Təbrizdə Rza Bərahəninin xatirəsi anılıb

Anım mərasiminə əhali ilə yanaşı bir çox yazıçı, şair, incəsənət xadimi və media nümayəndələri qatılıb. - brizd za rah ninin xatir si an l b 0 1648362980

Martın 27-i səhər saatlarında Kanadada dünyasını dəyişmiş yazıçı Rza Bərahəninin xatirəsini anmaq üçün təbrizlilər Ərk qalasının qarşısına toplanıb və şam yandırıblar.

Anım mərasiminə əhali ilə yanaşı bir çox yazıçı, şair, incəsənət xadimi və media nümayəndələri qatılıb.

Bununla yanaşı güney azərbaycanlılar sosial mediada çoxsaylı paylaşımlar edərək Rza Bərahəninin Təbrizə gətirilməsini və Məqbərətül Şüərada Şəhriyarın məzarı ilə yanaşı dəfn edilməsini istəyiblər.

Martın 25-də Kanadanın Toronto şəhərində dünyasını dəyişən yazıçının oğlu Oktay sosial mediada paylaşım edərək atasının vəsiyyətinə əsasən onu Təbrizə aparmaq və orada dəfn etmək istədiklərini yazıb.

Qeyd edək ki, bundan öncə 2014-cü il avqustun 12-də Bakıda vəfat etmiş professor Cavad Heyətin Təbrizdə dəfn edilməsinə İran rəsmiləri icazə verməyiblər.

Cavad Heyətin yaxınları və qələmdaşlarının müraciətinə cavab olaraq İran rəsmiləri onun yalnız Tehranda dəfn edilməsi üçün şərayit yarada biləcəklərini bildirmişdilər.

Okumaya devam et  Təbrizdə narazı fəhlələr işdən çıxarıldı

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir