Ölkədə yaranmış son dərəcə kritik ictimai siyasi durumu nəzərə alaraq, bu gündın etibarən Azərbaycan Məxfi İnqilab Komitəsi yaradımasını elan edirik.
Azərbaycan Məxfi İnqilab Komitəsi prezident səlahiyyətlərini icra edən İlham Əliyevin:
– 2003-cü il prezident seçkilərini saxtalaşdırmaqla və polis zorakılığı tətbiq etməklə xalqın hakimiyyətini zəbt etməsini,
– 09 noyabr 2020-ci il Azərbaycan, Rusiya, Ermənistan arasında Üçtərəfli Bəyannaməni xaincəsinə imzalayaraq Milli Ordumuzun 44 günlük Zəfərinə əngəl törətməsini və rus qoşunlarının hər hansı adla ölkəyə gətirilməsini,
– 22 fevral 2022-ci il Rusiya ilə “Qarşılıqlı Hərbi-Siyasi Yardım haqqında” milli dövlətçilik prinsiplərimizə və Konstitusiyaya zidd müqavilə bağlamasını,
– 07 dekabr 2023-cü il tarixli fərmanla 07 fevral 2024-cü il tarixinə təyin etdiyi, çoxlu sayda qanun pozuntuları ilə müşaiyyət olunan, qeyri-qanuni “Növbədənkənar prezident seçkiləri” elan etməsini və sair
nəzərə alaraq, hakimiyyət qarşıslında aşağıdakı tələbləri qoyur::
1) 07 fevral tarixinə təyin edilmiş növbədənkənar prezident seçkiləri təcili olaraq dayandırılsın!
2) Bütün siyasi məhbuslar Təcili Azad edilsin!
3) Cinayətkarlardan ibarət Mərkəzi Seçki Komissiyası buraxılsın və yeni demokratik tərkibdə formalaşdırılsın!
4) Milli demokratik qüvvələrin müzükirəsi ilə yeni Seçki Məcəlləsi qəbul edilsin!
5) Yeni prezident və parlament seçkilərinin vaxtı 6 aydan tez olmayaraq eyni vaxta təyin edilsin!
Yuxarıda sadalanmış tələblərin hakimiyyəti tərəfindən yerinə yetirilmədiyi halda, Azərbaycan Məxfi İnqilab Komitəsi 07 fevral 2024-cü il tarixə qədər Konstitusiyaya uyğun olaraq öz dövlətini xilas etmək üçün xalqı kütləvi itaətsizliyə və inqilaba çağıracağı bəyan edir!
Azərbaycan Məxfi İnqilab Komitəsi 11.01.2024 / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
Azərbaycan Məxfi İnqilab Komitəsinin (AMİK) BƏYANATI
Konu Hakkında okumaya devam et: Azerbaycan Türkçesi
Bir yanıt yazın