Koronavirusa yoluxma halları artır

Koronavirusa yoluxma halları artır - Azerbayjan news.az /Turkishforum -Abdullah Türer Yenr - sputnik v 5 asisi

Koronavirusa yoluxma halları artır – Azerbayjan news.az /Turkishforum -Abdullah Türer Yenr

Koronavirusa yoluxma halları artır - Azerbayjan news.az /Turkishforum -Abdullah Türer Yenr - sputnik v 5 asisi

Bu infeksiyaya qarşı müqaviməti gücləndirmək üçün buster doza vurdurmaq lazımdır
Dünyada COVID-19 infeksiyasından həyatını itirənlərin sayı 5 milyonu, bu təhlükəli virusa yoluxanların sayı isə 246 milyonu ötüb.

Belə bir vaxtda Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus son iki ayda ilk dəfədir ki, COVID-19-a yoluxma və bu səbəbdən ölüm hallarının sayının artdığını bəyan edib. O, pandemiyanın “inadkarlığı”nı ona qarşı mübarizə vasitələrinin qeyri-bərabər dərəcədə əlçatan olması ilə əlaqələndirib.

Bu ehtiyaclar üçün ÜST-ə 23 milyard dollardan çox vəsait lazımdır. ÜST rəhbəri qlobal məqsədlərə nail olmaq və növbəti 12 ay ərzində ölkələrə zəruri vəsait təqdim edilməsi üçün 23,4 milyard ABŞ dollarının lazım olduğunu açıqlayıb. Deyib ki, bu təşəbbüsün tam maliyyələşdirilməsi ÜST-ün strategiyasının, pandemiyanı nəzarətə götürmək üçün geniş əhatəli planımızın ən mühüm komponentidir.

ACT-Accelerator (COVID-19-un diaqnostikası, müalicəsi və vaksinlərə bərabər şəkildə əlçatanlılıq, vaksinlərin hazırlanması və istehsalı üzrə əməkdaşlıq proqramı) təşəbbüsünün yeni strategiyasını və büdcə planını açıqlayan ÜST-ün Baş direktoru diqqətə çatdırıb ki, yüksək gəlirli ölkələrdə aşağı gəlirli dövlətlərlə müqayisədə əhali 80 dəfə çox testdən keçib və 30 dəfə çox peyvənd olunub. Əgər indiyədək tətbiq edilən 6,8 milyard doza peyvənd ədalətli şəkildə paylanılsa idi, dünyada hər ölkənin əhalisinin 40 faizi vaksinasiyadan keçərdi. Bu vaxtadək peyvəndlərə əlçatanlığı qeyri-kafi olduğu 144 ölkədə COVAX proqramı çərçivəsində 425 milyon doza vaksin paylanılıb. Tedros Adhanom Gebreyesus deyib: “ACT-A üçün yeni büdcə planının bir hissəsi olaraq, qarşıdakı bir ildə COVID-19 ilə mübarizədə məqsədimizə çatmaq üçün 23,4 milyard dollarlıq büdcə tələb edirik. Oktyabrın 30-31-də Romada keçiriləcək G20 Liderlərinin Sammitində üzv dövlətləri ACT-A-ya tam dəstək verməyə və qlobal təhlükəsizliyi təmin etmək üçün iş planını hazırlamağa çağırıram”.

Vəziyyətin mürəkkəbləşdiyi bir vaxtda almaniyalı alimlər koronavirusun İsveçdə müəyyən olunan yeni A.30 ştamı ilə bağlı qorxulu məqamı açıqlayıblar. Elm adamları yeni ştamın mövcud peyvəndlərin təmin etdiyi anticisimlərə qarşı yüksək həddə müqavimətə sahib olduğunu bəyan ediblər. Mütəxəssislərin sözlərinə görə, həmin ştam xəstəliyin fəallığını artıraraq böyük təhlükəyə səbəb olacaq.

Belə bir vaxtda COVID-19 virusunun “Delta” ştamı ilə müqayisədə daha yoluxdurucu olan AY.4.2 növü bir sıra dünya ölkələrində, eləcə də qonşu Rusiyada geniş yayılıb. Mütəxəssislər COVID-19-un yoluxduruculuq və letallıq faizinin daha yüksək olduğu yeni mutasiyaların yaranma ehtimalını nəzərə alaraq vətəndaşların buster (qüvvətləndirici) doza ilə peyvəndlənməsini tövsiyə edir.

Azərbaycan dövləti postsovet ölkələri arasında vaksinasiyaya başlayan ilk ölkələrdən biri olub. Azərbaycanda COVID-19 əleyhinə bu günə qədər vurulan vaksinlərin ümumi sayı artıq 9 milyonu keçib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sağlamlıq vəziyyətindən asılı olaraq vətəndaşların yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə dördüncü doza vaksin vurdurması mümkündür. Bildirilib ki, Azərbaycanda vətəndaşların ilkin vaksinasiyadan (2 dozalıq) 6 ay sonra buster doza vurdurması və ya revaksinasiya mümkündür: “COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 6 ay sonra orqanizmin virusa qarşı müqaviməti azalır. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün buster dozanın vurulması tövsiyə olunur”.

Təəssüf ki, son günlər bütün dünyada olduğu kimi, ölkəmizdə də yeni növ koronavirusa yoluxma hallarında artım müşahidə edilir. Ancaq bir çox ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət nəzarətdə saxlanılır. Düzgün karantin tədbirləri və vaksinasiya prosesi sayəsində hazırda Azərbaycan dünyada hər milyon nəfərə düşən yoluxma səviyyəsinə görə 99-cu yerdədir. Müqayisə üçün qeyd edək ki, Gürcüstan bu siyahıda 5-ci, Ermənistan isə 45-cidir.

Azərbaycanda koronavirusa yoluxanların sağalanları üstələdiyi, gündəlik ölüm sayının 20-30 arasında, aktiv xəstə sayı 26 mindən çox olduğu, üstəlik rəsmi qurumların növbəti aylarda, yəni noyabr və dekabrda epidemioloji durumun daha da kritikləşəcəyini, növbəti dalğanın tüğyan edəcəyini bəyan etdikləri bu günlərdə yenidən gərəkli qərar verilib. Belə ki, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin 2022-ci il yanvarın 1-dək uzadılması barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Koronavirusla bağlı vəziyyətin daha da gərginləşməməsi, karantin rejiminin sərtləşdirilməməsi üçün ən böyük məsuliyyət yenə də vətəndaşların üzərinə düşür. Sadə qaydalara əməl etmək, maskanı göstəriş üçün deyil, düzgün qaydada taxmaq, sosial məsafəni gözləmək, gigiyenik qaydalara əməl etmək vacibdir və vaksinasiya prosesindən kənarda qalmamalıyıq. Əks halda, pandemiyadan əvvəlki normal günlərə dönmək arzularımız xəyal olaraq qalacaq, hələ uzun müddət gözəgörünməz və arzuolunmaz virus həyatımızı alt-üst etməkdə davam edəcək.

Okumaya devam et  hər bir türkün iki vətəni vardır

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir