Rəsmi Ankaradan İsrailə sərt cavab…

31 05 2010 İsrail ordusunun bu gecə Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmaya hücum etməsi iki Türkiyə və İsrail arasındakı münasibətləri gərginləşdirib. Məsələ ilə bağlı Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu sərt bəyanat verib: "İsrail dinc əhalini hədəfə alaraq, insan həyatını və sülh cəhdlərini heçə saydığını bir daha göstərdi. İsrailin bu insanlıqdan kənar davranışını şiddətli şəkildə qınayırıq. Açıq dənizdə baş verən, beynəlxalq hüququn ağır şəkildə pozulmasını göstərən bu hadisə münasibətlərimizdə bərpası mümkün olmayan nəticələrə səbəb ola bilər". AgahMedia.Com portalının "ANS PRESS"-ə istinadən məlumatına görə, Əhməd Davudoğlu, İsrailin beynəlxalq hüququ pozduğuna görə, cavab verməli olacağını vurğulayıb. Hadisə ilə bağlı Türkiyə Böyük Millət Məclisinin xarici münasibətlər komissiyasının rəhbəri Murad Mərcan da münasibət bildirib. O, baş verən hadisədən çox təssüfləndiyini qeyd edib. "Bu dünya siyasət tarixinə keçəcək bir hadisədir. Gəmidəkilər terrorçu deyildilər. İsrail yardımın göndərilməsinə 9 aydır ki, mane olurdu. Müdaxilə gözləyirdik. Amma müdaxilənin bu qədər böyük olacağına inanmırdıq. Gəmidəki insanlarda bir alışqan belə yox idi". M. Mərcan İsrailin "Biz atəş açmadıq. Oradakılar bizə daş və dəyənəklə hücum etdi. Bununu üçün belə nəticələr ortaya çıxdı" açıqlamasına da heyrətlə yanaşdığını bildirib. Onun sözlərinə görə, silahlı hücuma görə, belə bəhanə göstərilə bilməz. "Xarici İşlər Nazirliyinin açıqlamasının Türkiyəyə yaraşan sormada və sərt olmasını istəyirəm. İsrail belə davam edərsə və yardımın göndərilməsini əngəlləyərsə, Türkiyə-İsrail münasibətlərinin əvvəlki vəziyyətə qayıtlması çox da real görünmür". Xatırladaq ki, İsrail ordusu bu gecə “İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!” devizi ilə Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmaya hücum edib. İsrail helikopterləri gəmilərə yaxınlaşaraq atəş açıblar. İsrail televiziyalarının məlumatına görə, bundan başqa helikopterlərdən biri gəmiyə yaxınlaşıb və bir qrup əsgər iplə gəmiyə düşüb.İnsident baş verən gəminin Türkiyəyə məxsus “Mavi Mərmərə” gəmisi olduğu bildirilir. Belə ki, həmin gəmi ilə əlaqə kəsilib. Gəmilərin İsrail hərbçiləri tərəfindən zorla Hayfa limanına aparıldığı bildirilir.“Anadolu” agentliyinin məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, 30 nəfər yaralanıb. İsrail televiziyaları isə 16 nəfərin öldüyünü xəbər veriblər.“Kanal 2” televiziyası isə, gəmidəkilərin passiv olmadıqlarını, əsgərlərə bıçaq və dəyənəklərlə hücum etdiklərini bildirib. İsrail televiziya kanallarında yayılan məlumatlara görə, yaralılar Aşkelondakı xəstəxanaya aparılıb. Əməliyyat nəticəsində İsrail əsgərlərinin də yaralandığı bildirilir. Onlardan biri Hayfadakı xəstəxanaya yerləşdirilib.Baş vermiş hadisəylə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Ankaradakı səfiri Qabi Levini nazirliyə çağırıb. Rəsmi Təl-Əviv isə baş verənlərlə bağlı rəsmi açıqlama verməyib. - israil turkiye

31 05 2010

İsrail ordusunun bu gecə Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmaya hücum etməsi iki Türkiyə və İsrail arasındakı münasibətləri gərginləşdirib.

Məsələ ilə bağlı Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu sərt bəyanat verib: “İsrail dinc əhalini hədəfə alaraq, insan həyatını və sülh cəhdlərini heçə saydığını bir daha göstərdi. İsrailin bu insanlıqdan kənar davranışını şiddətli şəkildə qınayırıq. Açıq dənizdə baş verən, beynəlxalq hüququn ağır şəkildə pozulmasını göstərən bu hadisə münasibətlərimizdə bərpası mümkün olmayan nəticələrə səbəb ola bilər”. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Əhməd Davudoğlu, İsrailin beynəlxalq hüququ pozduğuna görə, cavab verməli olacağını vurğulayıb. Hadisə ilə bağlı Türkiyə Böyük Millət Məclisinin xarici münasibətlər komissiyasının rəhbəri Murad Mərcan da münasibət bildirib. O, baş verən hadisədən çox təssüfləndiyini qeyd edib. “Bu dünya siyasət tarixinə keçəcək bir hadisədir. Gəmidəkilər terrorçu deyildilər. İsrail yardımın göndərilməsinə 9 aydır ki, mane olurdu. Müdaxilə gözləyirdik. Amma müdaxilənin bu qədər böyük olacağına inanmırdıq. Gəmidəki insanlarda bir alışqan belə yox idi”. M. Mərcan İsrailin “Biz atəş açmadıq. Oradakılar bizə daş və dəyənəklə hücum etdi. Bununu üçün belə nəticələr ortaya çıxdı” açıqlamasına da heyrətlə yanaşdığını bildirib. Onun sözlərinə görə, silahlı hücuma görə, belə bəhanə göstərilə bilməz. “Xarici İşlər Nazirliyinin açıqlamasının Türkiyəyə yaraşan sormada və sərt olmasını istəyirəm. İsrail belə davam edərsə və yardımın göndərilməsini əngəlləyərsə, Türkiyə-İsrail münasibətlərinin əvvəlki vəziyyətə qayıtlması çox da real görünmür”. Xatırladaq ki, İsrail ordusu bu gecə “İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!” devizi ilə Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmaya hücum edib. İsrail helikopterləri gəmilərə yaxınlaşaraq atəş açıblar. İsrail televiziyalarının məlumatına görə, bundan başqa helikopterlərdən biri gəmiyə yaxınlaşıb və bir qrup əsgər iplə gəmiyə düşüb.İnsident baş verən gəminin Türkiyəyə məxsus “Mavi Mərmərə” gəmisi olduğu bildirilir. Belə ki, həmin gəmi ilə əlaqə kəsilib. Gəmilərin İsrail hərbçiləri tərəfindən zorla Hayfa limanına aparıldığı bildirilir.“Anadolu” agentliyinin məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, 30 nəfər yaralanıb. İsrail televiziyaları isə 16 nəfərin öldüyünü xəbər veriblər.“Kanal 2” televiziyası isə, gəmidəkilərin passiv olmadıqlarını, əsgərlərə bıçaq və dəyənəklərlə hücum etdiklərini bildirib. İsrail televiziya kanallarında yayılan məlumatlara görə, yaralılar Aşkelondakı xəstəxanaya aparılıb. Əməliyyat nəticəsində İsrail əsgərlərinin də yaralandığı bildirilir. Onlardan biri Hayfadakı xəstəxanaya yerləşdirilib.Baş vermiş hadisəylə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Ankaradakı səfiri Qabi Levini nazirliyə çağırıb. Rəsmi Təl-Əviv isə baş verənlərlə bağlı rəsmi açıqlama verməyib.
Okumaya devam et  Algı yönetimi ve istikşafi görüşmeler

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir