Azadlıq istədiyini etmək, istədiyini danışmaq deyil

Söz azadlığı, sözün öz sahibi üzərində haqqı və sözün işlənmə yeri haqda islamınsesi.az saytının suallarını Azərbaycan İslam Partiyasının sədr müavini Hacı İnqilab Əhədli şərh edir: - Haci Inqilab 2

Söz azadlığı, sözün öz sahibi üzərində haqqı və sözün işlənmə yeri haqda islamınsesi.az saytının suallarını Azərbaycan İslam Partiyasının sədr müavini Hacı İnqilab Əhədli şərh edir: - Haci Inqilab 2Söz azadlığı, sözün öz sahibi üzərində haqqı və sözün işlənmə yeri haqda islamınsesi.az saytının suallarını Azərbaycan İslam Partiyasının sədr müavini Hacı İnqilab Əhədli şərh edir:

-İslamda söz azadlığı nə deməkdir?

– Söz bir varlıqdır. İslamda sözün özünün hüququ var. Adəm övladının isə danışmaq hüququ , bu varlığı canlandırmaq hüququ var. Danışmaq, söz demək insana məxsusdur.
İnsanlar sözü boş bir şey bilirlər, mənasına belə fikir vermirlər. O gün ki, hər bir insan hətta əzaları ilə hesaba gələcək, o zaman söz də hesabını istəyəcək. Deyəcək ki, məni lazım olmayan yerdə işlətdin və hüquqlarımı pozdun, yaxud da söz verdin, amma ona əməl etmədin. Quranın Ərrəhman surəsində deyilir ki, sizə nitq verdik, danışmaq əta etdik.

Söz nədir? Yasin surəsinin 60- 61-ci ayələrinə nəzər salaq. Allah buyurur ki, Biz yaratmaq istədiyimiz şeyə «ol» deyərik və o, dərhal olar. Ayədə deyilən «ol» bir sözdür. Demək burda bir məna var. Allah demək istəyir ki,O, kainatı sözlə yaradıb.

«Ol» əmrinin icrası ilə Allahın varlığı formalaşdı. Belə isə, sözün əsası «ol» ifadəsidir. Bütün kainat və insanlar Allahın «ol» kəlməsindən yaranıb. Yəni bizim kökümüz, zatımız sözdür. Bəs sözün mahiyyəti nədir? Söz şəxsiyyətləri formalaşdıran və təqdim edən bir amildir. İmam Əli (ə.s.) buyurub ki, insanların şəxsiyyətləri dillərinin altında gizlidir. Danışın ki, tanınasınız. Danışdırın ki, tanıyaq.

Demək insan sözlə tanınır. Bunun insanın sosial statusuna heç bir dəxli yoxdur.
Rəhbərin şəxsiyyətinə qiymət vermək üçün gərək onun sözünə fikir verəsən, onun sözü ilə əməlini müqayisə edəsən. Sözlə əməl üst-üstə düşəndə artıq insan şəxsiyyət olur, etimad qazanır.

Rəhbər sözə xidmət etməlidir. Bu şəxs fərmanlarının, təklif və təqdimatların həyata keçirilməsini özünə vəzifə bilir. Odur ki,insan danışanda ehtiyatlı olmalıdır.

Söz var ki, deyərsən hər şey alt-üst olar , ailəni, cəmiyyəti bir-birinə qarışdırar. Əgər insan bir neçə sözü birləşdirib, onu məramnamə və nizamnaməsini ortaya qoyub nəyisə idarə etmək istəsə, bu ilk növbədə onun özünə təsir edər.

Rəhbər də dediyi sözün kimə ünvanlandığını nəzərə almalıdır : xalq qarşında deyilən söz, bir nəfərə deyilən sözdən fərqli olmalıdır. Amma bütün hallarda Allah qarşısında danışdığını unutmamalıdır.

Okumaya devam et  BTF Türk Kızlarının Eğitimi İçin facebook’ta

Söz deyiləndə onun hüquqları qorunmalıdır. Sözün haqqını tanısan, onun mənasını anlamadan harda gəldi-gəlmədi işlətməzsən. Amma bu, söz deməkdən qorxmaq anlamı vermir. Söz elə deyilməlidir ki, danışdığına bir gün peşman olmayasan.

Müdriklər deyirlər ki, nə qədər söz ağzımdan çıxmayıb o, mənim qulumdur. Söz ağzımdan çıxdısa, mən onun quluyam.

Məhəmməd (s) peyğəmbər söz barəsində buyurur: Həzrəti İsa deyib ki, kamil, aqil, arif insanlara müdrik söz deməkdən çəkinməyin. Əgər əsirgəsəniz onlara zülm etmiş olarsınız. Çünki həmin sözlər həmin kəslərə deyilməli idi.

İkinci hədisdə Peyğəmbər buyurur ki, kamil, arif olmayanlara müdrik kəlamlar deyilən vaxt bilin ki, sözlə zülm etmiş olursuz. Çünki tərəf-müqabili sözün mənasını anlamırsa, sözə zülm olunur. Həmin söz də qiyamət günü ona deyəcək ki, niyə məni sahibimə yox, bu şəxsə dedin. Şeyx Nizami sözlə bağlı belə deyib:

Yeniliklər törədən bu qoca kainatda
Sözdən incə kəsərli heç nə yoxdur həyatda.
Düşüncənin munisi, gözəl sirdaşı sözdür.
Unutma ki, insanın əzəl sirdaşı sözdür.

Söz bayraq qaldıranda ilham dolur könüldə,
Tərənnümə söz tapmır sözlü ağılda, dildə.
Səncə köhnə qızılmı, təzə sözmü yaxşıdır
Söz sərrafı söylədi «söz dünyanın naxışıdır.»

Söz bir gözəllikdir. Danışan adamada bəzək verər. Söz var ev yıxar , söz də var ki, düşməni dost edər. Düşməni dost edən sözün hüquqları tapdalanmayıb. Ev dağıdan, qarşıdurma yaradan, dostu düşmənə çevirən sözün hüquqları tapdalanıb.

– Söz azadlığı olmalıdır deyə, istədiyin sözü , istədiyin yerdə demək olarmı?

– Azadlıq istədiyini etmək, istədiyini danışmaq deyil. Əgər mənim dediyim bu sözlə tərəf müqabilimin azadlığı əlindən alınlırsa, bu söz azadlığı deyil. Azadlıq odur ki, mənim sözümdən əsir olunanlar azad ola, qaranlıq fikirli insanlara aydınlıq gələ, şübhə ilə yaşayan insanlar həqiqətə yetişə. Buna deyərlər azadlıq.

İstədiyini danışmaq, söz deyəndə başqasının taleyini, heysiyyyətini vecə almamaq azadlıq deyil, əksinə əsarətdir. İslam bir şəxsin azadlığında yüzlərlə insanın məhdudiyyəti yaranan azadlığı qəbul etmir.

Həzrəti Peyğəmbər (s) 23 il təbliğat apardı və övladları da onun davamçıları oldular. İslam düşmənləri İmam Hüseyni (s) tutduğu məqamına görə Kərbəla çölündə sərbəst buraxırdılar ki, istədikləri kimi hərəkət etsinlər. Amma İmam Hüseyn (ə.s.) «nəyimə lazımdır» desəydi, yalnız özünü düşünsəydi, bu gün Kərbəla məktəbi olmazdı. Amma o, Allahı , sonra isə xalqı düşünərək özünü və yaxınlarını da qurban verdi. Bax buna deyərlər azadlıq.

Okumaya devam et  Turkish Forum Faaliyetleri

-Yalan danışmaqla sözün haqqı pozulurmu?

-Yalan haramdır, şeytan əməlidir. Amma müqəddəs olan yalanlar da var. Məsələn, birinin yanında kiminsə dalınca bir söz deyilib. O söz təsdiq olunsa, orda qan düşəcək, düşmənçilik bir ömür gedəcək. Hətta bu, həmin şəxsin namusu, şəxsiyyəti haqda nalayiq bir söz də ola bilər. Bu sözlərin doğrudan da deyilib, ya deyilmədiyini həmin şəxsdən soruşsalar o, qan tökülməsinin qarşısını almaq üçün deyilənləri yalanlayar.

Beləliklə o, həmin vaxt müqəddəs bir yalan danışır. Həqiqəti desə, insan canına qəsd ola bilər, düşmənçilik yaranar. Təbii ki, Allah qan tökülməsinin qarşısını almaq üçün yalan danışmağı daha üstün sayır.

Ailə nümunəsinə baxaq. Övlad anası ilə həyat yoldaşı arasında münaqişəni aradan qaldırmaq üçün əziz bir gündə hədiyyə alaraq anasına verib deyir ki, bunu sənin üçün gəlinin alıb. Gəlininsə məsələdən xəbəri yoxdur. Müqəddəs bir yalan danışıldı, çünki bu, arada olan qanqaralığı aradan qaldırdı, ailəyə sülh gəldi, bərəkət gəldi.

Həzrəti Əlinin (ə) haqqı tapdalandı, Allahın əmr ilə Peyğəmbər (s) tərəfindən ona verilən xəlifəlik əlindən alındı, həyat yoldaşı Xanım Zəhranın (s.a) haqqı tapdalandı. Xanım Zəhra İmam Əlinin qeyrət və namusu idi və onun şərəfinin hüququnu naməhrəm pozmuşdu. İmam Əli (s.a.) bu halda susdu. Hətta işin mahiyyətini anlamayan, zahirə baxanlar ona irad tutdu. Amma İmam Əli haqlı ola-ola ona Məhəmmədin (s) verdiyi «Ya Əli, məndən sonra qılınc çəkmə. Əgər çəksən, yeni qurulmuş İslam payimal olar» söz əmanətinə xəyanət etmədi.

Bir baxın, İmam Əli (s.a) şərəf məsələlərinin üstünü belə örtürdü, 25 il Allah tərəfindən ona verilən haqqının alınmasına belə susurdu. Allah Quranın Əl- Maidə surəsinin 67-ci ayəsində buyurmuşdu ki, ya Peyğəmbər səndən sonra İmam Əlidir. Bunu deməyin də vəzifədir. Bunu deməsən, risalətin tamamlanmayacaq.

Okumaya devam et  Obama’ya Standing Rock konusunda telefon edin .. Call President Obama: Stand with Standing Rock

Bu gün bizim örnəyimiz olan Əli ibn Əbi Talib belə böyük bir haqsızlıq qarşısında susdu, böhtanlara, şantajlara dözdü.

Belə olan halda onda biz kimik? İnsan var özü haqda pis düşünür, amma başqaları onu mələk kimi görür. İnsan var özünü imanlı, mərdanə, əqidəli kişi kimi tanıyır, amma başqası onu naxələf bilir. İnsan özünü birinci tanımalıdır ki, olduğu kimi görünsün. İnsan özünü tanısa, başqalarının fikri ona təsir etməz. Necə ki, İmam Əli ona qarşı olan təhqirlərə və təzyiqlərə cavab vermədi, çünki o, özünü tanıyan şəxsiyyət idi.

– Təəssüf ki, söz azadlığı cəmiyyətimizdə ədəbsizlik, başqasını təhqir etmək kimi dəyərləndirilir.

– Söz azadlığı mənim ədəbsizliyimə şərait yaradırsa, cəmiyyətə məni əxlaqsız kimi təqdim edirsə, bu, artıq söz azadlığı deyil. Bu, mənim öz məhdudiyyətimdir, əsirliyimdir.
Mənim şəxsiyyətim sözümlə bilinir və bir söz ki, məni şəxsiyyətsiz edəcək, o, artıq azad söz yox, əsir edən söz sayılır. Azad söz çərçivə daxilində olmalıdır. Sözün azadlığı insanlara zülm etməməlidir. Əxlaq sahibləri sözün azadlığından düzgün istifadə edir.
Bəziləri deyir ki, söz azadlığıdır ,ağzına nə gəldi danış. Sözü elə demək olar ki, həm sahibinə çatar, həm də heç kəsi təhqir etməz.

Məsələn , Hacı Möhsüm Səmədov böhtan deməmişdi. O, Azərbaycan cəmiyyətindəki nöqsanları dilə gətirmişdi, İslam dininə olan təzyiqlərdən danışmışdı. Azərbaycanda 200-dən yuxarı dini əqidəsinə görə həbsdə olan var. Hacı Möhsümün dediyi söz, söz azadlığı çərçivəsindədir.

Onun sözləri iqtidardakıları özlərini dəyişməyə çağırır, hökumətə xalqın rəğbətini qazanmaq yolununu göstərirdi.

Hacı Möhsüm bu sözü ilə dövlətinə, bayrağına, milli və mənəvi dəyərlərinə sədaqətini bildirdi. Əslində o, tənqidində hazırki hakimiyyətə içində olan məhəbbətini izhar edirdi. Hacı Möhsümün sözü qarşı tərəfi əsir eləmədi. Yalnız həqiqətləri yada saldı. İqtidar idarə etdiyi xalqına diqqətli olmalıdır.

Müsəlman ölkənin hakim dairələri İslama həssas yanaşmalıdır. Nəinki prezident, hətta valideynimizə belə ağ olmamalıyıq. Amma hakimiyyət və valideyn də vətəndaşına və övladına haqqını verməlidir.

Hakimiyətdə də, valideyndə də xəta ola bilər, amma bu , ona qarşı üsyan etmək demək deyil. Sözümü əxlaq və söz haqqını tanımaqla deməliyəm.

Əmrulla