CNN TÜRKLƏRDƏN ÜZR İSTƏDİ

Amerikada yayımlanan CNN beynəlxalq televizyası Türkiyə sərhədlərini də içinə alan qondarma "Kürdüstan"ın xəritəsini nümayiş etdirdiyi üçün Amerikada yaşayan türk toplumundan üzr istəyib. - cnn
Onlayn ictimai-siyasi qəzet
29.08.2009 [15:12] CNN TÜRKLƏRDƏN ÜZR İSTƏDİNüfuzlu telekanal Türkiyə ərazisinin bir hissəsini “Kürdüstan”a veribmiş

Amerikada yayımlanan CNN beynəlxalq televizyası Türkiyə sərhədlərini də içinə alan qondarma “Kürdüstan”ın xəritəsini nümayiş etdirdiyi üçün Amerikada yaşayan türk toplumundan üzr istəyib.

Müasir Ermənistanın xəritəsinə oxşayan “Kürdüstan” xəritəsi CNN-də bu ayın 21-də yayınlanıb. Bundan dərhal sonra amerikalı türklər dünyanın ən böyük televiziyasını faks, e-mail, məktub və telefon mesajı “atəş”inə tutaraq, böyük siyasi təhrifə öz etirazlarını bildiriblər.

Böyük xətaya yol verdiyini anlayan teleşirkət rəhbərliyi çıxış yolunu buraxdığı səhvi düzəltməkdə görüb və dünən axşam CNN-in aparıcılarından Kempbel Braun canlı yayımda türklərdən üzr istəyib: “Keçən cümə günü yayınladığımız bir xəritədə buraxılan səhvi düzəlmək istəyirik. İstifadə etdiyimiz xəritədə ‘Kürdüstan’ deyə bir bölgə müəyyən edilib göstərilmişdi. Bu xəritədə xətalı olaraq Iraq, İran və Türkiyəni əhatə edən bölgədə belə bir ölkə olduğu iddia edilmişdi. Bu üç ölkədə çox sayda kürd yaşamasına baxmayaraq, “Kürdüstan” deyilən bir dövlət yoxdur. Səhvimizə görə üzr istəyirik.

CNN-in ictimaiyyətlə əlaqələr üzrə rəsmizi Bricit Leninger də ABŞ-da yaşayan türk toplumunu birləşdirən ən aparıcı və nüfuzlu quruluşlardan biri olan ATAA-nın (Turk-Amerikan Dərnəkləri Assambleyası) başqanı Günay Evinçə məktub yollayaraq bildirib: “Buraxdığımız ciddi səhvi fərq etdik və üzr diləyirik”.

Beləliklə, qürbətdə yaşayan türklərin vətənpərvərliyi və həmrəyliyi elektron medianın “dev” quruluşunu bu sayaq öz səhvini düzəltməyə vadar edib. Parlaq örnəkdir.

Okumaya devam et  GÜL’ÜN MEMLEKETİNDE RÖVANŞ MAÇINA TEPKİ

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir