İran rejiminin Urmiyə gölü ilə bağlı məkrli niyyətləri ifşa edildi

Ölkə rəsmiləri kanalın istifadəyə veriləcəyini bəyan etsələr də  bu, vəddən o tərəfə keçməyib. Rəsmilərin və Qərbi Azərbaycan valisinin sözlərinə görə, bu kanal fevralın 1-dən 11-dək açılmalı idi, lakin bu baş vermədi. Bu ilk dəfə deyil ki, sözügedən kanalın açılışı və ististamara verilməsi gecikir. Təbrizin parlamentdəki millət vəkili Ruhullah Mütəfəkkir Azad  Zab kanalının vəd edilmiş tarixdə açılmamasından sonra bildirib ki, bunlar əhalidə narazılığı artırır: “Vədlər yerinə yetirilməsə, parlamentdə layihənin məsuliyyətini götürən  şəxslərə qarşı fəaliyyətsizlik ittihamı irəli sürmək məcburiyyətində qalacağıq”. Onun sözlərinə görə, layihənin icraçı məmurları və Qərbi Azərbaycan valiliyinin rəsmiləri ona iki ay əvvəl bu kanalın açılacağını vəd ediblər. Bu yaxınlarda Qərbi Azərbaycan valisi Məhəmməd Sadiq Mötəmedian bir daha söz verib ki, kanal fevralın əvvəlində açılacaq. Lakin göründüyü kimi, yenə vədlər yerinə yetirilmir. Zab çayından Urmiyə gölünə su nəqli kanalı, İslam Respublikası rəsmilərinin bildirdiyinə görə, gölə 600 milyon kubmetr su ötürəcək mühüm layihələrdən biridir. Bir neçə dəfə açılışı ertələnən kanalın istifadəyə verilməməsi halında  gələn yayda gölün tamamilə quruması ehtimalı reallığa çevriləcək. Qeyd edək ki, Urmiyə gölünə su nəqli üçün 2015-ci ildə başladılan layihənin böyük bir hissəsinin tamamlanmasına baxmayaraq, Zab su ötürücü kanalındakı çatlar səbəbindən istifadəyə verilməyib. Texniki sahədə səhlənkarlıq ucbatından kanalda yaranan çatların təmiri üçün isə bu vaxta qədər əməli addımlar atılmayıb. Hesab edilir ki, İran rejimi bunu məqsədli şəkildə edərək, Urmiyə gölünün tam qurumasına çalışır. Bu fonda bildirilir ki, kanalın gövdəsindəki 750 metr uzunluğunda çatlar buradan su ötürülməsinə imkan vermir. Tunelin gövdəsində çatların olduğu barədə açıqlama verən şəxs isə sadəcə İranın Su və Enerji Resurslarının İnkişafı Şirkətinin baş direktoru Kərim Şeybani olub. O, ötən il iyul ayında enerji nazirinin qərbi Azərbaycana səfəri zamanı bu haqda mediaya məlumat verərək, suötürmə tunelinə vaxtından əvvəl su verilməsinin bu hadisəyə yol açdığını deyib. Bu texniki qüsur barəsində başqa bir rəsmi açıqlama verməyib. - urmiya gol

İran rejiminin güneyli soydaşlarımıza qarşı ekoloji müstəvidə də terror siyasəti yürütməsi artıq getdikcə özünü daha qabarıq formada büruzə verir. Bu, yenə də Urmiyə gölünə münasibətdə özünü göstərir. Belə ki, ötən həftə Zab çayından Urmiyə gölünə su nəql etməsi üçün nəzərdə tutulan kanalın açılması yenidən naməlum səbəblərdən baş tutmayıb.

Ölkə rəsmiləri kanalın istifadəyə veriləcəyini bəyan etsələr də  bu, vəddən o tərəfə keçməyib. Rəsmilərin və Qərbi Azərbaycan valisinin sözlərinə görə, bu kanal fevralın 1-dən 11-dək açılmalı idi, lakin bu baş vermədi. Bu ilk dəfə deyil ki, sözügedən kanalın açılışı və ististamara verilməsi gecikir. Təbrizin parlamentdəki millət vəkili Ruhullah Mütəfəkkir Azad  Zab kanalının vəd edilmiş tarixdə açılmamasından sonra bildirib ki, bunlar əhalidə narazılığı artırır: “Vədlər yerinə yetirilməsə, parlamentdə layihənin məsuliyyətini götürən  şəxslərə qarşı fəaliyyətsizlik ittihamı irəli sürmək məcburiyyətində qalacağıq”. Onun sözlərinə görə, layihənin icraçı məmurları və Qərbi Azərbaycan valiliyinin rəsmiləri ona iki ay əvvəl bu kanalın açılacağını vəd ediblər. Bu yaxınlarda Qərbi Azərbaycan valisi Məhəmməd Sadiq Mötəmedian bir daha söz verib ki, kanal fevralın əvvəlində açılacaq. Lakin göründüyü kimi, yenə vədlər yerinə yetirilmir. Zab çayından Urmiyə gölünə su nəqli kanalı, İslam Respublikası rəsmilərinin bildirdiyinə görə, gölə 600 milyon kubmetr su ötürəcək mühüm layihələrdən biridir. Bir neçə dəfə açılışı ertələnən kanalın istifadəyə verilməməsi halında  gələn yayda gölün tamamilə quruması ehtimalı reallığa çevriləcək. Qeyd edək ki, Urmiyə gölünə su nəqli üçün 2015-ci ildə başladılan layihənin böyük bir hissəsinin tamamlanmasına baxmayaraq, Zab su ötürücü kanalındakı çatlar səbəbindən istifadəyə verilməyib. Texniki sahədə səhlənkarlıq ucbatından kanalda yaranan çatların təmiri üçün isə bu vaxta qədər əməli addımlar atılmayıb. Hesab edilir ki, İran rejimi bunu məqsədli şəkildə edərək, Urmiyə gölünün tam qurumasına çalışır. Bu fonda bildirilir ki, kanalın gövdəsindəki 750 metr uzunluğunda çatlar buradan su ötürülməsinə imkan vermir. Tunelin gövdəsində çatların olduğu barədə açıqlama verən şəxs isə sadəcə İranın Su və Enerji Resurslarının İnkişafı Şirkətinin baş direktoru Kərim Şeybani olub. O, ötən il iyul ayında enerji nazirinin qərbi Azərbaycana səfəri zamanı bu haqda mediaya məlumat verərək, suötürmə tunelinə vaxtından əvvəl su verilməsinin bu hadisəyə yol açdığını deyib. Bu texniki qüsur barəsində başqa bir rəsmi açıqlama verməyib.

Okumaya devam et  Azərbaycanlı xanım fəal Pərisa Ciddi bəraət aldı

2015-ci ilin oktyabrında kanalın qazılmasına başlanılması ilə bağlı İRNA saytında dərc olunan xəbərə görə, tunelin tikinti layihəsini İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı podratçı “Xatəm Əl-Ənbiya” öz üzərinə götürüb. Elə bu səbəbdən kanaldakı qüsurlarda SEPAH-ın əlinin olması istisna edilmir. Bu tunelin gövdəsinin yüzlərlə metrində çatların olması ilə bağlı xəbər dərc edilməzdən əvvəl ölkə rəsmiləri layihənin 93%-nin tamamlandığını bildirmişdi. Hətta ötən il noyabrın 21-də Qərbi Azərbaycan valisi layihənin başa çatdığını elan edərək, iki həftə ərzində onun istifadəyə veriləcəyini vəd etmişdi. Piranşəhr şəhərində yerləşən “Kanisib” bəndindən Urmiyə gölünə illik 650 milyon kubmetrə qədər su ötürməsi nəzərdə tutulan Zab su kanalı gölün canlandırılmasında ən mühüm layihələrdən biri kimi qeyd edilib. Lakin indiyə qədər bütün vədlər boşa çıxıb. Hazırda Urmiyə gölünün vəziyyətinin çox ağır olduğu bildirilir, hətta sosial şəbəkələrdə bu gölün tam quruduğu ilə bağlı xəbərlər dərc olunur. Ətraf Mühitin Mühafizəsi Təşkilatının Su-bataqlıqların Mühafizəsi və Bərpası İdarəsi isə gölün tam quruması xəbərini təkzib edərək, göldən təxminən 1000 kvadrat kilometr ərazinin qaldığını, ancaq gölün su payı bəndlərdən təmin edilmədiyi təqdirdə tamamilə quruyacağını deyib. İranın rəsmi dövlət xəbər agentliyi olan İRNA bu yaxınlarda Urmiyə gölü ilə bağlı “Göllərin quruması litium ehtiyatlarına dəyərmi?” başlıqlı məqalə dərc edərək, İranda göllərin qurumasının onların xilası prosesində süründürməçilik və kifayət qədər diqqət verilməməsi nəticəsində baş verdiyini qeyd edib. Həmin məqalədə Urmiyə və ona bənzər digər göllərin yatağında litium kimi mineral ehtiyatların mövcudluğuna diqqət çəkilərək, Urmiyə gölü kimi göllərin canlandırılması və bərpası üçün səy göstərilməməsinin səbəbi bu litium mədənlərinin mövcudluğu ilə əlaqələndirilir. Lakin o da diqqətdən yayınmamalıdır ki, İran rejimi Cənubi Azərbaycanda Urmiyə gölü ətrafında yaşayan soydaşlarımızın buradan köçünə nail olmaq üçün sözügedən su hövzəsinin qurumasınnda maraqlı tərəf qismində çıxış edir. 1979-cu ildə göldə 33 milyard kubmetr su var idisə, hazırda bu rəqəm 1 milyard kubmetrdən də azdır. Həm də rejimin su siyasəti olduqca bərbaddır. Urmiyə Gölü Canlandırma Mərkəzinin keçmiş rəhbəri İsa Kələntəri bu yaxınlarda bildirib ki, ölkədə bütün göllər, çaylar, bataqlıqlar quruyub: “İqlim dəyişikliyi var, lakin İranın su istehlakı azalmaq əvəzinə günü-gündən artır”. O, həmçinin, yaxın 20 ildə ölkənin yeraltı su ehtiyatlarının tükənəcəyi ilə bağlı xəbərdarlıq edib

Okumaya devam et  Təbrizdə milli fəal həbs olunub

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir