Əlirza Fərşinin məzuniyyət müddəti yenidən uzadılıb

Yanvarın 9-da Tehranın “Fəşafuyə” zindanından tibbi məzuniyyətə buraxılan ana dili fəalı, siyasi məhbus Əlirza Fərşinin tibbi məzuniyyət müddəti həkim arayışı əsasında fevralın 23-ə kimi uzadılıb. - lirza r inin m zuniyy t m dd ti yenid n uzad l b 0 1644470858

Yanvarın 9-da Tehranın “Fəşafuyə” zindanından tibbi məzuniyyətə buraxılan ana dili fəalı, siyasi məhbus Əlirza Fərşinin tibbi məzuniyyət müddəti həkim arayışı əsasında fevralın 23-ə kimi uzadılıb.

Bu barədə siyasi məhbus Əlirza Fərşi fevralın 9-da özünün sosial media hesabında yazıb.

O, əməliyyatdan sonra müalicə prosesinin davam etdirilməsi üçün məzuniyyət müddətinin daha bir həftə uzadılması barədə qərarın Baharistan şəhərinin Ümumi və İnqilab Məhkəməsinin Qərarların İcrası İdarəsinin 2-ci bölməsinin hakimi Vəliullah Heydərnejad tərəfindən verildiyini bildirib.

Milli fəal yanvarın 27-də elektron qandalla Tehranın “Bina” xəstəxanasına yerləşdirilib və  gözündən əməliyyat (Kornea transplantasiyası) edilib.

Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

Okumaya devam et  İran rejiminin Urmiyə gölü ilə bağlı məkrli niyyətləri ifşa edildi

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir