası Azərbaycanın postmüharibə dövrü üçün mühüm yol xəritəsidir



Qlobal iqtisadiyyatın üzləşdiyi ağır sınaq ilinin ardından əksər ölkələr yeni inkişaf strategiyalarını yeni dövrün çağırışlarına uyğun müəyyənləşdirirlər. Ekspertlər 2021-ci ili dünya iqtisadiyyatının tənəzzüldən çıxaraq bərpa dövrünə keçidi ili kimi səciyyələndirirlər.

İkinci Qarabağ müharibəsindən şanlı Zəfərlə çıxan Azərbaycan da gələcək inkişaf strategiyasını regionda yaranmış yeni reallıqlar, yəni postmüharibə dövrünün çağırışlarına uyğun müəyyən edib. Qəbul etdiyi uzaqgörən qərarları ilə Azərbaycanı bütün böhranlardan üzüağ çıxaran Prezident İlham Əliyevin müəllifi olduğu “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” inkişaf strategiyası növbəti 10 il üzrə yüksəlişimizin yol xəritəsi hesab edilir.



Strateji valyuta ehtiyatları 53 milyard dollara yüksəlib



Artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. Əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini də yüksəldib. Bunun real təsdiqi İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərimizdir.

Düzdür, qlobal pandemiya bütün ölkələr kimi, Azərbaycan iqtisadiyyatına da mənfi təsir göstərib. Ancaq görülən qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz bu çətin dönəmdən az itki ilə çıxa bilib. Təkcə 2021-ci ilin 9 ayının iqtisadi göstəricilərinə nəzər yetirsək, əksər sahələrdə artımın şahidi olarıq.

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dollara çatıb. Bunun da ÜDM-ə nisbəti 110 faizdir və xarici dövlət borcunu 6 dəfədən çox üstələyir. Bu ilin 9 ayında ümumi daxili məhsul 4,8 faiz, qeyri-neft sektorunda isə 6,2 faiz artıb. ÜDM-də qeyri-neft sektorunun payı 64 faiz təşkil edir.

Sənayenin inkişafına da xüsusi diqqət yetirilir. Sənaye zonalarına 6,3 milyard manat investisiya qoyuluşu həyata keçirilib. Bu ilin 9 ayında qeyri-neft ixracı 41 faizədək artıb ki, bu, indiyədək müşahidə olunan ən yüksək göstəricidir. Qeyri-neft sənayesi məhsulları ixracı 1,6 dəfə artıb. Sənaye məhsulları ixracının 320 milyon dolları sənaye zonalarının payına düşür ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Əgər 2017-2020-ci illərdə qeyri-neft sənayesində əlavə dəyərin orta illik artım tempi 9,3 faiz təşkil edibsə, bu ilin 9 ayında qeyri-neft sənayesində əlavə dəyər 20 faizdən çox artıb.

Əlbəttə ki, bütün bu uğurları İlham Əliyevin son 18 ildə reallaşdırdığı genişmiqyaslı layihələr şərtləndirib. Belə ki, iqtisadi təşəbbüslərin gerçəkləşdirilməsi nəticəsində ötən müddətdə iqtisadiyyat 3 dəfədən çox artıb, müstəqilliyin bərpasından bu günədək ölkə iqtisadiyyatına 300 milyard dollara yaxın investisiya yatırılıb. Bu da bir daha təsdiq edir ki, xarici investorların ölkəmizə olan güclü marağı getdikcə artır. Zəngəzur dəhlizinin açılması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı da təsdiq edir ki, tezliklə Azərbaycana maliyyə yatırımı edən investorların sayı artacaq.



Qeyri-neft sənayesinin inkişafı prioritet olaraq qalır



Artıq gələn il üçün də qarşıya qoyulan hədəflər müəyyənləşdirilib. Postmüharibə dövründə iqtisadiyyatın canlandırılması, qlobal böhrandan ən çox təsirlənmiş sahələrin bərpası və dayanıqlılığı təmin ediləcək.

Xüsusən də sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elm tutumlu və innovativ istehsalın genişləndirilməsi məqsədlərinə nail olunması üçün sənaye istehsalının dövlət tərəfindən dəstəklənməsi tədbirlərinin genişləndirilməsi davam etdiriləcək.

Ümumiyyətlə, Azərbaycanda sənayeləşmə prosesinin ardıcıl davam etdirilməsi, həmçinin qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Dünyada pandemiya və iqtisadi-maliyyə problemlərinə baxmayaraq, ölkəmizdə bu istiqamətdə çox böyük işlər görülür. İqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarımızı genişləndirən yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır.

Hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Dövlət başçısının bu ilin mayında imzaladığı fərmanla yaradılan və sayca 6-cı olan Ağdam Sənaye Parkının tikintisinə başlanılıb.

Dövlət başçısının yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən çoxşaxəli islahatlar, kompleks tədbirlər sayəsində əldə olunan bütün bu uğurlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı 2022-ci ildə də inkişaf dinamikasını qoruyub saxlayacaq və iqtisadi artımın müsbət meyilləri davam edəcək.

Böyük Qələbədən sonra postmüharibə dövrünün reallıqlarını dəyərləndirən Prezident İlham Əliyev bütün çıxışlarında regionda əsas inkişaf istiqamətlərini müəyyənləşdirməklə yeni yol xəritəsinin konturlarını təqdim edib.

Həmçinin bölgədə uzunmüddətli sülhün təmin edilməsinin istiqamətlərini də göstərərək ümumilikdə regionun gələcək inkişafı üçün bütün imkanların mövcud olduğunu söyləyir.



Rəşad BAXŞƏLİYEV,

Okumaya devam et  Qasım Süleymaninin heykəl və büstləri dağıdılır

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir