IRANDA Pezeşkianın seçimi bir fürsətdirmi?
Məsud Peşekian prezidentliyə namizəd olduqdan bəri, bu seçkilər keçmiş illərin seçkilərindən daha fərqli, daha müzakirəli və daha həyəcanlı bir atmosfer yaradıb, Çünki üç cür düşüncə bu seçgilərdə ortaya çıxıbdır :
1. İranşəhrilər( yanı panariyayi – pan farsism)e aid olanlar, və bu düşüncənin təsiri altında olanlar: türklərə və ərəblərə qarşı avtomatik olaraq nifrət bəsləyənlər. Onlar heç vaxt bu millətlərin və ya bu millətlərdən birinin ölkənin yüksək mövqeyində olmasını qəbul edə bilməzlər. Təəssüf ki, bu insanların bəziləri, qeyri fars millətlərin özündən olan assimilyasiya olunmuş fərdlər də ola bilər. Onlar İranın vahidliyini və bütövlüyünü qorumaq bəhanəsi ilə digər millətlərin hüquqları barədə danışılmasını rədd edirlər. Bu qrupda İrancı düşüncələrlə tərbiyə olunan, lakin özlərini rejim və rəhbərə fədai hesab edən bəzi bəsicilər də var.
2. İnternet və ondan əldə olunan imkanlar sayəsində son illərdə iranşəhri düşüncəsilə zəhərlənməmiş farslar : onlar anladılar ki, nə türk dili təhlükəlidir, nə də türklər geri qalmış, yük daşıyan və ya lağ mövzusu olmalıdırlar. Əksinə, türklər gözəl görünüşlü, ədalətli və mehriban insanlardır kı İndiyədək öz bölgələrindən kənarda türk dilində danışmaqdan çəkinirdilər və bu, İrancı assimilyasiya olunmamış qeyri-fars insanların arasında yumşaqlıq və ədalətli bir baxış yaratmışdır. Pezeşkianın ixtisası, təcrübəsi və ümumi xalqa qarşı ədalətli davranışlarına görə (seçkidən sonra vədlərin yerinə yetirilməsi qeyri-müəyyən olsa da) əvvəlki illərin seçkilərinə nisbətən bir az ümid yaratmışdır.
3. Türk milləti və digər millətlər:
Mənim bu yazıda məqsədim, seçkilərə qatılmaq və Pezeşkiana səs vermək barədə düşüncə və motivləri təhlil etməkdir. Milli hərəkatın bəzi fəalları bunu məqsədəuyğun hesab edir, digərləri isə tamamilə qarşı çıxır və insanları hətta Pezeşkiana səs verməkdən çəkindirirlər. Onlar seçkilərə qatılmağı məqsədəuyğun hesab etmirlər.
Aydındır ki, rejim türklərin potensialını bilir və bu potensialdan rejimi və onun daxili və xarici siyasətini qorumaq üçün istifadə etməyə məcburdur. Biz keçmiş seçkilərdə də bunu gördük ki, Urmiya gölünü canlandırmaq və ana dilində təhsil hüququ kimi vədlərlə Azərbaycan xalqını sandığa çəkdilər və hakimiyyətə gəldilər. Bu potensialın oyanışı, milli hüquqlar və insani haqlar üçün mübarizə aparan milli hərəkatın cəsur kişiləri və qadınlarının qurban verilməsi və fədakarlığı ilə mümkün olmuşdur. Bəziləri həyatlarını həbsxanalarda, bəziləri isə mühacirətdə keçirmiş və keçirir, Bəziləridə artıq aramızda yoxdur, Bu potensialın oyanışına borcluyuq ki, rejim qeyri-fars bir şəxsin hüquqlarını müdafiə etməsinə imkan verməyə məcbur oldu.
İndi soruşmaq lazımdır ki, əgər türklər seçkilərə qatılmasa və Pezeşkiana səs verməsə, bu millətin xeyrinə nə baş verəcək? Ümumiyyətlə, əgər əksəriyyət seçkilərə qatılmasa, dünya ədaləti İran xalqına göstərəcəkmi? İnsan hüquqları təşkilatları rejimə “İnsanlar səni istəmir, get buradan və xalqın öz taleyini müəyyən etməsinə icazə ver” deyəcəkmi?
Bəzi insanların gözlədiyi kimi, ABŞ İrana hücum edəcək və ya rejimi devirəcək mi? Bir neçə il əvvəl Məhsə Əmininin və digər gənc elitlərin öldürülməsi ilə nə oldu? Berlində ən azı 80 min nəfər “Xalqımızın yardımına gəlin” deyə qışqırmadımı? Bir neçə gün əvvəl Nuri nəzakətlə rejimə təhvil verilmədimi?
Bütün bunlar bunu göstərir ki, əgər bir şəxs siyasətə müdaxilə etmək haqqını özümüzə tanıyırsa , ağıllı və tədbirli davranmalı, düşünməli və mümkün qədər xalqın mənafeyinə uyğun müdaxilələr etməlidir. İran İslam Respublikası hakimiyyətinin qırx il ərzindəki siyasətindən və etdiklərindən başa düşməliyik ki, dünya bizimlə deyil, öz millətinin, dövlətinin və siyasətinin maraqlarını düşünür. Zülmdən qurtuluşun yolu daxildədir və xalqın şüuru və birliyi ilə mümkündür, ölkələrin sanksiyalarına ümid etmək olmaz. Bu sanksiyalar daha çox xalqı iflic edir və iqtisadi cəhətdən güclü və məlumatlı insanların da ölkədən qaçmasına səbəb olur. Soruşmaq lazımdır ki, axşam çörəyinə möhtac olan bir millət ədaləti təcəlli etmək üçün üsyan edə bilərmi?
Seçkiləri boykot etmək, rejimə qarşı olan fəallar tərəfindən vaxt və enerjinin israfından başqa bir şey gətiribmi və gətirəcəkmi? Urmiya seçkilərini boykot etmək nə fayda gətirdiki?
Təəssüf ki, xaricdə yaşıyan bəzi fəallar seşgiləri təhrim etməyə təkid edirlər və bu gün də eyni səhvi təkrarlayırlar. Bəli, hamımız bilirik ki, rejim Pezeşkiana namizədlik hüququ verib və əgər Pezeşkian bu günə qədər rejimin göstərişlərinə qarşı çıxsaydı, bu vəzifədə ola bilməzdi. Bu yeni bir şey deyil; qırx ildir bu belədir. Ancaq məsələ budur ki, bu məcburi fürsətin (yəni rejimin türklərə fürsət verməsi ilə ), türklər və digər qeyri-fars millətlər üçün hansı imkanlar yaratdığını ağıllı şəkildə istifadə etməliyik və bu fürsətləri itirməməliyik.
Musəvi seçkilərində Kərəc şəhərində yaşayırdım. Türklərin o vaxtkı sevinci “Yaşasın Musəvi” yazısı yazılmış kiçik plakatlar hazırlamaq və bunları izdiham arasında göstərməkdən ibarət idi. Bu, türklərə cəsarət və özünə inam verdi. Əhmədinejadın prezidentliyi dövründə türklərə ən böyük ədalətsizliklər edildi və mənim nəşriyyatım türk kitablarını nəşr etdiyinə görə bağlandı və mən qürbətə köçmək məcburiyyətində qaldım. Bu gün namizədlərin təbliğat dövründə yaradılan atmosfer əvvəlkindən daha açıq və əlverişli olmuşdur və bu, Azərbaycan milli və vətəndaş fəalları və ekoloji mühit üçün ən yaxşı fürsətdir. Bu gün Qəşqayi türkləri üçün öz milli simvolları olan papaqlarını pezeşkiyanin başına qoymaq və media qarşısında nümayiş etdirmək üçün fürsətdir və türk dilində şüarlar səsləndirərək, birlik və özünə inamlarını on dəfə artırmaqdır. Şəhriyarın Heydər Babası namizəd tərəfindən oxunması və məhbus olan dilin gücü nümayiş etdirilmesi daxili fəallar üçün fürsətdir. Xaricdəki bəzi aktivlər, seçkilərə qatılmağı boykot etməklə və susqunluğa çağırmaqla, zülm və təzyiqlərdən qurtuluş ümidini yarada bilməzlər.
Bəziləri deyirlər ki, Pezeşkian kürdcə danışır və Mahabadda böyüyübdur, buna görə də kürddür. Bu heç vaxt Pezeşkianın qeyri-səlahiyyətli olmasının səbəbi ola bilməz, çünki birincisi, kürdcə bilmək pis deyildir, əksinə bir üstünlükdür və fərdin çevrəyə hakimiyyətini göstərir həmidə mahabada kürdlər soradan gəlmiılər.
İkincisi, Milli Hərəkat mahiyyətində kürd milləti ilə düşmən deyil ki, Pejak – pkk nin faşist və həris ideyaları ilə muxalifdir, Azərbaycan torpaqlarına malikiyət iddiası edən bəzi kürdlərlərə qarıidir milli hərəkətin amacı yoxsa fərdi kürd və onun nəsilləri ilə deyil.
Bəzi rejim əlilə yaralanmış və zərərçəkmiş fəallar xaricdə, Pezeşkianın rejim daxilində bir azərbaycan milli fəalı kimi davrana və danışa bilməyəcəyini nəzərə almalıdırlar, lakin öz mövqeyində min şüar və etirazdan daha yaxşı və xeyirli bir şey edə biləcəyini düşünməlidilər. Bundan əlavə, Pezeşkian vədlərinə cavabdehdir. Əgər yerinə yetirərsə, qazanarıq; əks halda, yenə də türk xalqının birliyinə səbəb olacaq Ruhani Urmiya gölü barədə vəd verdi, lakin yerinə yetirmədi. İnsanlar gördü və başa düşdü ki, onlara qarşı ədalətsizlik, aldatma və sui-istifadə var və daha qətiyyətli oldular. Sabah əgər Peşekian qalib gəlsə, sən türkün sual vermək və haqq tələb etmək imkanı olacaq, lakin başqaları qalib gəlsə, belə bir imkanı da olmayacaq.
Beləliklə, Pezeşkianı boykot etmək sadəcə bir fürsət itkisi olacaq, lakin bu məcburi fürsət, qeyri-fars millətlər üçün yaxşı nailiyyətlər gətirə bilər.
Sayqilarimla
Şərifə Cəfəri – Berlin /TURKISHFORUM – ABDULLAH TÜRER YENER
Yazıları posta kutunda oku