“SEPAH yüzlərlə Amerika əsgərinin öldürülməsində məsuliyyət daşıyır”- Respublikaçılar Co Baydenə xəbərdarlıq etdi

Nümayəndələr Palatasında Florida nümayəndəsi Skott Franklinin müəllifi olduğu məktub Co Bayden administrasiyasının SEPAH-ən Amerikanın terrorçu qruplar siyahısından çıxara biləcəyi ehtimalı ilə bağlı xəbərlərin yayılmasından sonra yazılıb. - espublika n may nd l r terror qruplar siyah s nda saxlamaq n

Amerikada bir sıra respublikaçı nümayəndələr dövlət katibi Antoni Blinkenə məktub yazıb. Onlar İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Amerikanın terrorçu qruplar siyahısında qalmasına dair Ağ Ev hökumətinə çağırış ediblər.

Nümayəndələr Palatasında Florida nümayəndəsi Skott Franklinin müəllifi olduğu məktub Co Bayden administrasiyasının SEPAH-ən Amerikanın terrorçu qruplar siyahısından çıxara biləcəyi ehtimalı ilə bağlı xəbərlərin yayılmasından sonra yazılıb.

“İnqilab Keşikçiləri Korpusu hazırda dünyanın ən təhlükəli terror qruplarından biridir”-deyə, Bayden administrasiyasının qərarına reaksiya verən cənab S.Franklin bildirib.

“Terrorizmi dəstəkləməklə İnqilab Keşikçiləri Korpusu saysız-hesabsız günahsız insanların və ən azı 600 Amerika əsgərinin öldürülməsində məsuliyyət daşıyır.

Bu terror təşkilatı həmişə bölgədəki tərəfdaşlarımızı və müttəfiqlərimizi, xüsusən də İsraili məhv etməyə çalışıb və onilliklər ərzində Yaxın Şərqdə sülhə mane olub”-deyə, məktubda bildirilib.

Franklin Co Baydenə xəbərdarlıq edərək onun terror rejiminə hər hansı legitimlik qazandıran hərəkətlərinin qəbul edilməyəcəyini deyib.

“İnqilab Keşikçiləri Korpusunun terror siyahısından çıxarılması bu silahlı qrupa legitimlik qazandırmaq və bütün dünyada sülh və demokratiyanı təhlükəyə atmaq deməkdir”-deyə, məktubda qeyd olunub.

Amerikanın “Axius” saytı martın 23-ü axşam saatlarında “iki məlumatlı Amerika mənbəsinə” və İsrail rəsmisinə istinadən yazıb ki, İran İslam Respublikası Amerikanın İnqilab Keşikçiləri Korpusunun adını terror təşkilatları siyahısından çıxarmaqla bağlı irəli sürdüyü şərtləri qəbul etməyib.

“Axiusun” yazdığına görə, nüvə danışıqlarının dirçəldilməsi ilə bağlı razılaşma demək olar ki, tamamlanıb və İranın Amerika prezidentinə İnqilab Keşikçiləri Korpusunun terrorçu qruplar siyahısından çıxarılmasını tələb etməsi Tehran və Vaşinqton arasında qalan son fikir ayrılıqlarından biridir.

Məlumata görə, Amerikanın İran üzrə xüsusi nümayəndəsi Robert Mali Avropa Birliyinin diplomatik koordinatoru Enrike Moranın İranla dolayı danışıqlarda İranın silahlı təşkilatının adının terror siyahısından çıxarılması tələbini müzakirə edib.

Bununla yanaşı Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays martın 22-də deyib ki, Bayden administrasiyası mümkün alternativ ssenariləri hazırlamaq üçün Fransa, Almaniya, İngiltərə, İsrail və Körfəz əmirlikləri ilə Vyana danışıqlarının uğursuzluqla nəticələnməsi ehtimalını çoxdan müzakirə edib.

Okumaya devam et  “Su payı təmin edilməzsə, Urmu gölü tamamilə quruyacaq”-Ətraf Mühitin Mühafizəsi Təşkilatı

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir