fədakar həkimlərimiz 24 saat xidmət göstərirlər

Zəfər qalamızda yaradılan modul tipli xəstəxanada fədakar həkimlərimiz 24 saat xidmət göstərirlər -AZERBAYJAN NEWS.AZ /TURKISHFORUM -ABDULLAH TÜRER YENER

Zəfər qalamızda yaradılan modul tipli xəstəxanada fədakar həkimlərimiz 24 saat xidmət göstərirlər -AZERBAYJAN NEWS.AZ /TURKISHFORUM -ABDULLAH TÜRER YENER - susa azerbaycan doktorlar

Şuşadayıq…

Şəhərin bütün küçələrində, məhəllələrində təmir-bərpa, abadlıq-qruculuq işləri gedir. Belə bir təəssürat yaranır ki, Pənahəli xanın sıldırımlar, qayalar üzərində təməlini qoyduğu qala şəhərimiz 28 il düşmən tapdağında inləsə də, sınmayıb, ruhunu itirməyib, əzəmətini və qamətini saxlaya bilib.

Fərəhlidir ki, bu gün Şuşa yenidən qurulur, ona istəyimizə uyğun və yaraşan yeni həyat, yeni nəfəs verilir. Bu mənzərəyə şahidlik etmək insanda ruh yüksəkliyi yaradır.

Şəhərdə bütün lazımi infrastrukturlar inşa olunur, sosial-iaşə obyektləri yaradılır. Onların bir çoxu haqda əvvəlki reportajlarımızda məlumat vermişik. İndi isə yolumuz Şuşanın keşiyini çəkən, müdafiəsini təmin edən və Zəfər qalamızın yenidən qurulmasında iştirak edən hər kəsin sağlamlığının təminatı üçün yaradılan modul tipli xəstəxanayadır.



Modul tipli olsa da, ən ağır cərrahiyyə əməliyyatının aparılması üçün şərait var



Bu, Qarabağda açılan ilk modul tipli tibb müəssisəsidir. Azərbaycanın fədakar həkimləri burada 24 saat tibbi xidmət göstərirlər. Böyük maraqla həm xəstəxananın fəaliyyəti ilə maraqlanırıq, həm də həkimlərlə söhbətləşirik.

Tibb müəssisəsinə könüllü olaraq gələn Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinin cərrahı Almas Seyidov bizi burada yaradılan şəraitlə tanış edir. Söhbət əsnasında bəlli olur ki, hazırda xəstəxanada Nərimanov Tibb Mərkəzinin 12 nəfər tibb heyəti ezamiyyətdədir. Onlar hərbçilərə və Şuşanın yenidən qurulması prosesində iştirak edən hər kəsə təmənnasız xidmət göstərirlər. İki həftədən sonra onları başqa heyət əvəzləyəcək. Həkim deyir ki, modul tipli xəstəxanada yaradılan şərait, müasir tibbi avadanlıqlarla təchizat vətəndaşların müayinə və müalicəsinə xidmət edəcək.

Xəstəxana mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Əməliyyat və intensiv terapiya otaqlarında, eyni zamanda bütün palatalarda oksigen xətti mövcuddur. Xəstəxanada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, anesteziologiya-reanimasiya və stasionar xidmətlər göstəriləcək.

Xəstəxananın təchizatı barədə məlumat verən Almas həkimin sözlərinə görə, funksional diaqnostika otağı portativ rentgenoqrafiya aparatı ilə təmin olunub. Tibb müəssisəsinin laboratoriyasında ümumi və biokimyəvi analizlərin aparılması mümkündür. Xəstəxanada travmatoloq, ümumi cərrah, kardioloq, revmatoloq, anestezioloq-reanimatoloq, funksional diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də digər işçilər çalışırlar.

Xəstəxanada 6 palata var. Burada 24 saat ərzində eyni anda 9 xəstəyə yardım etmək mümkündür. İstənilən ağır əməliyyat prosesini aparmaq üçün lazımi şərait yaradılıb. TƏBİB xəstəxananı dərman ləvazimatları və bütün tibbi avadanlıqlarla təchiz edib.



12 yaşında Şuşadan çıxan tibb bacısının sevinc göz yaşları



Xəstəxana ilə ümumi tanışlıqdan sonra tibb işçilərinin, həkimlərin təəssüratlarını öyrənirik.

Şuşaya könüllü olaraq gələn Bakı şəhər 5 saylı klinik xəstəxanasının nəzdindəki 3 saylı uşaq poliklinika şöbəsinin həkim-infeksionisti Kəmalə Eldarova deyir ki, karyerasının ən yaddaqalan günlərini yaşayır: “Çox fərəhlidir, qürur hissi keçirirəm. Şuşaya gəlmək, Zəfər qalamızı görmək çoxdankı arzum idi. Heç vaxt Şuşada olmamışam, ona görə də bura gələndən sevincimin həddi-hüdudu yoxdur. İşdən sonra şəhəri küçə-küçə gəzirəm. Əlbəttə ki, əsgərlərimizə xidmət etmək bizim üçün şərəfdir. Çünki Şuşanı 28 ildən sonra bizlərə onlar qaytarıblar. Biz də əlimizdən gələni etməliyik ki, onlar daim sağlam olsunlar”.

Tibb bacısı Səidə Seyfullayeva da çox sevincli görünürdü. Dediyinə görə, Şuşaya ezam olunan ilk tibb heyətinin tərkibində olması xəbərini eşidəndə göz yaşlarını saxlaya bilməyib. Səbəbini özündən eşidək: “Burada bəlkə də mənim qədər sevinən yoxdur. Çünki mənim atam şuşalıdır. Qanımla, canımla şuşalıyam. Mən 12 yaşıma qədər burda böyümüşəm. İllər sonra Şuşanı görməyin sevincini, kədərini sözlə ifadə etmək çətindir. Erməni vandalları şəhərimizi elə günə salıblar ki, evləri belə tapmaq olmur. Sanki burada vəhşi qəbilə yaşayıb. Amma qürurlanıram ki, Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə Şuşa yenidən qurulur, özü də çox sürətlə. İnanıram ki, tezliklə Şuşa öz əzəmətli, gözəl günlərinə geri dönəcək. Biz də öz ata-baba yurdumuza gəlib xoşbəxt günlərimizi yaşayacağıq. Mən də böyük həvəslə tibb bacısı kimi dədə-baba yurdumda çalışaram”.



28 il yurd nisgili çəkmiş həkim-laborantın arzusu



Nərimanov Tibb Mərkəzinin həkim-laborantı Şəhrun İsmayılova da öz xahişi ilə Şuşaya ezam olunub. Həmkarları kimi onun da sevincinin həddi-hüdudu yoxdur:

“21 ildir bu sahədə çalışıram. Bugünkü kimi sevindiyim anları xatırlamıram. Çünki mən də illərlə elindən-obasından didərgin düşmüş, yurd nisgili çəkmiş bir qarabağlıyam. Ağdamda anadan olmuşam. Uşaqlığımda Şuşada, İsa bulağında çox olmuşam. Biz hər yay buralarda istirahət edərdik, dağları-dərələri gəzib, bulaqların buz kimi suyundan içib xoşbəxt günlərimizi keçirərdik. Taleyin qismətidi, 28 il yurdumuza həsrət qaldıq. Ən yaxın əzizlərimiz gözümüzün önündə bu yerlərin cəfasını, dərdini-sərini çəkə-çəkə həyatdan köçdülər. Amma bu gün Qarabağımız işğaldan azaddır və cənab Prezident bu regionumuzda bütün şəhər və qəsəbələri, kəndləri yenidən qurur. Elə ilk olaraq mənim doğulduğum Ağdam şəhərinin baş planı təsdiqlənib və yeni, müasir Ağdam qurulur. Arzum və istəyim budur ki, Ağdama qayıdıb şəhər xəstəxanasında həkim-laborant kimi fəaliyyət göstərim. Bunu çox səbirsizliklə gözləyirəm”.

Gültəkin Mirbabayeva isə USM həkimidir. Şuşaya gələn briqadanın üzvü olduğu üçün özünü xoşbəxt sayır. 14 ildir bu sahədə çalışan həkim deyir ki, Azərbaycan hərbçilərinə, Qarabağı 44 günə azad edən igid oğullarımıza tibb xdmətləri göstərmək onlar üçün fəxrdir: “Heç ağlıma da gəlməzdi ki, nə zamansa gəlib Şuşada çalışacam. Müharibə zamanı bizim həkimlərimizin də böyük zəhməti oldu. Yaralılarımızın həyatını qurtaran həkimlərimizdən də şəhid olanlar, yaralananlar var. İndi isə biz öz vətəndaşlıq borcumuzu yerinə yetiririk. Təki Şuşanın keşiyini çəkən əsgərlərimiz hər zaman sağlam olsunlar və bu qədim şəhərimizi göz bəbəkləri kimi düşməndən qorusunlar”. Həkim deyir ki, gün ərzində USM müayinəsi üçün 5-6 nəfər hərbçi, tikinti-quruculuq işlərində çalışan şəxslər müraciət edir. Müayinə zamanı bədənin hər hansısa orqanında problemin olduğu aşkarlandıqda həmin şəxsə bir neçə günlük müalicə kursu yazılır.



Şərəfli peşə sahibləri və xilaskarlıq missiyası



Onları əbəs yerə xilaskar adlandırmırlar. Xəstələr həmişə çarəni həkimlərin əllərində axtarırlar. “Hippokrat andı” içən şərəfli peşə sahibləri ən ağır və çıxılmaz vəziyyətlərdə ümid işığı yandırmaq, şəfasıza şəfa, çarəsizə çarə vermək üçün gecə-gündüz onların başı üstünü kəsdirir, çarpayısının yanından ayaq çəkmədən yaşamla ölüm arasında çırpınan xəstələri həyata qaytarmaq üçün çalışırlar.

Ağxalatlı peşə sahibləri yuxusuz gecələri, bilik, bacarıq və təcrübələri hesabına neçə-neçə ömrü yarıda qırılmağa qoymurlar. Onların peşəsinin müqəddəsliyi də elə bundadır.

Onlar insanların ən dəyərli neməti olan sağlamlığın keşiyindədirlər. Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxıb. Sənətini yaxşı bilən, xalqın sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlərə loğman demişlər. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.

Göründüyü kimi, fədakar Azərbaycan həkimləri bu gün Şuşanı qoruyan, şəhərin yenidən qurulması prosesində çalışan hər kəsin sağlamlığı üçün bacardıqlarını əsirgəmirlər. Necə ki, Vətən müharibəsində olduğu kimi…

Torpaqlarımızın azadlığı uğrunda başladığımız haqq savaşında həkimlərimizin də çox böyük xidmətləri olub. Bir əlində silah, o biri əlində tibb çantası ilə döyüşün içində olub həkimlərimiz. Onların fədakarlığı sayəsində yüzlərlə yaralı qəhrəmanımız sağ qalıb və hətta yaralı-yaralı döyüşü davam etdirib.

Vətən müharibəsi zamanı 159 hərbi tibb işçisi yaralanıb, onlardan 42 nəfəri xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Həlak olmuş tibb işçilərindən 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır.

Bu gün Zəfər qalamızda təmənnasız çalışan həkimlərimiz cəsur, fədakar həmkarlarının ruhlarını şad edərək onların yolunu davam etdirirlər. Əgər müharibə zamanı həkimlərimiz Şuşanı savaşa-savaşa düşməndən geri alan qəhrəmanlarla çiyin-çiyinə irəliləyirdilərsə, bu gün Nərimanov Tibb Mərkəzinin əməkdaşları Zəfər qalamızı yenidən quran, müdafiə və mühafizə edən hərbçilərimizin sağlamlığının keşiyindədirlər. Bu, fədakarlığın, müqəddəs anda sadiqliyin göstəricisidir. Məhz onların simasında xalqımızın cəsarət və şəfqət, məsuliyyət və insansevərlik xüsusiyyətlərinin təzahürü görünür.

Elə xəstəxana ilə tanışlıq, kiçik dialoqlarımız zamanı tibb işçilərinin səsləndirdikləri dəyərli, maraqlı fikirlər həm xoş ovqat yaradırdı, həm də insanı fərəhləndirirdi. Bu xoş ovqatla da xoşməramlı missiyalarında onlara uğurlar arzulayıb xəstəxanadan ayrılanda beynimdə bir fikri qətiləşdirmişdim – könüllü olaraq Qarabağda fədakarcasına çalışmaq, həqiqətən də, sonsuz təşəkkürə layiqdir.

Məhz belə xoş hallarla rastlaşdıqda, maraqlı proseslərə şahidlik etdikdə insanda bir əminlik hissi yaranır ki, şanlı qələbə Azərbaycan xalqını daha da mütəşəkkilləşdirib və bu gün böyük zəfərin izi ilə daha möhtəşəm gələcəyə doğru irəliləyirik.



Haberi paylaşın
Zəfər qalamızda yaradılan modul tipli xəstəxanada fədakar həkimlərimiz 24 saat xidmət göstərirlər -AZERBAYJAN NEWS.AZ /TURKISHFORUM -ABDULLAH TÜRER YENER - susa azerbaycan doktorlar

KONU HAKKINDA DAHA FAZLA:

GİRİŞ TARİHİ:

GÜNCELLEME:

Bu gibi içeriklerin devam etmesini istiyor, Akademik yayınları veya vatandaş gazeteciliği destekliyorsanız, maddi katkıda bulunabilirsiniz.

İçerik desteği, sponsorluk veya işbirliği teklifleri için bizimle irtibata geçebilirsiniz.

Yorumlar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bugün Gündem

  1. Siyasi Partillesme ve Milli bir Örgütlenme ile siyasi ve ekonomik isgale karsi savasmaktan baskacaremiz hic bir yok.

  2. Şimdi de Çiftçilerin önü kesiliyor. Her çiftçi her istedini ekemeyecek, ekime sınır getiriliyor, hayvancılığa sınır getiriliyor. Enflasyon düzelirim dersiniz.

  3. brics ilk kurulduğunda ekonomik mucize gerçekleştiren ülkeler olarak masum bir örgüttü ve Türkiye’de o zamanlar nispeten iyi giden ekonmisi ile…

  • “Kıbrıs’ta 2 ayrı devlet var…”

    “Kıbrıs’ta 2 ayrı devlet var…”

    Kıbrıs’ta sular durulmuyor. Kıbrıslı Rumlar AB’nin desteği ile iyice şımardı. Önemli haklar elde etmeye çalışıyor. Ancak karşılarında KKTC’nin Cumhurbaşkanı Ersin Tatar’ı buluyorlar. Tatar, hiç taviz […]


  • Dünya Siyasetinde Değişim Başlıyor

    Dünya Siyasetinde Değişim Başlıyor

    New York’ta düzenlenen Birleşmiş Milletler (BM) 78’inci Genel Kurulu görüşmeleri bu yıl geçmişlerden farklı ve yeni bir dönemin başlayacağının habercisi konumunda zira 2023 yılında dünya […]


  • Altın Koza’ya Altın Program

    Altın Koza’ya Altın Program

    30. yılını kutlayan Adana Altın Koza Film Festivali’nin 18-24 Eylül tarihleri arasında Esas 01 Burda AVM, Cinema Pink salonlarında gösterime sunulacak uluslararası programı; Berlin, Cannes, […]


  • Ruslar Türkiye’den ayrılıyor

    Ruslar Türkiye’den ayrılıyor

    Şubat 2022’de Rusya’nın Ukrayna’yı işgali ile başlayan, Rus göçü, Rusya devlet başkanı Vladimir Putin’in Ukrayna’daki savaşa daha fazla vatandaşın katılmasını gerektiren kısmi seferberlik kararından sonra […]


  • BRiCS DUVARI EMPERYALİZME KARŞI

    BRiCS DUVARI EMPERYALİZME KARŞI

    Son aylarda birbiri ardı sıra gündeme gelen uluslararası kongreler ve toplantılar sürüp giderken ,bugünkü dünya siyaseti normal koşulların ötesinde gelişmeler göstermektedir .Ülkeler ve devletler arası […]


  • SADAKA

    SADAKA

    Bir dakika durup düşünün, ne kadar aşağılayıcı bir durum içindeyiz bu günlerde. Emekli vatandaşların emekli maaşlarına 3 liramı verelim yoksa 5 liramı verelim konusu, bütün […]


  • Cumhurbaşkanı Erdoğan: ”AB İle Yolları Ayırabiliriz”

    Cumhurbaşkanı Erdoğan: ”AB İle Yolları Ayırabiliriz”

    Birleşmiş Milletler 78. Genel Kurulu görüşmelerine  katılmak için  New York’a  gitmeden  önce Cumhurbaşkanı Erdoğan: ”AB ile yolları ayırabiliriz” diyerek önemli bir açıklamada bulunmuştur: ”Avrupa Birliği, […]


  • BİRİ YER, BİRİ BAKAR…

    BİRİ YER, BİRİ BAKAR…

    Enflasyon altında ezilen yurttaş bütçeyi de finanse etti. Merkezi yönetim bütçe sonuçlarına göre yılın ilk sekiz ayında başta ÖTV ve KDV’de olmak üzere vergi gelirlerinde […]


  • O YILLAR

    O YILLAR

    O YILLAR                 HÜSEYİN MÜMTAZ                 Biz eskidik ama yazılar hiç eskimiyor galiba…                 Tam on yıl önce, Falih Rıfkı Atay’dan şu kısa alıntıyı yapmışız; […]


  • Sivil giyimli ÍŞGĂL ORDUSU

    Sivil giyimli ÍŞGĂL ORDUSU

    Halkımız aptal değil, tehlikenin farkında. Yıllardır „sivil işgal kuvvetleri“ ülkemize dolduruluyor. „Barış süreci“ diye, binlerce PKK askeri, davul-zurna eşliğinde silâhları ile birlikte ülkemize sokuldu. Onları […]


  • Siyasette “aptal sözcüğü”

    Siyasette “aptal sözcüğü”

    Sosyal medyada aptal sözcüğünün çok sık kullanıldığını görmüşünüzdür. Siyasi ya da ideolojik tartışmayı aptalsın, akıllısın gibi yere indirgemek, aslında “entelektüel yeteneğin” sınırlı olduğuna işaret eder, […]


  • ŞEYHÜLİSLAMLIK KURULUYOR

    ŞEYHÜLİSLAMLIK KURULUYOR

    ÇEDES PROJESİ İLE AKP KARŞI DEVRİM’İNİN ŞEYHÜLİSLAMLIK AYAĞI DA KURULMUŞ OLUYOR Çağdaş bir devlet yurttaşlarına din dayatmaz. DİB bütçeden aldığı bakanlıklar üstü ödenek ile toplumun […]


  • FEYM GRUBU BÜLTENİ

    FEYM GRUBU BÜLTENİ

    ERMENİ Faaliyetleri (22 Eylül 2023) 1.  Artsakh (“sözde” Dağlık Karabağ Ermeni devleti) ve Azerbaycan temsilcileri arasında, Azeri askeri saldırısının ardından askerlerin geri çekilmesi ve tahliye edilen […]


  • İngilizler, kesenin ağzını açtı…

    İngilizler, kesenin ağzını açtı…

    Kartla harcamalar çoğaldı. Yapılan araştırmada yurt dışına tatile çıkan İngilizlerin kesenin ağzını açtığı ifade ediliyor. Türkiye’yi ziyaret eden yabancı turistlerin yaptığı fiziksel harcamalar, bir önceki […]


  • Şirketler birer birer kapanıyor…

    Şirketler birer birer kapanıyor…

    İyimserlik devam ediyor ama ekonomik kriz karşısında da şirketler birer birer kapanıyor. Yeni şirketler de kuruluyor. Ancak, bu çok sınırlı. Kapanan bazı şirketlerin yetkilileri ”Ekonomik […]


  • ATATÜRK’E, TÜRK’E VE GERÇEK TC DEVLETİNE SALDIRILAR KARŞI DEVRİMİN ANAYASA DEĞİŞTİRMESİNE YÖNELİK ALIŞTIRMALARDIR. Sefa Yürükel

    ATATÜRK’E, TÜRK’E VE GERÇEK TC DEVLETİNE SALDIRILAR KARŞI DEVRİMİN ANAYASA DEĞİŞTİRMESİNE YÖNELİK ALIŞTIRMALARDIR.       Sefa Yürükel

    Atatürk’ün kurtardığı milletin bazı bireyleri ve Atatürkün kurduğu devletin bazı bürokratları, kurtarılmayı ve Türk Milletinin mensubu ve TC devletinin vatandaşı olmayı hak etmiyorlar. Son bir […]


  • FEYM GRUBU BÜLTENİ

    FEYM GRUBU BÜLTENİ

    ERMENİ Faaliyetleri (21 Eylül 2023) 1.  ABD Dışişleri Bakanı Antony Blinken, 21 Eylül Bağımsızlık Günü’nde Ermenistan halkına en iyi dileklerini göndererek, ABD’nin Ermenistan’ın egemenliğine, bağımsızlığına ve […]


  • 8 ayda Türkiye’ye 36 milyon turist geldi…

    8 ayda Türkiye’ye 36 milyon turist geldi…

    Yaz aylarında beklenen turist 50 milyondu 36 milyon turistle sezonu kapattık. Turizm Bakanlığı yetkilileri geçen yılın Ağustos ayına göre yüzde 5.65 artış yaşandığını söylüyor. Kış […]


  • NASIL İNSANLAR OLDUK BİZ

    NASIL İNSANLAR OLDUK BİZ

    Tv de anlatılıyordu.Antalya da Rus’un biri Site den 80 daire satın almış. Sadece Ruslara kiralıyormuş.Doğrumu yanlış mı bilmiyorum. Ama sektörüm olan Tarımdan biliyorumBaşta Muz seraları […]


  • İstiklal Harbi’nde Etnik İhanet

    İstiklal Harbi’nde Etnik İhanet

    İzmir’in işgalinden cesaret alan 800 kadar yerli Rum çetesi, İzmir’in işgalinden bir gün sonra, ı6 Mayıs sabahı Urla yarımadasındaki Türk köylerine saldırdılar. Köylüleri katletiler. Mallarını […]



Posted

in

by