Əhərdə Şeyx Şəhabəddin abidəsinə qarşı laqeydlik etirazlara səbəb olub
Milli fəallar bununla bağlı video yayıblar. - h rd tarixi s rl r laqeydlik f allar n etiraz na s b b olub 0 1648099080
Əhər şəhərində tarixi Şeyx Şəhabəddin abidəsində saxlanılan əsərlərə qarşı laqeydlik Güney Azərbaycanda etirazlara səbəb olub.
Milli fəallar bununla bağlı video yayıblar.
Tarixi abidənin həyətində saxlanılan neçə yüz illik daş kitabələrin və qəbir daşlarının sıradan çıxmaq üzrə olduğunu deyən sosial media fəalı bunu Azərbaycan tarixi və mədəniyyətinə qarşı sayğısızlıq olduğunu bildirir.
“Demək olar ki, İranın 80% şəhərlərini gəzmişəm, ancaq Şiraz, İsfahan, Yəzd və başqa bu kimi şəhərərdə tarixi abidə və əsərlərə qarşı belə laqeydlik görməmişəm”-deyə, güneyli fəal 750 illik tarixi keçmişi olan Şeyx Şəhabəddin abidəsinə qarşı ögey münasibətdən gileylənir.
Qeyd edək ki, 1180-1265-cı illər arası yaşayan Şeyx Şəhabəddin Mahmud Əhəri  Azərbaycanın tanınmış ariflərindəndir və “Şəhabiyyə” təriqətinin yaradıcısı sayılmaqla yanaşı, Səfəvi dövlətini yaradacaq Səfəvi sülaləsinin banisi Şeyx Səfiəddinin müəllimi olub.
Okumaya devam et  Sülh gündəliyini İlham Əliyev müəyyənləşdirir
Comments
Bir yanıt yazın
E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir