Multikultural Zəfər

Multikultural Zəfər azerbayjan.news.az / turkishforum - Abdullah Türer yener - aliyev ordu asker azerbaycan

Multikultural Zəfər azerbayjan.news.az / turkishforum – Abdullah Türer yener

Multikultural Zəfər azerbayjan.news.az / turkishforum - Abdullah Türer yener - aliyev ordu asker azerbaycan

Azərbaycanda yaşayan xalqlar arasındakı sarsılmaz birlik qələbəyə uzanan parlaq yolda daha da möhkəmləndi

Azərbaycan xalqının ən qürurlu, ən parlaq Zəfəri kimi əbədi qələbə imzası atdığı 44 günlük müharibə həm də milli birliyimizin təntənəsi kimi tarixə qızıl hərflərlə həkk olundu.

Ana torpağın işğalı ilə heç zaman barışmayan və Zəfərə, qalibiyyətə susamış xalq bir yumruğa çevrilərək düşmənin başı üzərində ildırım kimi çaxdı. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fəxarətlə “mən, azərbaycanlıyam” deyərək bütün cəbhələrdə mənfur düşmənlə mübarizəyə qalxdı, doğma Vətənin bütövlüyü üğrunda əlindən gələn hər şeyi etmək üçün gecə-gündüz çalışdılar.

Milli həmrəyliyin təcəssümü



Vətən müharibəsində bir amal ətrafında tarixin heç bir dönəmində görünmədiyi kimi həmrəy olaraq, Azərbaycanın haqq savaşı uğrunda hər biri müsəlləh əsgərə çevrildi. Azərbaycan xalqı milli həmrəylik nümayiş etdirərək Vətən savaşımızın qalibiyyətlə bitməsi üçün əlindən gələn hər şeyi etdi, dövlətimizə, ordumuza, əsgərimizə, ümumilikdə, Qələbəmizə töhfə verdi.

Bu vətənpərvərlik ənənəsi isə tarixin qədim qatlarından üzübəri davam edir. Zaman-zaman doğma torpaqlarımıza qarşı yadellilərin hər işğal təhlükəsi bu odlar yurdunda yaşayan müxtəlif xalqların eyni məram altında birləşməsi nəticəsində uğurla dəf edilib. Birinci Qarabağ müharibəsində də bu cür həmrəylik nümayiş etdirilib. Tarixi torpaqlarımızı erməni işğalçılarından qorumaq üçün yenə də bütün millətlərin nümayəndələrindən olan igid oğullar silaha sarılaraq mənfurlarla çarpışıblar, sinələrini düşmən gülləsinə sipər ediblər. Bu qəhrəman övladların hər biri Azərbaycanı canlarından çox seviblər. Təkcə bir nümunə çəkək ki, o zaman öz tankı ilə düşmənə qan udduran və Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhadətə ucalan yəhudiəsilli Milli Qəhrəman Albert Aqarunovun şücaəti haqqında bu gün də hər kəs qürurla danışır.

İkinci Qarabağ müharibəsində parlaq Zəfər çələnginin hörülməsində də Azərbaycan xalqının hər bir övladının əməyi, zəhməti oldu. Çoxmillətli xalqımızın hər bir üzvü bu qələbədə zərrə qədər də payı olması üçün gecə-gündüz əzmlə çalışdı. Yəhudisi də, ləzgisi də, talışı da, avarı da, rusu da, türkü də yaralı yurdumuzun müdafiəsinə qalxdı.

Elə şanlı Zəfərimiz də bir amal ətrafında birləşməyimiz, birlik nümayiş etdirərərk güclü olmağımız sayəsində əldə olundu.



Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təntənəsi



Vətən müharibəmizdə digər amillərlə yanaşı, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi də qələbə çaldı. Azərbaycanda yaşayan xalqlar arasında tarixən də var olan dostluq, qardaşlıq dədə-baba yurdumuz Qarabağın azadlığına uzanan parlaq yolda daha da möhkəmləndi, daha da bərkidi…

Təsadüfi deyildi ki, 30 illik fasilədən sonra bu ilin mayın 12-13-də Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” Musiqi Festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdılar.

Bu sarsılmaz birliyin heç bir düşmənin gücü, xarici müdaxiləsi ilə pozulmayacağını bir daha bəyan etdilər.

“Xarıbülbül” Musiqi Festivalının açılışındakı çıxışında bu birlik mesajının əhəmiyyətini xüsusi vurğulayan Prezident İlham Əliyev söylədi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır: “Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk”.

Azərbaycanda yaşayan bütün etnosların nümayəndələrinin fərqli milli kimlikləri və dilləri, müxtəlif inancları və dəyərləri olsa da, bu keyfiyyətlər ta miniliklərin o üzündən bu günə kimi onları ayırmır, yada çevirmir, əksinə, birləşdirir, doğma edir. Elə bu ali mənəvi dəyərlərdən irəli gələrək Azərbaycanın bütövlüyünə təhlükə olan zaman çəkinmədən sinələrini sipər edərək, torpaq uğrunda ölümə belə getməkdən çəkinmirlər. Bəli, bütün bunlar Azərbaycanda yaşayan xalqların nümayəndələrinin ölkəmizə olan sevgisinin parlaq ifadəsi, bu, odlar yurdunun bütün millətlərin nümayəndələrinə doğma qucaq açdığının əyani və möhtəşəm göstəricisidir.



Yasəmən MUSAYEVA,

Okumaya devam et  “Şuşa, sən azadsan!” filminin tam versiyası

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir