Şuşanın incisi

Şuşanın incisi – Azerbayjan news. az /Turkishforum – Abdullah Türer Yener
Prezident İlham Əliyevin göstərişi ilə bərpa olunan Mehmandarovların evi şəhərin tarixi ünvanlarından biri kimi keçmiş şöhrətini tezliklə özünə qaytaracaq

Şuşanın incisi - Azerbayjan news. az /Turkishforum - Abdullah Türer YenerPrezident İlham Əliyevin göstərişi ilə bərpa olunan Mehmandarovların evi şəhərin tarixi ünvanlarından biri kimi keçmiş şöhrətini tezliklə özünə qaytaracaq - Shushi collection susa

Bu ev bir vaxtlar Şuşanın ən möhtəşəm və dəbdəbəli ünvanlarından idi…

Bu evdə yalnız Qarabağın deyil, bütün Azərbaycanın fəxrinə, qüruruna çevrilmiş şəxsiyyətlər dünyaya gəlmiş, yaşamış, qonaq olmuşlar…

Bu evdə Azərbaycan milli müqavimət hərəkatının – ilk qisas təşkilatımız olan “Difai”nin tariximizin şanlı səhifələrinə çevrilən fəaliyyətinin planları hazırlanmışdır…

Bu ev Prezident İlham Əliyevin tapşırığı ilə Şuşada bərpa edilən ilk tarixi-memarlıq obyektlərinin sırasına salındı…

Bu ev Mehriban xanım Əliyevanın şəxsi nəzarəti və himayəsi ilə yeni Şuşanın qədim nümunəsi kimi kərpic-kərpic ucaldılır…

Bu ev Azərbaycan tarixinin ən köklü, sanballı, qəhrəman sülalələrindən olan Mehmandarovların malikanəsi – Azərbaycanın müqəddəs ocağıdır…



Mirzə Əli bəyin evi



Şuşada olarkən şəhərin tarixi və görməli yerləri ilə bağlı əvvəldən planlaşdırdığımız marşrutlardan biri də bu malikanəyə getmək idi. Çünki Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrindən olan bu malikanədə saxta tarix yaratmaq istəyən ermənilər vandallıq edərək onu dağıtmışdılar. Amma gördüyümüz mənzərə daha dəhşətli idi. Nəinki bu malikanə, Şuşadakı bütün tarixi binalar erməni barbarlığının qurbanı olmuşdur.

Şuşanın milli ruhu təkcə onun qədim yerləri, tarixi abidələri ilə məhdudlaşmır, bu ruhu həm də Şuşanın adlı-sanlı şəcərələri, nüfuzlu nəsilləri daşıyır. Hətta elə nəsillər var ki, onların yalnız soyadları tarixi bir iftixar mənbəyidir. Onların vaxtilə inşa etdikləri binaların hər biri özündə Şuşanın tarixini yaşadır. Mehmandarovların malikanəsi kimi. Mehmandarovlar özləri isə Şuşa ilə birgə andığımız, Şuşa ilə qoşa xatırladığımız qürurlu simalardır. Bu nəslin görkəmli nümayəndələrindən biri də Mirzə Əli bəy idi.

Qarabağ xanlığının idarəetmə aparatında bir çox hərbi və mülki vəzifələr vardı. Bu vəzifələrdən biri də mehmandar (“qonaqpərvər”, “qonaqsevər”) idi. Mehmandarın vəzifə borcu xarici dövlətlərin nümayəndələrini və digər rəsmi qonaqları ölkənin sərhədində qarşılayıb, müşayiət edərək hörmət və ehtiramla xanlığın paytaxtına gətirib yerləşdirmək, yedirib-içirmək, onların istirahətlərini yüksək səviyyədə təşkil etmək və başqa xidmətlər göstərmək, eyni zamanda, gələn qonaqların məktublarını saraya, xanın məktublarını isə onlara çatdırmaq idi. İş başında olarkən mehmandarı 100 atlıdan ibarət silahlı dəstə müşayiət edirdi. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin və oğlu Mehdiqulu xanın hakimiyyətləri dövründə isə bu məsuliyyətli vəzifəni Mirzə Əli bəy həyata keçirirdi. Mirzə Əli bəy vəzifəsini yüksək səviyyədə və layiqincə icra etmişdi. Elə bu məziyyətlərindən də irəli gələrək İbrahimxəlil xan ona “bəy” titulu vermiş, savadlı olduğuna görə isə hər kəs tərəfindən “mirzə” deyə çağrılmışdı.

Sonradan şəcərəsi onun şərəfinə Mehmandarov soyadını götürmüş və bu fəxarətli soyadı daşıyan xeyli vətənpərvər, ziyalı azərbaycanlı yetişərək xalqımızın həyatında müstəsna rol oynamış, öz adlarını qızıl hərflərlə Azərbaycan tarixinə həkk etmişdilər.

Mirzə Əli bəy yaşı ilə əlaqədar mehmandarlıq vəzifəsindən istefaya çıxarkən Mehdiqulu xan Cavanşir bir çox mükafatlarla yanaşı, ona Şuşanın “Təzə məhəllə”sində əlavə torpaq sahəsi də bağışlamışdı. Mirzə Əli bəy də burada dövrünün məşhur memarı Kərbəlayi Səfixan Qarabağiyə memarlıq üslubu, ehtişamı ilə digər heç bir binaya bənzəməyən cah-cəlallı malikanə ucaltdırmışdı. Malikanədə böyük yaşayış binası, kiçik yaşayış binası və ailə məscidi inşa olunmuşdu. Sütunlu və günbəzli məscid həm də məhəllə məscidi funksiyasını yerinə yetirirmiş. Sonradan evin yerləşdiyi əraziyə bulaq da çəkilmişdi.



Milli memarlığımızın nümunəsi



Mirzə Əli bəyin evi kvadrat formaya malik idi. İkinci mərtəbənin dörd otağından üçü evin yan tərəfindəki verandaya, qonaq zalı funksiyasını yerinə yetirən böyük otaq isə lakonik əsas fasada açılırdı. Simmetrikliyin olmamasına baxmayaraq, evin əsas fasadı hissələrin harmonikliyi təəssüratını yaradırdı. Binanın yan fasadında yerləşən pilləkən və taxta veranda onun ümumi görünüşünü ağırlaşdırmırdı. Binanın memarlığında geniş pəncərələri vasitəsilə yaxşı işıqlandırılmış və zəngin bəzədilmiş qonaq zalı xüsusi yer tuturdu.

Evinin daxili bəzək işlərini isə Mirzə Əli bəy zəmanəsinin məşhur dekorativ boyakarlıq və ornament ustası Usta Qənbər Qarabağiyə əmanət etmişdi. Usta Qənbərin “Mehmandarovların imarəti”ndə sərgilədiyi möhtəşəm əl işinin şöhrəti isə Azərbaycanın hüdudlarından da kənara aşmışdı. Mehmandarovun evindəki ornamentli və süjetli pannolar Usta Qənbər Qarabağinin ilk əsərlərindən hesab olunurdu.

Mehmandarovların evinin plafonu ümumi kompozisiya baxımından Şəki xan sarayı və Şəkixanovların evinin plafonlarını xatırlatsa da, onun naxışları rəng və kompozisiya baxımından xalçaçılıq motivlərinə daha yaxın idi. Qarabağ xalçaçılıq məktəbinə xas mərkəzi medalyonlu və zəngin bəzədilmiş künc naxışlı xalçalarda həmin kompozisiyanın analogiyasını görmək mümkün idi.

Bu evdə sonralar Mehmandarovlar nəslinin görkəmli nümayəndələrindən biri – Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu, tanınmış həkim Kərim bəy Mehmandarov yaşamışdır. Kərim bəy Mehmandarov Mirzə Əli bəyin sonbeşik oğlu Mustafa bəy Mehmandarovun övladıdır. Mirzə Əli bəyin böyük oğlanları Mirzə Həsən bəy və Mirzə Sadıq bəy idi.

Kərim bəy Mehmandarov 1905-ci il hadisələrindən sonra Şuşada evində xəstəxana və yetim qalmış uşaqlar üçün məktəb, qiraətxana açmışdı. Ömrü boyu xalqının rifahı və tərəqqisi üçün çalışıb-vuruşan Kərim bəy 1905-1906-cı illərdə də Şuşanın və şuşalıların ən böyük hamisi, qoruyucusu, qəhrəmanı kimi ad qazanmışdı. O, həm də “Difai” təşkilatının Şuşa şöbəsinin sədri idi. Azərbaycanın ilk milli hərbi-siyasi partiyası olan “Difai”nin bünövrəsi 1906-cı ildə Şuşada qoyulmuşdu. “Difa”inin əsas fəaliyyəti Şuşada cərəyan etmiş, burada Kərim bəyin başçılığı ilə həyata keçirilən iclaslarda mühüm qərarlar qəbul olunmuşdu.

Ümumiyyətlə, Mehmandarovlar soyu xalqımızın həyatında müstəsna rol oynayan onlarca tanınmış nümayəndələrindən ibarətdir. Hüquqşünas, çar dövründə dövlət qulluqçusu olmuş Sadıq bəy Mehmandarov, Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri Səməd bəy Mehmandarov, Lənkəran şəhərinin rəisi, Səməd bəy Mehmandarovun qardaşı Nağı bəy Mehmandarov, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü Mixail Tuşinski (Mixail bəy Kərim bəy oğlu Mehmandarov), “Partizan Aliyə” adı ilə tanınan, Böyük Vətən müharibəsində saysız qəhrəmanlıqlara imza atmış Aliyə Rüstəmbəyova, tibb elmləri doktoru, professor, Əməkdar həkim Məhbubə xanım Mahmudbəyova və digərləri…

Səməd bəy Mehmandarovun adı tariximizdən bizə yaxşı məlumdur. Qısa fəaliyyəti dövründə 30 minlik ordu yaratmağa nail olan Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti ordusunun quruculuğunun memarı idi.

Mixail Tuşinski 1882-ci ildə Sankt-Peterburq şəhərində anadan olmuş, mükəmməl təhsil alaraq atası kimi tibbə yönəlmiş və bu sahədə zirvəyə qədər yüksələrək adını ilk azərbaycanlı akademik olaraq tariximizə silinməz hərflərlə həkk etmişdir. O, 1945-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdi. Görkəmli alim ilk dəfə 1929-cu ilin payızında Şuşaya gələrək atası Kərim bəylə görüşmüş və həyatının ən unudulmaz həmin ilindən ömrünün sonuna kimi müntəzəm olaraq Azərbaycana, Şuşaya gəlmiş, doğma qohumları ilə görüşmüş, onlarla daim məktublaşmışdır.

Kərim bəy Mehmandarovun qızı Məhbubə xanım Mehmandarova Azərbaycanın ilk maarifçilərindən olan Həbibbəy Mahmudbəyovun ocağına gəlin gəlmiş, görkəmli ictimai xadim Şamil bəy Mahmudbəyovla ailə həyatı qurmuşdu. Məhbubə Mahmudbəyova 1933-70-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) Mama-ginekologiya kafedrasının dosenti, sonra professor və müdiri işləmiş, 1968-1974-cü illərdə respublikanın Mama-ginekoloqları elmi cəmiyyətinin sədri olmuşdu. Tədqiqatını əsasən, qadın, ana və uşağın sağlamlığının qorunması probleminə həsr etmişdi. “Ürək-damar sistemi xəstəlikləri zamanı hamiləlik və doğuş” monoqrafiyası (1973) böyük elmi-praktiki əhəmiyyətə malikdir.

Bu gün də Mehmandarovlar nəslinin nümayəndələri dədə-babalarının nəcib soyunu fəxarətlə davam etdirir, məşğul olduqları sahələrdə yüksək nailiyyətlər qazanır, Azərbaycan dövlətinə şərəflə xidmət edirlər.



Düşmənə baş əymədiyi, saxtakarlığı qəbul etmədiyi üçün vandallığa məruz qaldı



İşğal dövründə düşmən Qarabağın mirvarisi, milli mədəniyyətimizin ünvanı Şuşada Azərbaycanın tarixinin və milli mədəniyyətinin izlərini itirmək üçün çox cəhd göstərib, lakin bunu bacarmayıb. Mehmandarovların evində olduğu kimi… Ona görə bu ev də işğal illərində vəhşiliyə, vandallığa məruz qalıb.

…Malikanədə aparılan təmir-bərpa işləri barədə reportaj hazırlamaq üçün Şuşanın “Yeni məhəllə” deyilən səmtinə gedirik. Bir vaxtlar Şuşanın tanınmış ailələrinin yaşadığı bu məhəllədə düşmənin dağıtdığı, xarabazarlığa çevirdiyi binaların arası ilə irəlilədikcə erməni vəhşiliyindən doğan səssizliyi bu malikanədən gələn tikinti səsləri pozur. Öyrənirik ki, Heydər Əliyev Fondu tərəfindən bu tarixi malikanədə başlanan kompleks təmir-bərpa işləri sürətlə davam edir.

Xatırladaq ki, kompleks ilk dəfə 1977-1978-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən pasportlaşdırılıb. Bu həmin dövr idi ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsləri ilə Şuşanın mədəni tarixi irsinin qorunması və təbliği ilə bağlı mühüm tədbirlər həyata keçirilirdi. 1977-ci ilin avqust ayında Azərbaycan SSR Nazirlər Soveti Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etdi. Bu qərar Şuşanın tarixi abidələrinin bərpası və onun Azərbaycan şəhəri kimi inkişafında ən vacib addım oldu. Bundan sonra şəhərin XVIII-XIX əsrlərdə tikilmiş binaları və tarixi abidələri bərpa olundu. Uzun illərdən bəri baxımsızlıq üzündən uçulub dağılmış qala divarları, Qara Böyükxanım məqbərəsi, K.Əsgərov küçəsindəki məscid, mərkəzi rayon xəstəxanasının ərazisindəki qala bürcləri və divanxana öz əvvəlki görkəminə qaytarıldı. O cümlədən Mehmandarovların evi də qeyd etdiyimiz kimi pasportlaşdırıldı.

Böyük yaşayış binası sovet dövründə Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib. Kiçik yaşayış binasında isə 1987-ci il tarixdən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Xalça Muzeyi) Şuşa filialı fəaliyyətə başlayıb. 1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldığı üçün filialdakı daşınması mümkün olan eksponatlar təxliyyə olunaraq Bakıya gətirilib.

Öyrənirik ki, işğaldan sonra kompleksə daxil olan böyük bina tamamilə dağıdılıb. Yalnız bir tərəfinin divarının qalıqları qalmış binanı bərpa etmək mümkün deyil. Kiçik yaşayış binası işğalçılar tərəfindən tarix muzeyi kimi istifadə edilib. Məscidi isə geologiya muzeyi ediblərmiş. Düşmən böyük yaşayış evini erməniləşdirə bilmədiyi üçün dağıdıb.

İkimərtəbəli olan kiçik evdə və məsciddə təmir-bərpa işləri həyata keçirilir. Bərpa və quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir. Öyrənirik ki, evin və məscidin həm xarici fasadı, həm də daxili quruluşu tarixi görkəmi qorunmaqla bərpa olunur. Evin ikinci mərtəbəsinin tavanında vaxtilə çəkilmiş rəsm əsərlərinin izləri hələ də qalmaqdadır. İş icraçısı deyir ki, təmir zamanı divarlar qaşındıqca milli memarlığımızın izlərinə rast gəlirlər. Ustalar bildirdilər ki, tavandakı rəsm o qədər keyfiyyətlə çəkilib ki, sonradan onun üzərinə əlavə olunan rənglər belə, rəsmi sıradan çıxarmayıb. Bəli, düşmən nə qədər çalışsa da, bu binada xalqımıza məxsus olan dəyərləri silə bilməyib. Çünki bu dəyərlərin heç biri saxtakarlığı qəbul etmir.

İşğal dövründə ermənilər tərəfindən binanın quruluşuna əlavə edilən yad elementlərin hamısı ləğv edilir, hər şey orijinal görkəminə qaytarılır. Bu barədə məlumat verən işçilər bildirdilər ki, ermənilərin işğal dövründə binada quraşdırdıqları şüşəbənd artıq sökülüb. Binanın ikinci mərtəbəsinə çıxmaq üçün bayırdan inşa etdikləri taxta pilləkən də söküləcək. Restavrasiya sentyabr ayında başlayıb. Bütün işlər 4-5 aya başa çatacaq. Onu da qeyd edək ki, Ermənistanın Şuşaya atdığı “İsgəndər” raketi Mehmandarovların evinin yaxınlığına düşüb.

Mehmandarovların malikanəsinin üzləşdiyi vandallıq, böyük yaşayış evinin dağıdılması olduqca ağır mənzərədir. Budur erməni vəhşiliyi, erməni vandalizmi. Budur mədəniyyət düşmənçiliyi…

Amma bu evi ucaldanların, vaxtilə burada yaşamış Mehmandarovlar soyunun həyatdan köçmüş nümayəndələrinin ruhu şaddır. Çünki artıq bu malikanə düşmənin əlində deyil. Çünki indi bu malikanə Prezident İlham Əliyevin göstərişi, Mehriban Əliyevanın himayəsi ilə Heydər Əliyev Fondu tərəfindən bərpa olunur, əvvəlki görkəminə qaytarılır…



Haberi paylaşın
Şuşanın incisi - Azerbayjan news. az /Turkishforum - Abdullah Türer YenerPrezident İlham Əliyevin göstərişi ilə bərpa olunan Mehmandarovların evi şəhərin tarixi ünvanlarından biri kimi keçmiş şöhrətini tezliklə özünə qaytaracaq - Shushi collection susa

KONU HAKKINDA DAHA FAZLA:

GİRİŞ TARİHİ:

GÜNCELLEME:

Bu gibi içeriklerin devam etmesini istiyor, Akademik yayınları veya vatandaş gazeteciliği destekliyorsanız, maddi katkıda bulunabilirsiniz.

İçerik desteği, sponsorluk veya işbirliği teklifleri için bizimle irtibata geçebilirsiniz.

Yorumlar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bugün Gündem

  1. ALLAH-TANRI; Kitabı KUR’AN! Ve, Akıl!? (1) (Yunus,34)”Allah! Yaratışı başlatır, sonra onu çevirip yeniden yaratır-her şeyi yoktan var eden ve sonra…

  2. Eleştirdiğiniz kısımları belirtmeniz tek tek güzel bir şey ama kanıta dair herhangi bir şey göremiyorum ayetlerini ve surelerini yazarsanız çok…

  3. Siyasi Partillesme ve Milli bir Örgütlenme ile siyasi ve ekonomik isgale karsi savasmaktan baskacaremiz hic bir yok.

  4. Şimdi de Çiftçilerin önü kesiliyor. Her çiftçi her istedini ekemeyecek, ekime sınır getiriliyor, hayvancılığa sınır getiriliyor. Enflasyon düzelirim dersiniz.

  • “Kıbrıs’ta 2 ayrı devlet var…”

    “Kıbrıs’ta 2 ayrı devlet var…”

    Kıbrıs’ta sular durulmuyor. Kıbrıslı Rumlar AB’nin desteği ile iyice şımardı. Önemli haklar elde etmeye çalışıyor. Ancak karşılarında KKTC’nin Cumhurbaşkanı Ersin Tatar’ı buluyorlar. Tatar, hiç taviz […]


  • Dünya Siyasetinde Değişim Başlıyor

    Dünya Siyasetinde Değişim Başlıyor

    New York’ta düzenlenen Birleşmiş Milletler (BM) 78’inci Genel Kurulu görüşmeleri bu yıl geçmişlerden farklı ve yeni bir dönemin başlayacağının habercisi konumunda zira 2023 yılında dünya […]


  • Altın Koza’ya Altın Program

    Altın Koza’ya Altın Program

    30. yılını kutlayan Adana Altın Koza Film Festivali’nin 18-24 Eylül tarihleri arasında Esas 01 Burda AVM, Cinema Pink salonlarında gösterime sunulacak uluslararası programı; Berlin, Cannes, […]


  • Ruslar Türkiye’den ayrılıyor

    Ruslar Türkiye’den ayrılıyor

    Şubat 2022’de Rusya’nın Ukrayna’yı işgali ile başlayan, Rus göçü, Rusya devlet başkanı Vladimir Putin’in Ukrayna’daki savaşa daha fazla vatandaşın katılmasını gerektiren kısmi seferberlik kararından sonra […]


  • BRiCS DUVARI EMPERYALİZME KARŞI

    BRiCS DUVARI EMPERYALİZME KARŞI

    Son aylarda birbiri ardı sıra gündeme gelen uluslararası kongreler ve toplantılar sürüp giderken ,bugünkü dünya siyaseti normal koşulların ötesinde gelişmeler göstermektedir .Ülkeler ve devletler arası […]


  • SADAKA

    SADAKA

    Bir dakika durup düşünün, ne kadar aşağılayıcı bir durum içindeyiz bu günlerde. Emekli vatandaşların emekli maaşlarına 3 liramı verelim yoksa 5 liramı verelim konusu, bütün […]


  • Cumhurbaşkanı Erdoğan: ”AB İle Yolları Ayırabiliriz”

    Cumhurbaşkanı Erdoğan: ”AB İle Yolları Ayırabiliriz”

    Birleşmiş Milletler 78. Genel Kurulu görüşmelerine  katılmak için  New York’a  gitmeden  önce Cumhurbaşkanı Erdoğan: ”AB ile yolları ayırabiliriz” diyerek önemli bir açıklamada bulunmuştur: ”Avrupa Birliği, […]


  • BİRİ YER, BİRİ BAKAR…

    BİRİ YER, BİRİ BAKAR…

    Enflasyon altında ezilen yurttaş bütçeyi de finanse etti. Merkezi yönetim bütçe sonuçlarına göre yılın ilk sekiz ayında başta ÖTV ve KDV’de olmak üzere vergi gelirlerinde […]


  • O YILLAR

    O YILLAR

    O YILLAR                 HÜSEYİN MÜMTAZ                 Biz eskidik ama yazılar hiç eskimiyor galiba…                 Tam on yıl önce, Falih Rıfkı Atay’dan şu kısa alıntıyı yapmışız; […]


  • Sivil giyimli ÍŞGĂL ORDUSU

    Sivil giyimli ÍŞGĂL ORDUSU

    Halkımız aptal değil, tehlikenin farkında. Yıllardır „sivil işgal kuvvetleri“ ülkemize dolduruluyor. „Barış süreci“ diye, binlerce PKK askeri, davul-zurna eşliğinde silâhları ile birlikte ülkemize sokuldu. Onları […]


  • Siyasette “aptal sözcüğü”

    Siyasette “aptal sözcüğü”

    Sosyal medyada aptal sözcüğünün çok sık kullanıldığını görmüşünüzdür. Siyasi ya da ideolojik tartışmayı aptalsın, akıllısın gibi yere indirgemek, aslında “entelektüel yeteneğin” sınırlı olduğuna işaret eder, […]


  • ŞEYHÜLİSLAMLIK KURULUYOR

    ŞEYHÜLİSLAMLIK KURULUYOR

    ÇEDES PROJESİ İLE AKP KARŞI DEVRİM’İNİN ŞEYHÜLİSLAMLIK AYAĞI DA KURULMUŞ OLUYOR Çağdaş bir devlet yurttaşlarına din dayatmaz. DİB bütçeden aldığı bakanlıklar üstü ödenek ile toplumun […]


  • Dünya ülkeleri Türkiye’den neler almak istiyor?..

    Dünya ülkeleri Türkiye’den neler almak istiyor?..

    Üretimde artışlar yüz güldürüyor. Türkiye’den dünya ülkelerinin neler istediği belli oldu. Burada önemli olan şu: Yapılan üretimin ithalat olmadan oluşmasıdır. Yoksa ithalata dayalı üretim sadece […]


  • FEYM GRUBU BÜLTENİ

    FEYM GRUBU BÜLTENİ

    ERMENİ Faaliyetleri (22 Eylül 2023) 1.  Artsakh (“sözde” Dağlık Karabağ Ermeni devleti) ve Azerbaycan temsilcileri arasında, Azeri askeri saldırısının ardından askerlerin geri çekilmesi ve tahliye edilen […]


  • İngilizler, kesenin ağzını açtı…

    İngilizler, kesenin ağzını açtı…

    Kartla harcamalar çoğaldı. Yapılan araştırmada yurt dışına tatile çıkan İngilizlerin kesenin ağzını açtığı ifade ediliyor. Türkiye’yi ziyaret eden yabancı turistlerin yaptığı fiziksel harcamalar, bir önceki […]


  • Şirketler birer birer kapanıyor…

    Şirketler birer birer kapanıyor…

    İyimserlik devam ediyor ama ekonomik kriz karşısında da şirketler birer birer kapanıyor. Yeni şirketler de kuruluyor. Ancak, bu çok sınırlı. Kapanan bazı şirketlerin yetkilileri ”Ekonomik […]


  • ATATÜRK’E, TÜRK’E VE GERÇEK TC DEVLETİNE SALDIRILAR KARŞI DEVRİMİN ANAYASA DEĞİŞTİRMESİNE YÖNELİK ALIŞTIRMALARDIR. Sefa Yürükel

    ATATÜRK’E, TÜRK’E VE GERÇEK TC DEVLETİNE SALDIRILAR KARŞI DEVRİMİN ANAYASA DEĞİŞTİRMESİNE YÖNELİK ALIŞTIRMALARDIR.       Sefa Yürükel

    Atatürk’ün kurtardığı milletin bazı bireyleri ve Atatürkün kurduğu devletin bazı bürokratları, kurtarılmayı ve Türk Milletinin mensubu ve TC devletinin vatandaşı olmayı hak etmiyorlar. Son bir […]


  • FEYM GRUBU BÜLTENİ

    FEYM GRUBU BÜLTENİ

    ERMENİ Faaliyetleri (21 Eylül 2023) 1.  ABD Dışişleri Bakanı Antony Blinken, 21 Eylül Bağımsızlık Günü’nde Ermenistan halkına en iyi dileklerini göndererek, ABD’nin Ermenistan’ın egemenliğine, bağımsızlığına ve […]


  • 8 ayda Türkiye’ye 36 milyon turist geldi…

    8 ayda Türkiye’ye 36 milyon turist geldi…

    Yaz aylarında beklenen turist 50 milyondu 36 milyon turistle sezonu kapattık. Turizm Bakanlığı yetkilileri geçen yılın Ağustos ayına göre yüzde 5.65 artış yaşandığını söylüyor. Kış […]


  • NASIL İNSANLAR OLDUK BİZ

    NASIL İNSANLAR OLDUK BİZ

    Tv de anlatılıyordu.Antalya da Rus’un biri Site den 80 daire satın almış. Sadece Ruslara kiralıyormuş.Doğrumu yanlış mı bilmiyorum. Ama sektörüm olan Tarımdan biliyorumBaşta Muz seraları […]



Posted

in

by