Azərbaycan dünyanı heyrətləndirməkdə davam edir

Azərbaycan dünyanı heyrətləndirməkdə davam edir.azerbayjan news.az / turkishforum – Abdullah Türer Yener

Ermənilərin viran qoyduğu Qarabağ və Şərqi Zəngəzur tezliklə cənnətə çevriləcək
Torpaqlarımızın işğaldan azad edilməsindən çox zaman keçməyib. Yurd yerlərimiz düşmən tapdağından qurtulduğu bu qısa dövrdə dünya iki məsələyə heyrət edir.

Bunlardan biri erməni barbarlığı nəticəsində torpaqlarımızın viran edilməsi, onların uzun illər boyu daşı daş üstünə qoymamasıdır. Dünyanın heyrət etdiyi ikinci məsələ isə Azərbaycanın bu qısa dövrdə işğaldan azad olmuş ərazilərdə gördüyü işlərdir.

Füzuli Hava Limanının qısa bir müddətdə istifadəyə verilməsi indiyəcən müxtəlif ölkələrdən gələn siyasətçiləri, diplomatları və jurnalistləri heyrətə gətirir. Adi fakt deyil – cəmi 8 ayda dörd bir tərəfi dağıdılmış və minalanmış bu ərazidə möhtəşəm hava limanı inşa edilmişdir. Ən maraqlısı isə budur ki, işğaldan azad edilmiş torpaqlarımızda daha iki hava limanı tikiləcək, özü də maliyyə üçün heç bir beynəlxalq təşkilatın qapısını döymədən.

Məlumdur ki, işğaldan azad edilmiş ərazilərin çox hissəsi dağlıqdır. Üstəlik, az qala hər qarışında mina basdırılıb. Erməni vandallarının nə üçün bu qədər mina basdırması əcnəbiləri təəccübləndirsə də, biz təəccüblənmirik.

Çünki onların məkrli əməllərinə bələdik. Düşmən yaxşı bilirdi ki, bir gün Azərbaycan xalqı öz torpaqlarını onların tapdağından xilas edəcək. Ona görə də bərpa-quruculuq işləri aparmağımızın və soydaşlarımızın doğma yurdlarına qayıtmasının mümkün qədər qarşısını almaq istəmişlər.

İndi erməni faşistləri yenidən müharibə edib qalib gəlmək barədə xam xəyalla yaşayırlar. Rusiyadan ümidləri kəsiləndə Avropaya üz tutur, Avropadan nə isə əldə edə bilməyəndə yenidən Rusiyaya bel bağlayırlar. Azərbaycan xalqı isə Prezidentinə, Ordusuna və özünə güvənir. Dünyanın hansı guşəsində hansı siyasətçinin nə deməsinə əhəmiyyət vermədən doğma torpaqlara həyat gətirir. Prezident İlham Əliyevin torpaqlarımız düşmən işğalından azad olunandan dərhal sonra bəyan etdiyi kimi, biz bu yerləri cənnətə çevirəcəyik.

Bir il ərzində icra olunan layihələrə diqqət yetirdikdə əminliklə deyə bilərik ki, Qarabağ tezliklə Azərbaycanın deyil, dünyanın ən gözəl guşələrindən biri olacaq. Ona görə ki, bu yerlər təbiət etibarilə çox səfalıdır. Həm də ona görə ki, burada bərpa-quruculuq işləri müasir dünya standartlarına uyğun icra edilir. Məsələn, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri insanların ətraf mühitə ziyan vurmadan yaşamasına hesablanıb.

Bölgənin bərpa-quruculuq işlərinə infrastruktur layihələrindən başlanılıb və bu, təsadüfi deyil. Çünki mükəmməl infrastruktur yaratmadan iqtisadiyyatın bərpası və insanların məskunlaşması mümkün deyil. Odur ki, indiyədək yüz kilometrlərlə avtomobil yolunun çəkilməsi istiqamətində xeyli iş görülüb. Tarixi “Zəfər” yolunun çəkilməsi təkcə infrastruktur layihəsi deyil, şanlı qələbəmizə qoyulan abidədir. İndi işğaldan azad olunan ərazilərdə dəmir yolu çəkilir, Zəngilan Hava Limanında tikinti işləri görülür, su xətləri çəkilir.

Həyata keçirilən infrastruktur layihələri sırasında enerji layihələri önəmli yer tutur. Bu da səbəbsiz deyil. İndiki dövrdə iqtisadi inkişafın ən vacib şərtlərindən biri enerji ilə təminatdır. Buna görə də Prezident İlham Əliyev qələbədən dərhal sonra bölgənin etibarlı və dayanıqlı enerji ilə təmin edilməsi barədə müvafiq dövlət qurumlarına göstəriş verdi. İşğaldan azad edilən ərazilərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə Prezidentin tapşırığına uyğun olaraq Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının hər birində 110/35/10 kV-luq yarımstansiyalar tikildi. Ağdam rayonunda isə 110/35/10 kV-luq iki yarımstansiya inşa edilməkdədir. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına “Xındırıstan” yarımstansiyasından 40 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti də çəkilir.

Qeyd edək ki, Azərenerji” tərəfindən Füzulidən Şuşaya 75, Daşkəsəndən isə Kəlbəcərə 70 kilometr məsafədə 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilib, 110/35/10 kV-luq “Şuşa” və “Kəlbəcər” yarımstansiyaları tikilərək istismara verilib, həmçinin Füzuli şəhərində 110/35/10 kV-luq “Füzuli” yarımstansiyası tikilib, eyni zamanda rayondakı “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. Bununla yanaşı, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik yarımstansiyaları yenidən qurulduqdan sonra enerji istehsalına başlayıb.

İşğaldan azad olunan bütün əraziləri dayanıqlı və etibarlı enerji ilə təmin etmək üçün yenə də yarımstansiyalar tikilir və ötürücü xətlər çəkilir. Bu gün energetiklər bölgədə soyuq hava şəraitinə, relyefin çətinliyinə baxmayaraq, gecə-gündüz çalışırlar.

İşlərin xeyli hissəsi görülsə də, qarşıda icrasını gözləyən layihələr hələ çoxdur. Yəni hədəflər daha böyükdür. Burada dağ çaylarının üzərində 22-dən çox kiçik su elektrik stansiyası tikiləcək. Eyni zamanda bölgənin təbii enerji əldə etmək imkanlarından geniş istifadə olunacaq. Artıq xarici sərmayədarlar işğaldan azad edilən ərazilərdə külək və Günəş eherjisi istehsalı sahəsinə sərmayə qoymaq barədə istəklərini bildiriblər. Yəqin ki, yaxın gələcəkdə bu ərazilərdə istehsal olunan enerjinin ixrac edilməsinin də şahidi olacağıq.



Rüstəm KAMAL,

“Azərbaycan”

Azərbaycan dünyanı heyrətləndirməkdə davam edir.azerbayjan news.az / turkishforum - Abdullah Türer Yener - artsakh daglik karabag

KONU HAKKINDA DAHA FAZLA:

GİRİŞ TARİHİ:

GÜNCELLEME:

Bu gibi içeriklerin devam etmesini istiyor, Akademik yayınları veya vatandaş gazeteciliği destekliyorsanız, maddi katkıda bulunabilirsiniz.

İçerik desteği, sponsorluk veya işbirliği teklifleri için bizimle irtibata geçebilirsiniz.

Bolayır'da doğdu, İlk öğrenimini Erzurum ve Elazığ'da tamamladıktan sonra ortaokul ve Liseyi İstanbul Bakırköy'de bitirdi. Heybeliada Deniz Harp Okulunda askerliğini tamamlayan Yener Günaydın ve Mobil Oil Türk'de çalıştı. İDİL-URAL TÜRKLERİ DERNEĞİ, KAZAK TÜRKLERİ VAKFI, Dünya Tatar Ligi, Bulgaristan Türkleri derneği, Türkiye Azerbaycan Dernekleri Federasyonu, voicepress gibi kuruluşlarda çeşitli görevler üstlenen Yener Tataristan, Rusya federasyonu ve Türk dünyası ile yakın ilişkiler içindedir.

Yorumlar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bugün Gündem
  1. Adalet; Hakka-Gerçeğe Hizmet? KUR’AN! Yüceler Yücesi Yaratıcı Güç, müthiş-muhteşem bir akışla çevirdiği bu dünyada, sistemini hak-adalet ilkeleri üzerine kurmuş. Zaten…

  2. Sadece (Bakara,136)ayeti ekleyerek ve içeriği olduğu gibi aynı bırakarak; (Peygamber(ler)in ALLAH’a Ortaklığı-Hadisler-KUR’AN) yazısı, yeni başlıkla kabul görür mü? Tüm ilgi-alâka,…

  3. Dünya Hayatı; Çoğaltma Yarışı? Ölüm?-KUR’AN?! (Mülk,2)”O, davranış ve eylem bakımından hanginizin daha güzel amel edeceğini-en güzel eseri kimin yapacağını belirlemek-sınamak…

  • ÜNİVERSİTENİN AMACI; DÜNYAYA GENİŞ AÇIDAN BAKABİLME ÖZELLİĞİ KAZANMIŞ İNSAN YETİŞTİRMEKTİR

    ÜNİVERSİTENİN AMACI; DÜNYAYA GENİŞ AÇIDAN BAKABİLME ÖZELLİĞİ KAZANMIŞ İNSAN YETİŞTİRMEKTİR

    Geçen hafta yüz yüze eğitimin gerekliği konusundaki “Diploma Kalitelerinin Zedelenmemesi için Yüz-Yüze Eğitim veya Eğitimi Yaz Dönemine Ötelenmesi Önerilebilir” başlıklı yazım sonrası Emekli eğitim emekçisi […]


  • KUR’AN’A ABDESTSİZ DOKUNULAMAZ MI?

    KUR’AN’A ABDESTSİZ DOKUNULAMAZ MI?

    Aşağıdaki takvim yaprağı, DİP takviminin 30 Mart 2023 tarihli yaprağıdır.Görüldüğü gibi DİB, Kur’an’ın kâğıda basılı haline abdestsiz dokunulamayacağını söylüyor.Bilgisayar, tablet, cep telefonu vs. elektronik cihazlar […]


  • Altın Manyaklığı Kitabı

    Altın Manyaklığı Kitabı

    Bülent ESİNOĞLU Nasıl yapayım, nereden başlayayım bilemedim. Lakin olayların başlangıç yeri Altın Manyaklığı kitabı olsa gerek. Amerika’da, durup dururken, Altın Manyaklığı kitabı çıkmaz diye düşünüyordum. […]


  • 2070 yılına kadar seyahatlerde neler değişecek?..

    2070 yılına kadar seyahatlerde neler değişecek?..

    Şu bir gerçek: İnsanların her geçen yıl seyahat ve tatil tercihleri değişiyor. Bu gerçekler ışığı altında sektör yenileme çalışmalarına hız vermeli. İngiltere merkezli hava yolu ve […]


  • MİLLİYETÇİLİK ve ULUSALCILIK (3)

    MİLLİYETÇİLİK ve ULUSALCILIK (3)

                Ulusalcılık kavramının oluşumundaki ‘tarihsel kalıt’a  eski dilde ‘Ecdadın ruhu’ da denilebilir, ki geçen yazıda buna kısaca değinmiştik. İşte Fransızların ‘kadim ruh’ (l’âme antique) dedikleri […]


  • YSK, RTE’NİN NOTERİ OLMUŞTUR

    YSK, RTE’NİN NOTERİ OLMUŞTUR

    RTE’NİN ANAYASAL OLMAYAN ADAYLIĞINI ONAYLAYAN BU YSK, ALDIĞI KARARLA RTE’NİN NOTERİ OLMUŞTUR YSK’nın son aldığı kararı, RTE’nin CB seçimine aday olarak katılmasını oy birliğiyle almış […]


  • Dünya Hayatı; Çoğaltma Yarışı? Ölüm?

    Dünya Hayatı; Çoğaltma Yarışı? Ölüm?

    Dünya Hayatı; Çoğaltma Yarışı?Ölüm?-KUR’AN?! (Mülk,2)”O, davranış ve eylem bakımından hanginizin daha güzel amel edeceğini-en güzel eseri kimin yapacağını belirlemek-sınamak için ölümü ve hayatı yarattı.” Yaşamın […]


  • EKONOMİMİZ GERÇEKTEN DE UÇUYOR MU?

    EKONOMİMİZ GERÇEKTEN DE UÇUYOR MU?

    Sn. Erdoğan ve Maliye Bakanı Nebati, Türk ekonomisinin uçtuğunu, uygulanan sisteme Batılıların bile hayran kaldığını üstüne basa basa söylemekteler. Sn. Erdoğan, “Benim alanın ekonomi, bunların […]


  • KARA NİYETLİ PAPAZ

    KARA NİYETLİ PAPAZ

    KARA NİYETLİ PAPAZ HÜSEYİN MÜMTAZ                 Rusya-Ukrayna savaşı ile Lozan’ın, 100 yıl sonra aynı karede yer alabileceğini hiç düşünebilir miydiniz?                 Heybeli’deki kara cübbeli, kara […]


  • Bir Günah Gibi

    Bir Günah Gibi

    Kimin yazdığını bilmiyorum, ancak çok duygusal bir kişinin yazdığına emin olduğum bir şarkı sözü vardır. Aslında şarkı bir Rus halk şarkısından gelmekte, ‘Oçi Çorniye’. Şarkının […]


  • Suudiler, İran ile barıştı…

    Suudiler, İran ile barıştı…

    Suudi Arabistan ile İran’ın 7 yıllık kesintinin ardından Çin’in arabuluculuğuyla diplomatik ilişkileri başlatma kararı, İsrail dışında tüm bölge ülkeleri tarafından memnuniyet verici bir gelişme olarak […]


  • “Rumlarla eşit şartlarda müzakere ederiz…”

    “Rumlarla eşit şartlarda müzakere ederiz…”

    Kuzey Kıbrıs Türk Cumhuriyeti (KKTC) Cumhurbaşkanı Ersin Tatar, Güney Kıbrıs yönetimi ile resmi müzakere masasına oturmak için çerçevenin belirlenmesi gerektiğini vurgulayarak, egemen eşitlik ve eşit […]



Posted

in

by