GUNEY AZERBAYCAN TESKILATININ BASI ISTIFA ETTI

Güney Azərbaycan milli oyanış hərəkatı lideri Prof Dr.Çağrı Çöhrəqanlı bəy, - COHRANLI
,

Güney Azərbaycan milli oyanış hərəkatı lideri Prof Dr.Çağrı Çöhrəqanlı bəy,

Güney Azərbaycan milli oyanış hərəkatı lideri Prof Dr.Çağrı Çöhrəqanlı bəy, - COHRANLI

Sayin Duqtur Çöhrəqanlının GAMOH- dan İstifa Diləkçəsi

Sayqıdəyər GAMOH mərkəzi komitəsi üyələri

Əziz GAMOH-çular!

Hər kəsə və özəlliklə siz əzizlərə bəlli olduğu kimi, millətimizi bu acınacaqlı durumdan qurtarmaq üçün(ulusumuzu əsarətdən və yurdumuzu işğaldan), gərək duyulan hər hansı görəvi üşünmədən yerinə yetirməyə can atmışam. İçəridə olduğum zamanlar bilimyurdlarda ilk türkcə dil kilasları qurmaqdan tutmuş, seçkilərə qatılıb, dustağa düşüb və aclıq aksıyasına qədər, nə gərəkmişsə bir yurdər olaraq girişmişəm. Bunlar millətçi olaraq gorəvim ve vətənə və millətimizə olan borcumuzun bir bölümün ödəmək üçün idi. Ona görədə onların çətinliklərinə baxmayaraq sevə sevə yapmışam. Yenədə hamıdan artıq sizə bəlli olduğu kimi, millətimizin haq səsini dünyaya çatdırmaq üçün, qurbət yaşamını da seçməkdən çəkinməmişəm.

Üstümüzə gələn bütün saldırılara baxmayaraq, qurtuluşumuza gərəkən ən önəmli unsurlardan sayılan örgütlənməni başlayıb və siz əzizlərə dayanaraq gücləndirməyə çalışmışam.

Məzlum və şərəfli millətimizin qeyrətli igidləri!

İçəridə olduğum zamandan təməlləri qurulan GAMOH, artıq keçən 15 ildə  elə bir duruma gəlib çatmışdır ki, bu qutsal yolu dayanmadan sonunadək sürəcəyinə və tam milli mənfəətlərimizi düşünərək ən əlverişli qərarı verəcəyinə umudlu və arxayın olmaq olar.

Siz əzizlərin çabaları sonucunda bu qonuma çatan təşkilatın varlığı “artıq örgütlənmə ilə bağlı üzərimdə olan görəvin sürməsini siz əzizlərə tapşırmağın zamanıdır” fikrini məndə yaratmışdır.

Dəyərli GAMOH mərkəzi komitəsi üyələri!

Bununla da, bir yurdər olaraq, indiyədək üstləndiyim örgüt başqanlığı görəvindən habelə örgüt üyəliyindən istefa diləkçəmi qəbul etmənizi və əsasnaməyə dayanaraq yeni başqanın seçilməsinədək, başqana aid bütün yetkiləri mərkəzi komitənin üzərinə götürməsini istəyirəm.

Son olaraq vurqulamaq istəyirəm ki, Çağri Çöhrəqanlı olaraq, milli qurtuluş yolumuzdan bir an belə çəkilməməyim və bütün millətçi arxadaşlarımla birgə, yolun sonuna dək çalışacağım kəsindir.

Yaxın gələcək millətimizin istədiyi kimi qurtulacağı ve özünə aid milli dövlətini quracağı zamanıdır.

Ulusumuz arxanızda və tanrımız başınız üstə olaraq yardım edəcəklərindən əmin olabilərsiniz.

Azərbaycan türk ulusunun kiçik yurdəri

Çağri Çöhrəqanlı

—————————

سایین دوقتور چؤهره قانلی‌نین گاموح-دان ایستیفا دیلکچه‌سی

سایقی دیر گاموح مرکزی کومیته‌سی اویه‌لری

عزیز گاموح-چولار!

هر کسه و اؤزل‌لیکله سیز عزیزلره بل‌لی اولدوغو کیمی، میللتیمیزی بو آجینا‌جاق‌لی دوروم‌دان قورتارماق اوچون(اولوسوموزو اسارت‌دن و یوردوموزو ایشغال‌دان)، گرک دویولان هر هانسی گؤروی اوشونمه‌دن یئرینه یئتیرمه‌یه جان آتمیشام. ایچریده اولدوغوم زامان‌لار بیلیمیوردلاردا ایلک تورکجه دیل کیلاس‌لاری قورماق‌دان توتموش، سئچکی‌لره قاتیلیب، دوستاغا دوشوب و آجلیق آکسییاسینا قدر، نه گرکمیشسه بیر یوردر اولا‌راق گیریشمیشم. بون‌لار میللتچی اولا‌راق گورویم و وطنه و میللتیمیزه اولان بورجوموزون بیر بؤلومون اؤدمه ک اوچون ایدی. اونا گؤره‌ده اونلارین چتین‌لیک‌لرینه باخمایا‌راق سئوه سئوه یاپمیشام. یئنه‌ده هامی‌دان آرتیق سیزه بل‌لی اولدوغو کیمی، میللتیمیزین حاق سسینی دونیایا چاتدیرماق اوچون، قوربت یاشامینی دا سئچمک‌دن چکینممیشم.

اوستوموزه گلن بوتون سال‌دیری‌لارا باخمایا‌راق، قورتولوشوموزا گرکن ان اؤنم‌لی اونسورلاردان ساییلان اؤرگوتلنمنی باشلاییب و سیز عزیزلره دایانا‌راق گوجلندیرمه‌یه چالیشمیشام.

مظلوم و شرف‌لی میللتیمیزین قئیرت‌لی ایگیدلری!

ایچریده اولدوغوم زامان‌دان تمل‌لری قورولان گاموح، آرتیق کئچن 15 ایلده  ائله بیر دوروما گلیب چاتمیش‌دیر کی، بو قوتسال یولو دایانما‌دان سونونادک سورجیینه و تام میللی منفعت‌لریمیزی دوشونه‌رک ان الوئریش‌لی قراری وئرجیینه اومودلو و آرخایین اولماق اولار.

سیز عزیزلرین چابا‌لاری سونوجوندا بو قونوما چاتان تشکیلاتین وارلیغی “آرتیق اؤرگوتلنمه ایله باغلی اوزریمده اولان گؤروین سورمه‌سینی سیز عزیزلره تاپشیرماغین زامانی‌دیر” فیکرینی منده یاراتمیش‌دیر.

دیرلی گاموح مرکزی کومیته‌سی اویه‌لری!

بونونلا دا، بیر یوردر اولا‌راق، ایندیدک اوستلندیگیم اؤرگوت باشقان‌لیغی گؤروین‌دن هابئله اؤرگوت اویلیگین‌دن ایستئفا دیلکچمی قبول ائتمه‌نیزی و اساسنامه‌یه دایانا‌راق یئنی باشقانین سئچیلمسیندک، باشقانا عایید بوتون یئتکی‌لری مرکزی کومیته‌نین اوزرینه گؤتورمه‌سینی ایستییرم.

سون اولا‌راق وورقولاماق ایستییرم کی، چاغری چؤهره قانلی اولا‌راق، میللی قورتولوش یولوموزدان بیر آن بئله چکیلممییم و بوتون میللتچی آرخاداش‌لاریملا بیرگه، یولون سونونا دک چالیشاجاغیم کسین‌دیر.

یاخین گله‌جک میللتیمیزین ایستدیگی کیمی قورتولاجاغی و اؤزونه عایید میللی دؤولتینی قوراجاغی زامانی‌دیر.

اولوسوموز آرخانیزدا و تانریمیز باشینیز اوسته اولا‌راق یاردیم ائده‌جک‌لرین‌دن امین اولابیلرسینیز.

آذربایجان تورک اولوسونون کیچیک یوردری

چاغری چؤهره قانلی

———————–


Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir