Şuşa indi bütün Qarabağa nur saçır

Şuşa indi bütün Qarabağa nur saçır-azerbaijan-news.az / TURKISHFORUM-ABDULLAH TÜRER YENER

Şuşa indi bütün Qarabağa nur saçır-azerbaijan-news.az / TURKISHFORUM-ABDULLAH TÜRER YENER - susa

Zəfər qalasında ən müasir üsullarla elektrik xətləri çəkilir, yeni yarımstansiyalar tikilir
Zəfər yolu” ilə Füzili və Xocavənddən Şuşaya doğru irəlilədikcə ətrafımızda iki fərqli mənzərə diqqətimizi cəlb edir. Bir tərəfdə müasir dəmir dirəklərə birləşdirilmiş yüksəkgərginlikli elektrik xətləri, digər tərəfdə 1960-cı illərin çürümüş taxta dirəkləri üstündəki qırıq-qırıq olmuş xətlər…

Müasir elektrik sistemi, əlbəttə ki, şanlı Zəfərin göstəricisi, köhnələr – işğaldan öncə həmin ərazilərdə qeyri-qanuni məskunlaşmış əhalini təmin edən çürük xətlər isə artıq geridə qalmış işğal dövrünün qalıqlarıdır.

Köhnə xətlər hardasa yarımçıq qırılır, yoxa çıxırsa, yeni elektrik xətləri isə Şuşanın çətin dolanbac yolları ilə bizimlə bərabər Zəfərimizin rəmzi olan şəhərə qədər uzanır.
Şuşaya işıq necə çəkildi?!
Hər tərəfdə qazıntı-söküntü, tikinti-qutruculuq işləri gedir. Əvvəlki reportajlarımızda şəhərdəki quruculuqdan, Şuşaya qədim Kirs dağından su xətti çəkən qəhrəmanlardan bəhs etmişdik. Bu dəfə isə dağlardan, dərələrdən, yamaclardan keçməklə nəinki Şuşanı, eləcə də işğaldan azad edilən bütün ərazilərimizi elektik enerjisi ilə təmin edən qəhrəmanların fəaliyyəti ilə tanış olduq. Şuşanın İşıq İdarəsinin rəisi Elxan Əhmədovun bələdçiliyi ilə şəhərin enişli-yoxuşlu küçələrini dolaşaraq görülən işlərə şahidlik etdik.

Düşmən Şuşanı tərk edib qaçarkən bütün infrastrukturlar kimi, elektrik xətlərini, yarımstansiyaları da tamamən məhv etmişdi. Amma Şuşanın işğaldan azad edildiyi gündən, yəni noyabrın 8-dən cəmi bir həftə sonra, noyabrın 16-da şəhərdə işıq yandı. “Azərişıq” ASC həmin tarixdə Yuxarı Gövhər ağa məscidini işıqlandırıb düşmənə gözdağı verdi. Soyuğa, şaxtalı havaya baxmayaraq, bu qurumun əməkdaşları dayanmadan çalışdılar və tez bir zamanda Şuşanı nurlandırdılar…

Bəs bu proses necə baş verdi?!

Elxan Əhmədov deyir ki, Azərbaycanın igid oğulları dağlardan, sıldırımlardan aşaraq Şuşanı hansı sürətlə azad etmişdilərsə, “Azərişıq” ASC-nin hər bir üzvü də üzərinə düşən tapşırığı elə o sürətlə yerinə yetirməyə çalışdı. Düşmənin kapitulyasiyasından cəmi 6 gün sonra şəhərdə işığın yanması bunu təsdiqləyən reallıqdır:

“Qarabağ düşmən tapdağından 44 günə təmizləndi. Amma illər ərzində düşmənin məhv etdiyi infrastrukturu yeniləmək, daha müasiri ilə əvəzləmək çox çətin proses idi. Mina təhlükəsi, çətin relyef, qarlı qış günləri, ağır şəraitə baxmayaraq hər kəs üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək üçün əlindən gələni əsirgəmədi. Dağlardan, dərələrdən keçməklə elektrik xətləri çəkildi, yeni yarımstansiyalar quruldu.

Şuşa şəhərinin qısa vaxtda elektrik enerjisi ilə təmin olunması üçün 35/10 kV-luq “Daşaltı” yarımstansiyası inşa edildi. Yarımstansiyanı qidalandırmaq üçün “Hadrut” yarımstansiyasından 53,5 kilometr uzunluğunda elektrik verilişi xətti çəkildi. “Hadrut”-”Daşaltı” elektrik verilişi xətti vasitəsilə ilkin mərhələdə Şuşa şəhərinin, Xocavənd rayonunun bəzi kəndlərinin və ətraf ərazilərdəki mühüm strateji obyektlərin, eyni zamanda bu istiqamətdə aparılan yol infrastrukturu və digər tikinti işlərinin elektrik təchizatı təmin edildi. Xəttin keçdiyi ərazi öncə minalardan təmizləndi. Çətin relyef, qar və şaxtalı hava şəraitinə baxmayaraq, 37 gün ərzində gecə-gündüz aparılan işlərdən sonra bu il yanvarın 7-də Şuşa şəhərində Azərbaycan işığını yandırmaq mümkün oldu”.

Bu gün Şuşada işığımız yansa da, şəhəri nurlandıranlar daha müasir yarımstansiyaların tikinti prosesini həyata keçirirlər. Onlar gün ərzində səhər saat 08:00-dan axşam saat 21:00-dək (komendant saatınadək) çalışırlar. Əgər gecə qəza baş verərsə, dərhal onun həlli üçün tapşırıq verilir və tez bir zamanda nasazlıq aradan qaldırılır.

Elxan Əhmədovun sözlərinə görə, ümumilikdə Şuşa şəhərində 9 yarımstansiyanın tikintisi nəzərdə tutulur. Hazırda onlardan

5-nin tikintisi gedir. Hər yarımstansiyanın tikinti prosesində 20 nəfər işləyir. Bundan başqa, yeraltı kabellərin çəkilməsi prosesi də davam etdirilir.

Şəhərdə 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyası fəaliyyət göstərir. Bu yarımstansiyanın tikintisinə ötən ilin noyabr ayında başlanılıb. Eləcə də Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından başlayaraq 75 kilometr məsafədə 110 kilovoltluq “Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinin tikintisinə start verilib. Yarımstansiya məsafədən idarə olunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulmaqla tam rəqəmsallaşıb. Burada perspektiv inkişaf da nəzərə alınıb. Yarımstansiya və elektrik verilişi xəttinin tikintisinin çətin coğrafi şəraitdə aparılmasına baxmayaraq, ən qısa zamanda yekunlaşdırılıb.

Elxan Əhmədov deyir ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə 73 günə icra olunub ki, bu da nəinki Azərbaycan energetikası, regionun energetika tarixində rekord göstəricidir.

Şuşada hava yolu ilə elektrik xətti olmayacaq

Elxan Əhmədovla söhbət əsnasında yol kənarında qazılmış xəndəkdə bir ağsaqqal kişinin həvəslə çalışması diqqətimizi çəkdi. Elə söhbət edə-edə ona tərəf yaxınlaşdıq. Suvaq işləri görürdü. Birdən başını qaldırıb bizə sarı dönüb dayandı. Öncə icazə alıb fotosunu çəkdik. Çox fərəhli və qürurlu idi.

Bəlli olur ki, bu çalışqan insan Novruz Məlikovdur, 60 yaşı var. Uzun müddətdir “Azərişıq” ASC-də çalışır. İşğaldan azad edilən ərazilərdə başlanan tikinti-quruculuq prosesinin fəal işçilərindəndir. Əvvəllər Cəbrayılda, Füzulidə, Xocavənddə çalışıb. Kiçik dialoqumuz zamanı ağsaqqal həm maraqlı fikirlər söylədi, həm də yeni məlumat almış olduq:

– Yorulmayasınız. Yaman həvəslə işləyirsiniz…

– Sağ ol, ay bala. Yaşıma baxma, gördüyüm işə bax. Qurub yaradırıq.

– Gündə neçə saat işləyirsiz?

– Vallah heç bilmirəm. Səhər açılandan axşama qədər işləyirik. Arada dincəlirik, amma işimizi görürük də.

– İndi nə işlə məşğulsuz?

– Bax, gör nə dərinlikdədir. Bu dərinlikdən yeraltı elektrik xətti çəkirik. Qoy gələcəkdə nəvələrimiz, nəticələrimiz desinlər ki, bizim də babalarımız Şuşanı qurub-yaradanlardan olub.

– İşiniz avand olsun, sağ olun!

Söhbətimizi Elxan Əhmədovla davam etdiririk və bəlli olur ki, bu gün Şuşada inşa olunan 5 yarımstansiya tikilib başa çatdıqdan sonra gördüyümüz hava elektrik xətləri tamamən yığışdırılacaq, bütün dirəklər söküləcək. Yəni Şuşada hava yolu ilə elektrik xətti olmayacaq, bütün xətlər yeraltı çəkiləcək. Bu isə o deməkdir ki, küləkli, yağışlı, qarlı havada Şuşanın elektrik enerjisi ilə təminatı prosesində problem yaşanmayacaq.



135 kilometrlik hava və kabel xətləri



Həmsöhbətimiz bizi maraqlandıran bütün suallara aydınlıq gətirərək deyir ki, bu gün nəinki Şuşanın, işğaldan azad edilmiş bütün rayon və şəhərlərin elektrik enerjisi ilə təchizatı xüsusi önəm kəsb edir. Bu da təsadüfi deyil. Çünki elektrik enerjisi digər sahələrin inkişafını təmin edir, nəticə etibarilə insanların doğma yurd-yuvalarına qayıtmasını tezləşdirir.

Artıq “Azərişıq” ASC tərəfindən Şuşa şəhərini və Xocavənd rayonunu elektrik enerjisi ilə təmin etmək üçün 75 km uzunluğunda hava-kabel xətləri, Laçın rayonunda yerləşən “Güləbird” Su Elektrik Stansiyasından çıxan 10 kV-luq hava xətti tikilib istismara verilib, Xocavənd rayonunda 35/10 kV-luq “Hadrut”, Cəbrayıl rayonunda “Hərəkül”, Zəngilan rayonunda 35/10 kV-luq “Alıbəyli” yarımstansiyalarında bərpa işləri aparılıb.

İşğaldan azad olunmuş ərazilərdə 135 km-ə yaxın müxtəlif gərginlikli hava və kabel xətləri yeni çəkilib və bərpa olunub, komplekt transformator məntəqələri quraşdırılıb, onlarca transformator məntəqəsində təmir və sınaq işləri aparılıb. Görülmüş işlər nəticəsində Şuşa şəhərində, Qubadlı və Zəngilan rayonlarında yerləşən mühüm strateji obyektlər elektrik enerjisi ilə təmin olunub.

Kəlbəcər rayonunun elektrik enerjisi ilə təmin olunması məqsədilə “Daşkəsən” yarımstansiyasının, eləcə də 31 km uzunluğunda 1-ci və 2-ci Daşkəsən hava xəttinin yenidənqurulması layihəsi hazırlanıb və artıq xəttin tikintisi yekunlaşmaq üzrədir. Eyni zamanda Tərtər rayonunun Suqovuşan qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün “Suqovuşan” yarımstansiyası inşa edilib.

Proqram üzrə Ağdam, Kəlbəcər, Laçın rayonlarında 4 ədəd 110 kV-luq yarımstansiyanın, Füzuli rayonunda “Veysəlli”, Qubadlı rayonunda yeni yarımstansiyanın tikintisi nəzərdə tutulur.

Bu il may ayının 12-də Prezident İlham Əliyev Şuşaya növbəti səfəri çərçivəsində “Şuşa”, iyunun 14-də “Füzuli”, oktyabrın 20-də “Zəngilan”, oktyabrın 25-də isə “Qubadlı” yarımstansiyalarının açılışını edib. Dövlət başçısı oktyabrın 9-da “Hadrut” qovşaq yarımstansiyasının, oktyabrın 17-də Füzuli rəqəmsal yarımstansiyasının, oktyabrın 20-də Zəngilan rəqəmsal yarımstansiyasının təməlini qoyub.

Göründüyü kimi, İlham Əliyev 30 il ərzində düşmənin daşı daş üstündə qoymadığı, xarabalığa çevirdiyi Qarabağı dəmir iradə ilə bərpa edərək işığı sönən torpaqlarımızı nura boyayır. Prezident Qarabağa hər səfəri zamanı yeni enerji obyektlərinin açılışını edir, bəzilərinin təməlini qoyur. İşğaldan azad olunmuş ərazilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər uğurla davam edir.



Şuşanın timsalında zəfərimiz parlayır



Hava yavaş-yavaş qaralır. Şəhərin işıqları yanır. Həmin günün iş prosesləri yekunlaşmaq üzrədir. Bir azdan Şuşanın gecə həyatı başlayacaq. Bizə ayırdığı vaxta, verdiyi geniş məlumatlara görə Elxan Əhmədova təşəkkür edib hotelə dönürük.

Yüksəklikdən Şuşamızı, Qarabağın üzük qaşını seyr edirik. Sanki şəhər parlayır. Düz, 28 il zindan həyatı yaşayan şəhərin qaranlığa qərq edilmiş hər guşəsi indi nura boyanır. Yenidən qurulub abadlaşan, dünyanın ən gözəl şəhərinə çevrilən Şuşanın gecələri düşmənin bağrını yarır. Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən baxanda şəhər alışıb-yanır və Şuşanın timsalında zəfərimiz parlayır.

Düşmən tapdağından qəhrəmanlıqla azad edilmiş şəhərin yeni inkişaf dövrü başlayır.



Rəşad BAXŞƏLİYEV,

Haberi paylaşın
Şuşa indi bütün Qarabağa nur saçır-azerbaijan-news.az / TURKISHFORUM-ABDULLAH TÜRER YENER - susa

GİRİŞ TARİHİ:

GÜNCELLEME:

Bu gibi içeriklerin devam etmesini istiyor, Akademik yayınları veya vatandaş gazeteciliği destekliyorsanız, maddi katkıda bulunabilirsiniz.

İçerik desteği, sponsorluk veya işbirliği teklifleri için bizimle irtibata geçebilirsiniz.

Yorumlar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bugün Gündem

  1. Tek ve vazgeçilmez insanların olduğu yer Sultanlıktır… *** Aynısı AKP’de var zaten… *** Hayranlık güzeldir ama sürü psikolojisinin de temel…

  2. Sevgili Erdoğan çok ağır yazmışsınız,keşke beni yakından tanıyabilseydiniz.Ben dededen,babadan CHP liyim,ama artık yeter sanki sadece muhalefet yapmak için oturmuş o…

  3. ALLAH-TANRI; Kitabı KUR’AN! Ve, Akıl!? (1) (Yunus,34)”Allah! Yaratışı başlatır, sonra onu çevirip yeniden yaratır-her şeyi yoktan var eden ve sonra…

  4. Eleştirdiğiniz kısımları belirtmeniz tek tek güzel bir şey ama kanıta dair herhangi bir şey göremiyorum ayetlerini ve surelerini yazarsanız çok…

  • “Kıbrıs’ta 2 ayrı devlet var…”

    “Kıbrıs’ta 2 ayrı devlet var…”

    Kıbrıs’ta sular durulmuyor. Kıbrıslı Rumlar AB’nin desteği ile iyice şımardı. Önemli haklar elde etmeye çalışıyor. Ancak karşılarında KKTC’nin Cumhurbaşkanı Ersin Tatar’ı buluyorlar. Tatar, hiç taviz […]


  • Dünya Siyasetinde Değişim Başlıyor

    Dünya Siyasetinde Değişim Başlıyor

    New York’ta düzenlenen Birleşmiş Milletler (BM) 78’inci Genel Kurulu görüşmeleri bu yıl geçmişlerden farklı ve yeni bir dönemin başlayacağının habercisi konumunda zira 2023 yılında dünya […]


  • Altın Koza’ya Altın Program

    Altın Koza’ya Altın Program

    30. yılını kutlayan Adana Altın Koza Film Festivali’nin 18-24 Eylül tarihleri arasında Esas 01 Burda AVM, Cinema Pink salonlarında gösterime sunulacak uluslararası programı; Berlin, Cannes, […]


  • Ruslar Türkiye’den ayrılıyor

    Ruslar Türkiye’den ayrılıyor

    Şubat 2022’de Rusya’nın Ukrayna’yı işgali ile başlayan, Rus göçü, Rusya devlet başkanı Vladimir Putin’in Ukrayna’daki savaşa daha fazla vatandaşın katılmasını gerektiren kısmi seferberlik kararından sonra […]


  • BRiCS DUVARI EMPERYALİZME KARŞI

    BRiCS DUVARI EMPERYALİZME KARŞI

    Son aylarda birbiri ardı sıra gündeme gelen uluslararası kongreler ve toplantılar sürüp giderken ,bugünkü dünya siyaseti normal koşulların ötesinde gelişmeler göstermektedir .Ülkeler ve devletler arası […]


  • SADAKA

    SADAKA

    Bir dakika durup düşünün, ne kadar aşağılayıcı bir durum içindeyiz bu günlerde. Emekli vatandaşların emekli maaşlarına 3 liramı verelim yoksa 5 liramı verelim konusu, bütün […]


  • Cumhurbaşkanı Erdoğan: ”AB İle Yolları Ayırabiliriz”

    Cumhurbaşkanı Erdoğan: ”AB İle Yolları Ayırabiliriz”

    Birleşmiş Milletler 78. Genel Kurulu görüşmelerine  katılmak için  New York’a  gitmeden  önce Cumhurbaşkanı Erdoğan: ”AB ile yolları ayırabiliriz” diyerek önemli bir açıklamada bulunmuştur: ”Avrupa Birliği, […]


  • BİRİ YER, BİRİ BAKAR…

    BİRİ YER, BİRİ BAKAR…

    Enflasyon altında ezilen yurttaş bütçeyi de finanse etti. Merkezi yönetim bütçe sonuçlarına göre yılın ilk sekiz ayında başta ÖTV ve KDV’de olmak üzere vergi gelirlerinde […]


  • O YILLAR

    O YILLAR

    O YILLAR                 HÜSEYİN MÜMTAZ                 Biz eskidik ama yazılar hiç eskimiyor galiba…                 Tam on yıl önce, Falih Rıfkı Atay’dan şu kısa alıntıyı yapmışız; […]


  • Sivil giyimli ÍŞGĂL ORDUSU

    Sivil giyimli ÍŞGĂL ORDUSU

    Halkımız aptal değil, tehlikenin farkında. Yıllardır „sivil işgal kuvvetleri“ ülkemize dolduruluyor. „Barış süreci“ diye, binlerce PKK askeri, davul-zurna eşliğinde silâhları ile birlikte ülkemize sokuldu. Onları […]


  • Siyasette “aptal sözcüğü”

    Siyasette “aptal sözcüğü”

    Sosyal medyada aptal sözcüğünün çok sık kullanıldığını görmüşünüzdür. Siyasi ya da ideolojik tartışmayı aptalsın, akıllısın gibi yere indirgemek, aslında “entelektüel yeteneğin” sınırlı olduğuna işaret eder, […]


  • ŞEYHÜLİSLAMLIK KURULUYOR

    ŞEYHÜLİSLAMLIK KURULUYOR

    ÇEDES PROJESİ İLE AKP KARŞI DEVRİM’İNİN ŞEYHÜLİSLAMLIK AYAĞI DA KURULMUŞ OLUYOR Çağdaş bir devlet yurttaşlarına din dayatmaz. DİB bütçeden aldığı bakanlıklar üstü ödenek ile toplumun […]


  • GANİRE PASHAYEVANIN AZİZ HATIRASINA…

    GANİRE PASHAYEVANIN AZİZ HATIRASINA…

    Ganire Pashayevayı yoksunluk duyguları ve büyük bir üzüntü ile toprağa verdik… Eğer o benim soydaşım, kardeşim ise onun ölümünü sorgulamak, şüphe ile yaklaşmak, bir istihbarat […]


  • Hazır giyimciler de sıkıntıda…

    Hazır giyimciler de sıkıntıda…

    Ekonomik sıkıntılar ve artan enflasyon hazır giyimi de vurdu. Yapılan açıklamalarda maliyetler ve kur arasındaki makasın açılmasının sektörü etkilediğine vurgu yapıldı. Türk hazır giyim ve […]


  • Beklentiler Boşa Çıktı

    Beklentiler Boşa Çıktı

    Prof. Dr. Ata Atun Rumlar, yıllardır arkalarını Hristiyan birliği olan batılı emperyalist güçlere dayayıp, BM’den Kıbrıs konusunda, insanlık dışı ve akıl almaz kararları çıkarttırmayı başarmışlardı. […]


  • Turizmde tanıtım hamlesi…

    Turizmde tanıtım hamlesi…

    Turizmde bütün çabamız istikrarı yakalamak ve liderliğe oturmak.. Bunun kolay olmayacağı biliniyor. Tanıtım faaliyetlerine ağırlık verilecek. Turizm demek, tanıtım demektir. Bunu iyi yapabilirsek önümüze hiçbir […]


  • İklim değişikliği göçleri hızlandırdı…

    İklim değişikliği göçleri hızlandırdı…

    İklim değişikliği ve artan küresel sıcaklıklar dünyanın pek çok bölgesinde çeşitli doğal afetlerin yaşanmasına yol açıyor. Afetler ve aşırı hava olaylarının yıkıcı sonuçları ise insanları […]


  • “Kışın Çinli turist bekliyoruz…

    “Kışın Çinli turist bekliyoruz…

    Başlığı okuduğunuzda şaşırdığınızı görür gibiyiz. Kış aylarında turist gelir mi? Bir de bu Çinli turist olursa. Nevşehir Turist Rehberleri Odası (NERO) Başkanı Özay Onur, Covid-19 […]


  • Japon uzmandan İzmir için deprem uyarısı…

    Japon uzmandan İzmir için deprem uyarısı…

    Hep yazıyor ve uyarıyoruz: Tülrkiye deprem kuşağında bir ülke. Özellikle deprem beklenen yerlerde gereken tedbirlerin alınması gerekiyor. Bu konuda yerli ve yabancı uzmanlar sürekli uyarılarda […]


  • Keşke mafya birkaç kişi olsaydı

    Keşke mafya birkaç kişi olsaydı

    Bülent ESİNOĞLU Piyasa ekonomisinin anlayış kökleri; bırakınız yapsınlar, bırakınız geçsinler olduğunu hatırlatalım. Bu anlayışın günümüz uygulaması, servet sınıfının önündeki tüm “kuralları kaldırın” şeklinde yaşanır. Kuralların […]



Posted

in

,

by