Ərdəbildə siyasi məhbuslara dəstək aksiyası-FOTO

Ərdəbildə siyasi məhbuslara dəstək aksiyası-FOTO Günaz.Tv /turkish forum /Abdullah Türer Yener - turer yener

Ərdəbildə siyasi məhbuslara dəstək aksiyası-FOTO Günaz.Tv /turkish forum /Abdullah Türer Yener

Ərdəbilli milli fəallar siyasi məhbuslara dəstək verib.
Gunaz.tv Quote | Gunaz article
Noyabrın 8-də Ərdəbil şəhərinin milli fəalları türk dili fəalı və siyasi məhbuslar Əlirza Fərşi və Vədud Əsədiyə dəstək aksiyası keçiriblər.

Onlar Əlirza Fərşi və Vədud Əsədinin afişalarını şəhər divarlarında və başqa ictimai yerlərdə yapışdıraraq, türk dili fəallarının qanunsuz həbsinə, onlara qarşı davam edən təzyiqlərə etirazlarını bildirib, əhalinin diqqətini onların durumna cəlb etməyə çalışıblar.

Qeyd edək ki, Vədud Əsədi oktyabrın 30-ü, axşam saat 19.00 radələrində yaşadığı mənzildə təhlükəsizlik məmurlarının basqını nəticəsində həbs olunub.

Onun saxlanılması barədə heç bir məhkəmə arayışı təqdim etməyən məmurlar Əsədiyə aid kompüteri və mobil telefonu müsadirə ediblər.

Həmçinin milli fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu özləri ilə aparıblar.

Bundan öncə Vədud Əsədi bir neçə dəfə polis tərəfindən həbs olunub və milli-mədəni fəaliyyətlərinə görə təhlükəsizlik məmurlarının təhdidlərinə məruz qalıb.

Bununla yanaşı, o, ikinci Qarabağ savaşı zamanı İranın Ermənistana verdiyi dəstəyə etiraz, Azərbaycan Ordusuna dəstək aksiyasında iştirak etdiyinə görə 13 gün müddətinə saxlanılmışdı.

Noyabrın 7-də Əsədinin zaminə buraxılması üçün Rəştin Ümumi və İnqilab Məhkəməsi tərəfindən təyin edilən 170 milyon tümənlik vəsiqənin hazırlanmasına baxmayaraq, təhlükəsizlik idarəsi və məhkəmə sistemi onun zaminə buraxılmasına maneçilik törədir.

Başqa türk dili fəalı Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılmışdı.

Ə.Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək” ittihamı ilə 15 il məhbəs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib.

Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Nəhayət 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

C.E

Okumaya devam et  İran xalqı: Xameneiyə ölüm, diktatora ölüm!

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir