Qubada şəhid baş çavuş Əskər Əhmədovun xatirəsi anılıb

Qubada şəhid baş çavuş Əskər Əhmədovun xatirəsi anılıb .Azerbayjan .az news / turkishforum - Abdullah Türer Yener - qubasehit

Qubada şəhid baş çavuş Əskər Əhmədovun xatirəsi anılıb .Azerbayjan .az news / turkishforum – Abdullah Türer Yener

Qubada şəhid baş çavuş Əskər Əhmədovun xatirəsi anılıb .Azerbayjan .az news / turkishforum - Abdullah Türer Yener - qubasehit

Qubada Vətən müharibəsi şəhidi baş çavuş Əskər Əhmədovun doğum günündə xatirəsi anılıb.

Qəhrəman döyüşçünün anım mərasimində Quba Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim zamanı şəhidin Paşaoba kənd qəbiristanlığındakı məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.

Şəhidlərin xatirə lövhəsinin qarşısında davam etdirilən tədbirdə çıxış edənlər xalqımızın şanlı Ordumuzun cəmi 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbəni böyük qürur hissi ilə qeyd etdiyini bildiriblər. Bu tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyevə, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə minnətdarlıq ifadə edilib.

Daxili Qoşunların hərbi qulluqçusu, baş çavuş Əhmədov Əskər Əhmədkişi oğlu 1990-cı il noyabrın 9-da Quba rayonunun Paşaoba kəndində anadan olub. Əsgərliyini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub.

Əskər Əhmədov Vətən müharibəsində Füzuli və Cəbrayıl uğrunda qəhrəmanlıqla döyüşüb. 2020-ci il oktyabrın 5-də yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə yüksəlib.

2020-ci il oktyabrın 7-də Paşaoba kənd qəbiristanlığında dəfn olunub. Evli idi, Ömər və Özcan adlı iki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Əskər Əhmədov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Okumaya devam et  DİLİMİZ, VARLIĞIMIZ

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir