“İran və Rusiya siyasi və iqtisadi əməkdaşlığı artırır”-İranlı diplomat

“Rusiya və İran rəsmiləri yaxın vaxtlarda bank və maliyyə əməkdaşlığı ilə bağlı görüş keçirəcəklər”-deyə, Tehran və Moskvanın müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək səylərinə toxunan səfir bildirib. - ran diplomat ran v usiya siyasi v iqtisadi

İranın Rusiyadakı səfiri Kazım Calali martin 22-də iki ölkə arasında münasibətlərdən danışıb.

“Rusiya və İran rəsmiləri yaxın vaxtlarda bank və maliyyə əməkdaşlığı ilə bağlı görüş keçirəcəklər”-deyə, Tehran və Moskvanın müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək səylərinə toxunan səfir bildirib.

O, hər iki tərəfin yeni qərarların qəbul ediləcəyi Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının iclasını razılaşdırmağa çalışdığını, Rusiya və İranın müxtəlif mövzularda əməkdaşlığı müzakirə etmək üçün səfərlər planlaşdırıldığını deyib.

Bundan öncə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan İran-Rusiya münasibətlərinin yeni dönəmində səmərəli əməkdaşlığın baş verəcəyini bildirib.

Nazir İran və Rusiya prezidentlərinin ona və rusiyalı həmkarına əməkdaşlıq üçün 20 illik yol xəritəsi hazırlamaq barədə göstəriş verdiyini deyib.

Son vaxtlar İranın Rusiyaya daha çox meyillənməsi ölkə daxilində, özəlliklə müxalif şəxslər arasında ciddi narazılıqlarla qarşılanıb.

“İran rəsmilərinin Moskvaya son səfərləri ikitərəfli münasibətlərin əlamətindən daha çox özü ilə alçaltma, zillət və zəiflik gətirib.

İran Rusiyanın Ukraynaya hərbi təcavüzünü pisləmək yerinə, Moskvanın yanında yer alıb”- deyə, İranın keçmiş prezidenti Əkbər Haşimi Rəfsəncaninin qızı Faziə Haçimi “Independent Persian” xəbər agentliyinə göndərdiyi video-məlumatda bildirib.

Okumaya devam et  İranlı fəallar həbs edilmək üçün Evin zindanına çağırılıblar

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir