Qarabağ Universiteti necə təşkil olunmalıdır?

Qarabağ Universiteti necə təşkil olunmalıdır? - Ekspertdən AÇIQLAMA-BAKÜ POST /TURKISHFORUM - ABDULLAH TÜRER YENER - karabag

Qarabağ Universiteti necə təşkil olunmalıdır? – Ekspertdən AÇIQLAMA-BAKÜ POST /TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Qarabağ Universiteti necə təşkil olunmalıdır? - Ekspertdən AÇIQLAMA-BAKÜ POST /TURKISHFORUM - ABDULLAH TÜRER YENER - karabag

“Ağdam şəhərində yaradılacaq Qarabağ Universiteti 21-ci əsr universiteti olmalıdır”.

Bakupost.az -ın məlumatına görə, bunu Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

Ş.Əsgərovun sözlərinə görə, 21-ci əsr universitetləri​ ötən əsrin universitetlərindən həm idarəetmə həm də ​ təhsilin məzmununa görə çox fərqlənir: “Qarabağ Universiteti sırf texniki yönümlü yox, ümumi universitet olmalıdır. Bu universitetdə mütləq şəkildə həm texniki, həm də humanitar fakültələr üzrə kadr hazırlığı həyata keçirilməlidir. Bu ali təhsil müəssisəsində Tarix, Coğrafiya, Biologiya fakültələri də olmalıdır”.

Professor bildirib ki, Qarbağ Universiteti dünya səviyyəli bir universitet olmalıdır:

“Bunun üçün də universitetin maddi-texniki bazası ən son texnologiyalar əsasında qurulmalıdır. Qarabağ Universitetini dünya miqyasında tanıtmaq və xarici tələbələri universitetə cəlb etmək üçün ali məktəbin həm kampusunun, həm də yataqxanasının olması çox vacibdir. Düşünürəm ki, universitet binasının inşası zamanı bu məqamlar nəzərə alınacaq”.

Okumaya devam et  Şərqi Azərbaycan valisi sərvətlərin İranın başqa bölgələrinə daşınmasına qarşı çıxdı

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir