Güney Azərbaycanda ana dili tədbirləri keçirilib

Tehran, Kərəc, Urmu, Ərdəbil və başqa şəhərlərdə mədəni fəallar müxtəlif mərasimlər keçirib, uşaqlar arasında Azərbaycan türkcəsində kitablar paylayıbıar. - 317c3b44 b552 4a0e ab1e 34dec776e66a

Fevralın 21-i Beynəlxalq Ana Dili Günü münasibətilə Güney Azərbaycan və İranın bir neçə şəhərində ana dili tədbirləri keçirilib.

Tehran, Kərəc, Urmu, Ərdəbil və başqa şəhərlərdə mədəni fəallar müxtəlif mərasimlər keçirib, uşaqlar arasında Azərbaycan türkcəsində kitablar paylayıbıar.

Bununla yanaşı hakimiyyətin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, bir neçə şəhərin Universitetində ana dili ilə bağlı yazılı vərəqələr yayılıb, plakadlar asılıb.

Qeyd edək ki, hər il fevralın 21-i və İranda yeni təhsil ilinin başlanması ilə əlaqədar oxşar tədbirlər keçirilir.

Mədəni fəallar Tehran rejiminin qeyri-fars dillərə qarşı siyasətinə və xalqların ana dilində təhsil qadağasına etirazlarını bildirirlər.

Okumaya devam et  Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir