Site icon Turkish Forum

Təbrizdə ərzaq malları qıtlığı yaranıb

Vətəndaşlar sosial mediada paylaşım edərək bir çox məhsulların tapılmadığını yazıblar. - brizd rzaq mallar q tl yaran b 0 1651729062

Vətəndaşlar sosial mediada paylaşım edərək bir çox məhsulların tapılmadığını yazıblar.

Güney azərbaycanlı sosial media istifadəçiləri Təbrizdə bir sıra ərzaq mallarının bahalaşmasına baxmayaraq mağazalarda tapılmadığını yazıblar.

Onlar xüsusilə son günlər makaron, bitki yağı və çayın qiymətlərinin kəskin bahalaşdığını, buna baxmayaraq bazarda mövcud olmadıqlarını bildiriblər.

Qeyd edək ki, bir neçə gün öncə İanın başqa tanınmış iqtisadçı mütəxəssisi Ehsan Sultani yeni günəş ilində ölkədə ərzaq mallarının qiymətinin 10 qata bahalaşacağı barədə danışıb.

O, son 5 il müddətində İranda bir çox məhsulların dəyərinin dəfələrlə artdığını deyərək, hazırkı hökumətin qeyri-peşəkar siyasəti nəticəsində bu il daha ağır iqtisadi şəraitin hakim olacağını söyləyib.

Exit mobile version