Yurd Dışında Yaşayan Güney Azərbaycanlı Aktivistlərin Ermənilərin Törətdiyi Son Təxribatla Bağlı Bildirisi

Yurd Dışında Yaşayan Güney Azərbaycanlı Aktivistlərin Ermənilərin Törətdiyi Son Təxribatla Bağlı Bildirisi - karabag 1
, ,

Yurd Dışında Yaşayan Güney Azərbaycanlı Aktivistlərin Ermənilərin Törətdiyi Son Təxribatla Bağlı Bildirisi

Azərbaycan Cumhuriyəti’nin Müdafiə Nazirliyi’nin yayınladığı bilgilərə görə; Azərbaycan’ın Qarabağ bölgəsindəki Ermənistan hərbi birlikləri, Azərbaycan ordusu birliklərinə qarşı kəşfiyat fəaliyətlərini genişləndirib, ordumuzun mövqelərinin dərinliyinə sızaraq minlərdən arındırılmış torpaqlara və yollara teror təxribatı amacı ilə yenidən min (mina) döşəməyə başlamışlar.

Bu bilgilərə görə, bu ilin sentyabr ayının 19’unda Ermənistan silahlı güclərinin Azərbaycan’ın Qarabağ bölgəsindəki Əhmədbəyli-Füzuli-Şuşa caddəsində teror məqsədi ilə öncədən quraşdırdıqları minlərin partlaması sonucunda dövlətə aid aracla birlikdə bir neçə sivil vətəndaş da şəhid olmuşdur. Eyni gün Azərbaycan Cumhuriyəti Daxili İşlər Nazirliyi’nin hərbi personelini daşıyan arac da Ermənistan silahlı güclərinin kəşfiyat qrupları tərəfindən yerləşdirilmiş minlərin partlaması nəticəsində bir neçəəsgərimiz şəhid və bir neçəsi yaralanmışdır.

Azərbaycan Cumhuriyəti dövlətinin də dəfələrlə bəyan etdiyi kimi, Ermənistan silahlı güclərinin Azərbaycan’ın Qarabağ bölgəsindəki varlığı, 10 noyabr 2020 tarixində imzalanan üçtərəfli anlaşmanın maddələrinə zidd olub, bölgənin barış və istiqrarı üçün ciddi təhlükəoluşdurmaqdadır.

Şübhəsiz, 10 noyabr 2020 tarixində imzalanan üçtərəfli anlaşmanın həyata keçirilməsi; Qarabağ’da törədilən geniş çaplı təxribatların qarşısının alınması, Ermənistan silahlı güclərinə bağlı birliklərin silahsızlaşdırılaraq Qarabağ’dan çıxarılması, onların hərbi təchizatlarının etkisizləşdirilməsi, Qarabağ’ın işğaldan qurtarılmış bölgələrinə qayıdan dinc əhalinin, eyni zamanda orada çalışan işçilərin və hərbi qulluqçuların güvənliyinin sağlanmasını, sınırların toxunulmazlığını, bölgədə barışın və istiqrarın yaranmasını qarantiləyəcəkdir.

Biz Güney Azərbaycan Türklərinin milli aktivistləri olaraq, Ermənistan dövlətini üçtərəfli anlaşmaya sadiq qalmağa, bu dövlətə bağlı bütün silahlı birliklərin bir an öncə Azərbaycan torpaqlarını tərk etmeyə; dünyanın bütün barışçı vəədalətli qüvvələrini isə Azərbaycan Cumhuriyəti’nə qarşı Erməni təxribatını qınamağa, Azərbaycan əhalisinin güvənliyinin sağlanması və bölgədə barışın qorunması üçün çalışan Azərbaycan xalqını savunmağa çağırır, bir kəz daha bu haqlı mücadilədə Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu, əlimizdən gələn hər türlü yardımı və dəstəyi əsirgəməyəcəyimizi bildirir, müzəffər ordumuza uğurlar diləyirik.

Güney Azərbaycan Milli Aktivistləri: / TURKISHFORUM – ABDULLAH TÜRERN YENER

Okumaya devam et  Avstriya kansleri: “Putin Zelenskinin təkbətək görüş təklifinə reaksiya vermədi”

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir