Vidadi Mustafayev

Məqalə Turkisnews.com (ABŞ) Amerikan-türk resursu ve Ethnoglobus.az (Azərbaycan) Beynəlxalq onlayn analitik mərkəzinin birgə təşkil etdiyi “İraq Kürdüstanında referendum: reallıqlar və gələcək” onlayn konfransının platformasında yazılıb.

İndi İran, Türkiyə yəqin ki, bir çox ərəb ölkələri İraq Kürdistanının müstəqilliklə bağlı referendum keçirmək niyyətinə münasibət göstərərək müxtəlif xəbərdarlıqlar etməkdə bir-biri ilə yarışacaqlar.

Amma bir qədər geriyə qayıtsalar görərlər ki, həmin regionda üstünlüyə malik olmaq üçün,bir-birinin əleyhinə ondan isyifadə etmək məqsədilə İraq Kürdistanının iqtisadi, sosial və onun əsasında obyektiv olaraq hərbi inkişafı üçün “böyük səy”göstərmişlər.İran deyirdi ki, bizim kürdlər o kürdlərdən deyil, bizimkilərin çoxu şiyə olduqlarından öz rejimlərinə sadiqdirlər və İraq Kürdüstanı ilə sıx əlaqələrin ancaq faydası vardır.

Amma indi  Tehran Silahlı qüvvələrin Baş qərargah rəisini Türkiyəyə göndərdi ki, həmin məsələdə birgə mövqelərini müəyyən edərək elan etsinlər ki, müstəqillik yol verilməzdir.İraq Kürdistanının şimal qonşusu onunla ən geniş iqtisadi əlaqələrə malikdir, bəlkə də hamıdan çox investisiya qoyub və şirkətləri orada fəaliyyət göstərir.Ərəb ölkələrinin çoxunun, məsələn Səudiyyə Ərəbistanı və Misirin, həmin bölgə ilə sıx əlaqələri vardır.

Onlar son zamanlarda şiyələşən və ona görə də İranla yaxınlaşan İraqın mərkəzi hökumətinə təsir göstərmək üçün “sünni” İraq Kürdistanına xüsusi diqqət ayırırlar.Doğrudur, İraq Kürdistanının faktiki müstəqil dövlətə çevrilməsi ABŞ-ın Böyük Orta Şərq proyektinin həyata keçirilməsi nəticəsində mümkün olmuşdur, lakin qeyd edilən ölkələr də faktiki müstəqilliyin möhkəmlənməsində az rol oynamamışlar.

İraq Kürdistanı öz müstəqilliyini elan edərsə və bəzi ərəb dövlətləri onu birinci tanıyanlar sırasında olarsa, təəccüblü olmaz.

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak.