Ne cümhuriyyetdən vaz geçiriz, ne de milliyetçilikden

- Dünyada artan millətçilik fonunda türk millətçiliyi nə ilə seçilir? - zorlu tore
, ,
zorlu-toreŞimali Kipr Türk Cümhuriyyəti Məclisinin millət vəkili Zorlu Tören türkçülük , türk soylarının birləşməsinin siyasi və iqtisadi səmərəliliyi, etnik şovinizmlə bağlı mövzularla əlaqədar hafta.az-a müsahibə verib. Müsahibəni oxucularımıza təqdim edirik.

– Dünyada artan millətçilik fonunda türk millətçiliyi nə ilə seçilir?

– Dünyanın bir çox coğrafiyalarında türk xalqları yaşayır. Bu xalqlar uzun müddət bir-birindən xəbərdar olmadı, onların milləti inkar edildi. Sovet İttifaqı dağılandan sonra müstəqil türk dövlətlərinin yaranması ilə türk xalqları bir-birinə açıldı, bir-birinə tanımağa başladı.

Bir millət varsa, millətçilik də olmalıdır. Bunun xaricində hərəkət etsək, imperialist güclər sizin içinizə siyarət edib istismar edərlər. Bu amil türk xalqlarını birləşməyə məcbur edir. Biz bir olsaq, türk dünyasının problemlərini azaldar, çətinlikləri daha asan keçərik. Dünyadakı ölkələr bir olsaq, bizə daha çox hörmət edərlər, ayrı-ayrılıqda isə zəif olduğumuzdan bizə hörmət az olar, səsimiz eşidilməz. Dünya qloballaşdığı bir dövrdə güc birlikdədir. Belə bir şəraitdə dost və düşmən anlamı da dəyişir. Amma eyni soydan olduqlarına görə türk soylarının içinə düşmən girə bilməz. Türk millətinin yetərincə düşməni var, öz içimizdə düşmənçilikdən qaçmaq lazımdır.
Sözdə türk millətiyik deyiriksə, amma əməldə, düşüncələrimizdə bununla yaşamırıqsa, yalnışlıqlara gedə bilərik. Türkçülük quru bir ifadə olmamalıdır.

– Hər bir türk dövlətində yaşayan etnik və milli azlıqlar var. Onlar türkçülüyü irqçilik kimi qəbul edir və narahatlıq keçirirlər.

– Türk dövlətləri və toplumları içərisində yaşayan etnoslar millətçi ola bilər, öz mədəniyyətlərini inkişaf etdirə bilər, amma sayca çox olan və hakim ünsür olan türk xalqının millətçiliyini irqçilik kimi görməməlidirlər. Bu yalnışdır, bunda bir qəsdçilik var. Türkiyədə erməni, kürd millətçiliyi inkişaf etdiyi halda, türk millətçiliyini irqçilik kimi görülməsinin arxasında imperialist qüvvələr var. Bunları nəzərə almaq lazımdır. Türkiyə terrorla mübarizə aparmasaydı, dünyanın 3-5 super gücündən biri olacaqdı. “Asala”, PKK, “Hizbullah” kimi terror təşkilatları türk millətinə düşmən təşkilatlardır və xaricdən maddi və mənəvi dəstək alır. Onları imperialist qüvvələr davamlı olaraq qızışdırırlar. İnsanlarımız arasında təbliğat aparmaqla, terrorizmin mahiyyətini anlatmaqla bunun təsirini azaltmaq olar. Türk milləti olaraq müxtəlif dövlətlərdə yaşasaq da, soydaşlarımızı yaxşı tanımalı, iqtisadi, mədəni, siyasi sahədə işbirliyi qurmalı, dostluq və qardaşlığı genişlətməliyik.

Okumaya devam et  Rumlar, Kıbrıslı Türk emlak şirketlerini yasaklattı

– Türkiyədə kürd problemi o qədər qabarıb ki, türk millətçiliyinin səsi çıxmır…

– Bu zahirən belə görünə bilər. Türk milləti varsa, deməli millətçilik də var. Türk millətçiliyini önünə heç nə keçə bilməz. Hazırda bəzi çevrələr türk millətçiliyini bir suç ünsürü kimi göstərməyə çalışsa da, bunlar gəldi-gedər bir prosesdir. Atatürkün vazkeçilməz bir düsturu var: «Millətçilik və dövlətçilik». Nə cümhuriyyətdən vaz keçərik, nə də millətçilikdən. Milli kimliyimizi və milli dəyərlərimizi davam etdirmək üçün türk millətçisi olmağa məcburuq. Avropa Birliyində yer alan hər bir millət öz maraqlarından çıxış edir. Qloballaşmağa qarşı deyilik, amma bunun içərisində türk milləti üzərində oyun oynamağa imkan vermərik.

Gülnara İnanc