Qərb İranı niyə parçalamaq istəmir?

Qərb İranı niyə parçalamaq istəmir? NEWS.AZ /TURKISHFORUM - ABDULLAH TÜRER YENER - iranazer
,

Qərb İranı niyə parçalamaq istəmir? NEWS.AZ /TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Qərb İranı niyə parçalamaq istəmir? NEWS.AZ /TURKISHFORUM - ABDULLAH TÜRER YENER - iranazer

İran milli zəmində parçalanmanın labüd olduğu ən birinci dövlətdir. ABŞ, ingilis, hətta rus istəsə, buna tez bir zamanda nail olarlar. Nədən bu baş vermir?

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı suala belə cavab verdi ki, “bu, İran üçün son dərəcə əhəmiyyətli məsələdir”. Siyasi şərhçi əvvəlcə Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın Rusiya və İran arasında iki hissəyə parçalanmasını da xatırlatdı.

Bizim.Media-ya özəl açıqlamasında Niyaməddin Orduxanlı əlavə etdi ki, İranda yaşayan 30 milyondan çox azərbaycanlının ana dili hüququ belə, təmin olunmayıb.

Politoloq Türkiyə lideri Ərdoğanın bugünlərdə İrana mesajından da söz açdı:
“Bu yaxınlarda Türkiyənin prezidenti də İran-Azərbaycan münasibətlərinə toxunarkən İrana sətiraltı bir mesajı oldu ki, Tehranın azərbaycanlılara olan münasibətini elə İranda yaşayan milyonlarla azərbaycanlı həll etmiş olar. Ermənistana dəstək olan, Azərbaycanla hədə ilə danışan İran rejimi bu amillər ətrafında ciddi şəkildə fikirləşməlidir. Azərbaycanlılar müstəqillik istəklərini hər an ortaya qoya bilərlər”.

Bəs İranın monolitliyi kimlərin işinə yarayır? Deyəsən, türk dünyasının birləşməsi faktoru Qərbə sərf eləmir. Əslində fars rejiminin formalaşması ingilislərin əl işi idi…
“ABŞ və Avropa bu mövzuda İrana bir az təmkinlə yanaşırlar. Onlar Qafqazda Türkiyə ilə yaxın olan daha güclü, 50 milyonluq Azərbaycanın qurulması arzusunda deyillər. Amma müstəqillik İranda yaşayan azərbaycanlıların haqqıdır. Görünür, hazırda Amerikanın belə bir niyyəti yoxdur. Amma 70 il öncə SSRİ-nin dağılması da heç kimin ağlına gəlmirdi”.
Qeyd edək ki, əksər tarixçilər Ermənistanın yaradılmasını da Qərbin “Türk birləşməsin” ssenarisinin bir hissəsi sayır.

Okumaya devam et  Prezident İlham Əliyev AZƏRTAC-ın yeni binası ilə tanış olub YENİLƏNİB

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir